ABŞ-IN GİZLİ PLANI ORTAYA ÇIXDI!

ABŞ-IN GİZLİ PLANI ORTAYA ÇIXDI!

 

ABŞ Hava Qüvvələrinin qərargah rəisi general Devid Qoldfeyn nüvə müharibəsi olacağı təqdirdə həyata keçiriləcək planın detallarını açıqlayıb.

Qoldfeyn belə bir halın baş verəcəyi təqdirdə, əvvəlcə Avropa Qüvvələrinin komandanı general Tod Volters ilə əlaqə qurmağın lazım olduğunu, ardından ABŞ və NATO qüvvələrinin təyyarəlrinin səfərbər ediləcəyini, əks-hücuma keçiləcəyini söyləyib. Növbəti addımda Amerika torpaqlarına qarşı hücumların qarşısını almaq üçün Şimali Amerika Hava-Kosmos Qüvvələrinin komandiri genera Terrens Con O’Şennessi ilə əlaqə saxlanılmalı olduqlarını bildirən Qoldfeyn quruda yerləşdirilmiş raket hücumundan müdafiə sistemlərinin hazır vəziyyətdə əmr gözlədiklərini də əlavə edib. Son mərhələdə isə, "su altından dağıdıcı zərbənin endirilməsi” planlaşdırılır.

Qoldfeynin əlaqə saxlayacağı üçüncü şəxs ABŞ Strateji Qüvvələrinin (STRATCOM) komandiri general Con Hayten olacaqdır. Hayten düşmənin dayandırılması üçün hansı növ nüvə silahına ehtiyacın olduğu barədə hesabat verəcəkdir.

Qoldfeyn deyib: "Bu missiyaların hər biri qüsursuz şəkildə və eyni anda işə düşməlidir”



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}