Mehriban Əliyeva Gəncədə 1000 nəfəri ehsan süfrəsi ətrafına topladı – VİDEO

Mehriban Əliyeva Gəncədə 1000 nəfəri ehsan süfrəsi ətrafına topladı – VİDEO

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tövsiyəsi ilə Gəncənin "İmamzadə” Dini-Memarlıq Kompleksində ehsan verilib.

 

 Kəpəz TV xəbər verir ki, kompleksin mərasim zalında 1000 nəfər üçün ehsan süfrəsi açılıb.

Mərasim Heydər Əliyev Fondunun təşəbüsü ilə təşkil edilib.

Ehsan süfrəsi ətrafında Gəncə və ətraf rayonlarda yaşayan din xadimləri, aztəminatlı ailələrin üzvləri, Gəncə Uşaq Evinin sakinləri bir araya gəliblər.

Mərasim Azərbaycanın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsinə bir dəqiqəlik sükutla başlayıb, ruhlarına dualar oxunub. Ehsandan mərasimdə iştirak edə bilməyən aztəminatlı ailələrə, Uşaq Evinin sakinlərinə pay göndəriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə "İmamzadə” dini kompleksini ziyarət ediblər.





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}