TRAMP İSLAM DÜNYASINI DAĞIDIR:naqqalxanaya çevrilən BMT, “Böyük Yaxın Şərq layihəsi” və Türkiyəni gözləyən güclü təhlükə... - Təhlil

TRAMP İSLAM DÜNYASINI DAĞIDIR:naqqalxanaya çevrilən BMT, “Böyük Yaxın Şərq layihəsi” və Türkiyəni gözləyən güclü təhlükə... - Təhlil

 

Stanislav Tarasov

regnum.ru, 27.03.2019

 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalıların Colan yüksəklikləri üzərində İsrail suverenliyini tanımasını şərh etməklə önəmli açıqlama verərək, daha doğurusu, hətta ərəb dünyasında bu məsələ üzrə birliyin yoxluğu faktını açıq etiraf edib. O bildirib ki, Trampın qərarı "bir daha göstərir ki, Vaşinqtonda beynəlxalq hüquqla ümumiyyətlə hesablaşmırlar”.

Bunu da qeyd edək ki, Türkiyənin "Anadolu” hökumət agentliyinin xəbər verdiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir az qabaq inamla bildirib ki, "islam ölkələri "Colan təpələrinin işğalının qanuniləşdirilməsinə” yol verməz”. Formal baxımdan sanki hər şey düzgündür. Ərəb Dövlətləri Liqası (ƏDL) xəbərdarlıq edib ki, Colan təpələri üzərində İsrail suverenliyinin tanınması Vaşinqtonun Yaxın Şərqdəki mövqeyini sarsıdacaq. "Bu yanlış duruma yenidən baxın və sürətli və sonrakı nəticələr haqqında dərindən düşünün, – ƏDL baş katibi Əhməd Əbul Heytin bəyanatında deyilir. – Colan yüksəklikləri üzərində İsrail suverenliyinin istənilən etirafı özəlliklə Amerika administrasiyasının Fələstin məsələsindəki çox böyük səhvlərindən sonra ABŞ-ın Ərəb-İsrail münaqişəsindəki mövqeyi üçün ciddi nəticələri olacaq”.

Bir sıra ərəb ölkələri tərəfindən ayrı-ayrı bəyanatlar da var. Məsələn, Səudiyyə Ərəbistanı "ABŞ administrasiyasının Colan təpələri üzərində İsrail suverenliyini tanımağı qətiyyətlə rədd edir və pisləyir”. Qətər və Kuveyt də öz mövqelərini bəyan ediblər. BMT Təhlükəsizlik Şurasının özəl toplantısını kerçirmək tələbilə çıxış edən Suriyanın reaksiyası anlaşılandır. Ankara Vaşinqtonun Colan təpələri üzərində İsrail suverenliyini tanıması mövzusunu BMT Baş Assambleyasının müzakirəsinə çıxartmaq niyyətindədir. Amma bu hərəkətlərin hamısı az şeyi dəyişən siyasi-diplomatik xarakterdədir. Və Ankara hər halda bu haqda yüksək narahatlıq göstərir. Çavuşoğlunun haqlı qeyd etdiyi kimi, "dövlətin ərazi bütövlüyü beynəlxalq hüququn təməl prinsipidir”.

Onun sözlərinə görə, "İsrail tərəfdən hüquq normalarının pozulmasını legitimləşdirmək cəhdləri yalnız zorakılıq və ağrının artmasına gətirəcək”. Və əlavə edib ki, "Ankara Suriyanın ərazi bütövlüyünü tanıyır”.Türkiyə bununla yanaşı anlayır ki, ABŞ prezidenti Donald Tramp Colan təpələri üzərində İsrail suverenliyini tanımaqla Yaxın Şərqdə bir dövlətin BMT TŞ-nin hər hansı qətnaməsilə hesablaşmayaraq savaş zamanı başqa dövlətin ərazisinin qəsb edilməsinin legitimləşdirilməsi örnəyi yaradıb. Yada salaq ki, ABŞ bunadək Qüdsü İsrailin paytaxtı qəbul edib. "Bundan belə gərəkli anda və müəyyən şəraitdə artıq kürd qılıncını Ankaranın başı üzərinə qaldırmaq” və Türkiyəni daim ciddi gərginlik altda saxlamaqda Vaşinqtona nə mane olur?

İndi əsas nəticələr haqqında. Birincisi: Yaxın Şərqdə xarakteri dəyişilə biləcək yeni böhranlara hazır olmaq gərəkdir, çünki söhbət bölgənin sərhədlərini yenidən bölüşdürməkdən gedir. İkincisi, İsrail potensial qarşıdurmanın atəşinə çıxarılır. Üçüncüsü: Vaşinqton ABŞ-ın qəyyumluğu altında antiiran koalisiyasının formalaşmasının müxtəlif variantlarını nəzərdən keçirən ərəb ölkələrinin manevr imkanlarını daraldıb. Amma güman etmirəm ki, bu, islam dünyası dövlətlərinin birləşməsi əsasında baş verər, amma Suriyanın ƏDL-ə qayıdışı və Tehran və ər-Riyadın Colan təpələri üzrə bir sırada görünməsi mümkündür. Dördüncüsü: Suriya tənzimlənməsinin özəlliklə kürdlərin Suriyada özəl status alması qismi üzrə Astana prosesi qəlizləşəcək. Beşincisi: ABŞ və müttəfiqləri müxtəlif formalarda Suriyada hərbi iştirakı saxlayacaq ki, sonra BMT vasitəsilə Cenevrə sülh prosesini yalnız öz ssenariləri üzrə təzələsinlər. Altıncısı: Türkiyə özəl basqıya məruz qalacaq, Ankaranı Suriya yönündə Rusiya-İran orbitindən çıxarmaq üçün "gözlənilməz Suriya endşpili” hədəsi gələrək onu "ya – ya da” seçimi formuluna itələyəcəklər. Yeddincisi: bütün əlamətlər ondan danışır ki, Vaşinqton öz ərəb müttəfiqlərilə münasibətlər kontekstində mənfi nəticələr ehtimalını ciddi diqqətə almır – bu, Yaxın Şərq geopolitikasında Amerika nou-hausudur.

Nəhayət, Colan təpələrinə münasibətdə alınan qərarda Tramp üçün əsas stimulun İsrail baş nazirinin yalnız yenidən seçilməsini təmin etmək cəhdi olduğundan danışmaq, ya yazmaq durumu güclü şəkildə bəsitləşdirməkdir. Problem xeyli dərindir – bu, Trampın əsasən İsrailə söykənməklə "yeni Yaxın Şərq” formalaşdırmaq səylərində daha bir addımdır.

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Ərdoğanın aprelin 8-də Moskvada bir-birilə görüşü gözlənilir. İki dövlətin başçısı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısını keçirəcək. Çox ciddi danışıqlar gözlənilir. İki ölkənin liderləri Trampın Colan təpələrini İsrail ərazisinin bir hissəsi tanımaq təşəbbüsünü qəbuletməzlikdə vahiddirlər. Əlbəttə, söz-söhbət olacaq, amma çoxları konkret iş də gözləyir, axı Tramp cini şüşədən buraxıb, məqsədyönlü şəkildə Yaxın Şərqdə durumu böhranlı və partlayış təhlükəli həddə çatdıraraq kəskinləşdirməyə gedir. Təhlükə bundadır ki, istənilən ilhaqı və ya işğalı öz əhalisini xarici təhlükələrdən qorumaq zərurətiylə izah etmək gerçək örnək olur, BMT isə naqqalxanaya çevrilir.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}