Alimlər “xərçəng dərmanı” yumurtlayan, genetikası dəyişdirilmiş toyuq yetişdirdilər

Alimlər “xərçəng dərmanı” yumurtlayan, genetikası dəyişdirilmiş toyuq yetişdirdilər

 

Sozcu.info xəbər verir ki, şotlandiyalı araşdırmaçılar bəzi xərçəng növləri və oynaq iltihabları ilə mübarizədə istifadə edilə biləcək dərmanlar yumurtalaya bilən, genetikası dəyişdirilmiş toyuqlar yetişdiriblər. Bu dərmanların istehsalının dərman şirkətlərinin hazırdakı məhdullarından 10-100 qat daha ucuz başa gəldiyi deyilir.

BBC-nin məlumatına görə, Şotlandiyanın Edinburq şəhərindəki Roslin texnologiya institutunun əməkdaşı olan doktor Lissa Herron və komandası, insanlara protein verən bir geni, toyuq genomunda yumurta ağını hazırlamağı təmin edən DNT koduna əlavə eləməyi bacarıblar.

Yumurta ağının yüksək miqdarda proteinə malik olduğunu bildirən tədqiqatçılar xüsusilə insanların immunitet sistemi üçün lazım olan iki proteinin birinin virusa müqavimət və xərçənglə mübarizə baxımından güclü potensiala malik "İFNalpha2a" proteini, digərinin isə zərər görmüş toxumaların yenilənməsini təmin edən "macrophage-CSF" proteini olduğunu qeyd ediblər.

Bədənin təbii yollarla müəyyən bir kimyəvi maddəni, yaxud da proteini istehsal eləməməsindən qaynaqlanan xəstəliklərin tərkibində bu maddələr olan dərmanlarla nəzarət altına alına bildiyini, lakin bu tip dərmanların istehsal edilməsinin baha başa gəldiyini diqqətə çatdıran Herron deyib:"Bu təsirli maddəni toyuq yumurtasından almaq, dərmanı fabrikdə istehsal eləməkdən 10-100 qat ucuz başa gəlir. Dolayısı ilə ən azı 10 qat daha ucuza başa gələn bir müalicədən bəhs edirik”.

Bu prosesin toyuqların səhhətinə heç bir təsir göstərmədiyini vurğulayan Herron toyuqların xüsusi mütəxəssislər tərəfindən bəsləndiyini və normal şəkildə yumurta verdiyini bildirib.

Bir dozalıq dərman maddəsini almaq üçün üç toyuq yumurtasının lazım olduğunu bildirən alimlər, kifayət miqdarda toyuq bəslənəcəyi təqdirdə, bundan kütləvi miqyasda müalicə üçün istifadə edilə biləcəyini qeyd edib.

Tədqiqatçılar toyuqların istehsal elədikləri yumurtaların insanların müalicəsində istifadə edilə bilməsi üçün qanun qəbul edilməsinin lazım olduğunu, bunu həyata keçirməyin 10-20 il tələb edəcəyini bildiriblər.

Araşdırmanın nəticələri "BMC Biotechnology” jurnalında dərc edilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}