Londondakı siyasi böhran növbədənkənar seçkiləri yaxınlaşdırır – Məhkəmə Consonun planını boşa çıxardı

Londondakı siyasi böhran növbədənkənar seçkiləri yaxınlaşdırır – Məhkəmə Consonun planını boşa çıxardı

 

Sentyabrın 25-də Britaniya parlamenti yenidən işə başlayıb və baş nazir Boris Consonun hərəkətlərinə nəzarət eləmək imkanı qazanıb.

Xəbər verdiyimiz kimi, baş nazir Boris Conson parlamentin işini dayandırmaq əmri verdikdən sonra, Britaniyanın Kostitusiya Məhkəməsi (məhkəmənin 11 hakiminin yekdil fikri ilə) bu qərarın hüquqi əsasının olmadığını bildirən hökm vermişdi. Bu vəziyyət Britaniyanı növbədənkənar seçkilərə bir addım da yaxınlaşdırmaqdadır.

Hakimlər Böyük Britaniyanın Avropa İttifaqından planlaşdırılmış çıxışı ərəfəsində Consonun parlamentin işini dayandırmasının qanuna uyğun olmadığı hökmünü vermişdilər.

Conson parlamentin işini beş həftəliyə - sentyabrın 9-dan oktyabrın 14-nə qədər dayandırmağı qərara almışdı. Beləliklə, o, Böyük Britaniyanı planlaşdırılmış vaxtda, yəni 2019-cu il oktyabrın 31-də Aİ-dən çıxarmağa çalışmışdı.

"Sərt” Breksitin əleyhdarı olan deputatlar Böyük Britaniyanın Avropa İttifaqından bu prosesi tənzimləyəcək ikitərəfli razılaşma olmadan çıxışına qarşıdırlar.

Lakin Konstitusiya Məhkəməsinin hökmündən sonra Consonun planı faktiki olaraq boşa çıxdı.

Beləliklə, bu gün öz işinə qayıdan Britaniya parlamenti Consonun hərəkətlərinə nəzarət eləmək və Britaniyanın Aİ-dən razılaşma olmadan çıxarmaq istəyən baş nazirin addımlarına mane olmaq imkanı qazandı.

Konstitusiya Məhkəməsinin qərarı Consonun iyulun 24-də vəzifə başına keçməsindən sonrakı son iki ay ərzində ona vurulan son və ona vurulan axırıncı və yəqin ki, ən güclü zərbə oldu.

Son ayda Consonun başçılıq elədiyi partiyadan 30 nəfərdən artıq deputat istefa verib. Baş nazirin qardaşı Co Consonun istefası onun üçün çox böyük zərbə olmuşdu. Co ailəsi ilə milli maraqlara sədaqət arasında qaldığını söyləmişdi.

Konstitusiya Məhkəməsinin qərarının növbədənkənar parlament seçkilərinin yaxınlaşdırıb-yaxınlaşdırmayacağını və Breksit prosesinə necə təsir göstərəcəyini indi yalnız zaman göstərəcək.

Britaniya müxalifətinin Consonu istefa verməyə çağırmasına baxmayaraq, baş nazir öz postunu tərk etmək niyyətində olmadığını nümayiş etdirib.

Parlamentin qəbul elədiyi və 9 sentyabr tarixində qüvvəyə minmiş qərara görə, Conson Aİ-yə Breksiti 31 oktyabrdan sonraya təxirə salmaq xahişi ilə müraciət eləməyə məcburdur. Aİ liderlərin 17 oktyabr tarixli sammitinə qədər Böyük Britaniyada Avropa İttifaqından çıxmaq barəsində razılaşmanın layihəsi təsdiqlənməsə, baş nazir bu addımı atmağa məcbur olacaq. Bu, Conson üçün ağır məğlubiyyət olacaq, çünki, o, 24 iyulda vəzifə başına keçəndən bəri hətta "sərt çıxış” variantında belə, Böyük Britaniyanın 31 oktyabr tarixində Avropa İttifaqından çıxmalı olduğunu dəfələrlə təkrarlayıb.

Bunun qarşısını almaq üçün isə Conson iki dəfə - sentyabrın 5-də və 9-da növbdənkənar parlament seçkilərinin keçirilməsini təklif edib. Müxalifət və müstqil deputatlar isə 31 oktyabrda razılaşdırılmamış Breksitin baş verməməsi üçün bu təklifi etirazla qarşılayıblar.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}