Qurban Yetirmişli:"Zəlzələ zamanı fəsadlar yaranan tikililər keyfiyyətsiz materiallarla qanunazidd formada tikiblər"

Qurban Yetirmişli:"Zəlzələ zamanı fəsadlar yaranan tikililər keyfiyyətsiz materiallarla qanunazidd formada  tikiblər"

 

"Şamaxı-İsmayıllı zonasında dünən baş verən zəlzələdən sonra fəsadlar yaranan tikililər keyfiyyətsiz tikinti materiallarından istifadə olunaraq qanunazidd formada tikiliblər”.

"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, dünən Şamaxı-İsmayıllı zonasında iki güclü təkan qeydə alınıb: "Birinci təkan 5, ikinci təkan 6 bal olub. İkinci təkan insanları təşvişə salıb. Bu gün səhər tezdən hadisə yerində olduq, bir neçə kənddə evlərdə çatlar əmələ gəlib”.

Q.Yetirmişli qeyd edib ki, 6 ballıq zəlzələ orta güclü zəlzələdir: "Seysmoloji Xidmət Mərkəzinin Şamaxıda olan stansiyasında da çatlar əmələ gəlib”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}