DÜNYA SİYASƏTİNİN YÜKSƏK LİQASINDA OYNAYAN TÜRKİYƏ TRAMPLA PUTİN ARASINDA:Ərdoğan “tortsuz qala bilər” – Təhlil

DÜNYA SİYASƏTİNİN YÜKSƏK LİQASINDA OYNAYAN TÜRKİYƏ TRAMPLA PUTİN ARASINDA:Ərdoğan “tortsuz qala bilər” – Təhlil

 

Stanislav Tarasov

regnum.ru, 30.09.2019

 

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyası meydanlarında görüş və danışıqlar keçiriblər. Düzdür, hadisələr Ankaranın qabaqcadan planladığı kimi inkişaf etməyib: iki ölkənin qarşılıqlı münasibətlərinin özəl statusunu vurğulamaq üçün BMT-dən qıraqda görüş keçirmək, artıq orada necə olar, olar.

Ərdoğan bu ərəfədə Türkiyə-Suriya sərhədi boyunca təhlükəsizlik zonası ilə bağlı Vaşinqtona qarşı ultimativ tələb irəli sürüb. Türkiyənin bəzi ekspertləri Tramp-Ərdoğan görüşünün ümumiyyətlə baş tuta bilməyəcəyi haqda versiyanı fəal yeridirdilər. Amerika tərəfi Türkiyə prezidentini Trampın Nyu-Yorkda görüşmək niyyətində olduğu dövlət başçılarının sırasına düzərək bu məqamı duydu. Sonra görüş baş tutanda bildirildi ki, başqa cür ola da bilməzdi, axı Ərdoğan artıq çoxdan "dünya siyasətinin yüksək liqasında oynayır”. Bu ərəfədə isə Ankarada Türkiyə, Rusiya və İran liderlərinin sammiti baş tutub ki, bu da Ərdoğan üçün mühüm önəm kəsb edir, çünki ölkədə sosial ziddiyyətlərin kəskinləşməyi və daxili-siyasi mübarizənin fəallaşmağı onun onsuz da qəliz xarici siyasət manevri vəzifəsini mürəkkəbləşdirir.

Lakin Tramp da öz tərəfindən istəmir ki, Qərbdə "Türkiyə kimi mühüm strateji müttəfiqin itirilməyi”ni onun adına bağlasınlar. ABŞ prezidenti Rusiya S-400-lərinin alıqısından sonra Ankaranın sanksiyalara layiq olub-olmadığı haqda Konqreslə mübahisə edir, Türkiyəni F-35 proqramından çıxdaş etməyi bloklamağa çalışır, Yaxın Şərq teatrındakı "böyük oyun”da kələk gəlir. Lakin Suriya kürdlərinə dəstəkdən bir addım da geri durmur. Buna görə də Ankara Vaşinqtonun Türkiyə ilə azad ticarət zonası qurmaq, NATO üzrə əsas müttəfiqlər arasında mal dövriyyəsini artırmaq haqda danışıqların başlandığı haqda bəyanatını uzunmüddətli siyasət deyil, oyun elementi kimi qavrayır. Türkiyənin "Milliyet” qəzetinin yazdığı kimi, "ABŞ eyni zamanda həm Türkiyəni, həm də terrorçu təşkilatları yönəltməyə çalışır” və bu, "Türkiyənin ABŞ-a inamını sıfıra endirir”.

Bununla belə, ölkələr arasında siyasi-diplomatik dialoq davam edir, Nyu-Yorkda danışıqlar buna sübutdur. Tramp və Ərdoğan arasındakı danışıqların ayrıntıları haqda çox az bəllidir. Duyum yaranır ki, Ərdoğan danışıqların ultimativ üslubundan imtina edib və Trampın meydanında oynayaraq "ehtiyat ssenari” üzrə hərəkət edib. Tramp ona Amerika "Patriot”larını almağı təklif edib. "Biz deyə bilmərik ki, Amerikanın beşinci nəsil F-35 qırıcı-bombardmançı yaratmaq üzrə proqramda Türkiyənin iştirakı tam həll olunub, –  Türkiyə lideri sonradan bildirib. – Amma mən Trampa dedim ki, biz S-400-ün alqısına paralel olaraq ondan "Patriot” ala bilərik”.

Eyni zamanda bəlli olub ki, azad ticarət haqda saziş müzakirə olunmayıb.

Hətta Ərdoğan amerikalılarda rəy yaratmağa çalışıb ki, Rusiya və İranla əməkdaşlıq edərək öz xarici siyasətini heç də Şərqə yönəltməyə can atmır və ABŞ-la "Fəratdan şərqdə və təhlükəsizlik zonasında hamının nöz mövqeyini dəyişməli olduğu” əlverişli münasibətlər saxlamağa hazırdır. Bununla yanaşı, "Yeni Akit” nəşrinin yazdığı kimi, Ankara gizlətmir ki, Türkiyənin müəyyən şəraitdə "Rusiya və Asiya dünyası ilə yaxınlaşmağa” məcbur olacaq ki, bu da "güc balansını təkcə Yaxın Şərqdə Qərbin xeyrinə dəyişməyəcək”. Türkiyə NATO-nu tərk etmək niyyəti sərgiləməsə də, öz baxımından ABŞ-ın siyasətində onun səylərindən asılı olmayaraq Moskvanın mövqeyini gücləndirən məntiqsizliyi göstərməyə çalışır. Hətta Rusiyanın Su-35 qırıcısının İstanbul səmasında ilk dəfə sınaq uçuşu keçirdiyi də bu baxımdan rəmzi məna qazanır, Türkiyə tərəfi isə bildirib ki, Amerikanınkıların əvəzinə Rusiya maşınlarının alqısı haqda danışıqlar aparır.

Bir sözlə, Ərdoğan ABŞ-la qarşılıqlı münasibətlərdə bir neçə kartı eyni zamanda oynamağa başlayıb, yeri gəlmişkən, bu da əvvəllər müşahidə olunmayıb. Daha bir paradoks: Türkiyə prezidenti Suriya prezidenti Bəşər Əsədi uzaqlaşdırmağı əvvəlcədən hədəfə qoymaqla Əsəd hökumətini devirməyə qarşı çıxış edən Rusiya ilə əməkdaşlıq edir. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bunu onunla izah edir ki, Ankara "daha ABŞ-ın təsiri altında deyil” və öz milli maraqlarını ifadə edir. Qaldı ki Moskvaya, o, Türkiyənin strateji yöndə dərindən tərpəndiyi fonda bu ölkəni Qərbdən qırılmağa və NATO-dan çıxmağa çağırmır. Unutmağına dəyməz ki, Türkiyə ticarətinin 42%-i AB-nin payına düşür. İntreqrasiyanın belə bir səviyyəsi Türkiyə hökumətinin geopolitik gücün başqa mərkəzləri ilə ticari sazişlər bağlamaq bacarığını ciddi məhdudlaşdırır – hətta milli iqtisadiyyatın yönünü dəyişməyə başlasa da.

Bir türk ekspertinin ifadə etdiyi kimi, "Ərdoğan öz tortunu əldə edərək Türkiyənin əzəmətini təsdiq etməyə geopolitik səylə onu yeməklə, ümumiyyətlə, tamamilə tortsuz qala bilər”.

Və sonra. Türkiyədə bu yaxınlarda keçirilmiş sorğuya əsasən, sorğulananların 94,5%-i hansı ölkələrin dost, hansıların düşmən olduğu sualına cavab zamanı ABŞ-ı düşmən ölkə göstərib. Artıq bu, çox şeydən danışır.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}