Trampın şok qərarı: Boltonun yerinə onu seçdi

Trampın şok qərarı: Boltonun yerinə onu seçdi

 

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini müvəqqəti olaraq Çarli Kupperman icra edəcək.

Qeyd edək ki, Bolton dünən gözlənilmədən Tramp tərəfindən istefaya göndərilib. Tramp Boltonu istefaya göndərməsinə səbəb kimi onunla fikirlərinin üst-üstə düşməməsini göstərib. Bolton isə Trampdan istefasını özünün istədiyini bəyan edib.

ABŞ mətbuatı tərəflər arasında fikir ayrılığının daha çox Əfqanıstan, İran, Rusiya və Venesuela məsələsində yaşandığı haqqında məlumat yayıb. Belə ki, Bolton vitse-prezident Mayk Penslə birgə Trampın Əfqanıstan Prezidenti Əşrəf Qəni və Taliban liderləri ilə ABŞ-dakı məxfi görüşünün təyin edilməsinə kəskin etiraz edib. Görüş isə Talibanın hücumundan sonra təxirə salınmışdı.

Milliyətcə yəhudi olan Kupperman Boltonun müavini idi. Kupperman bundan öncə Təhlükəsizlik Siyasəti Mərkəzinə rəhbərlik edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}