Səudiyyə Ərəbistanı Tehranın qarşısında geri çəkilir: danışıqların alternativi tam məğlubiyyət və ölkənin parçalanmasıdır – TƏHLİL

Səudiyyə Ərəbistanı Tehranın qarşısında geri çəkilir: danışıqların alternativi tam məğlubiyyət və ölkənin parçalanmasıdır – TƏHLİL

 

Aleksandr Zapolskis

regnum.ru, 06.10.2019

Oktyabrın 1-də KİV-lərdə əlamətdar xəbər sayrışdı. Səudiyyə Ərəbistanının rəhbərliyi Tehrana danışıqlar haqda təklif göndərib. Təbii, birbaşa deyil. İraqın baş naziri Adil Əbdülmehdini vasitəçi göstərirlər. Habelə tərəflərin mövqeyini yoxlamaq üçün Ciddədə baş tutacaq ilkin danışıqların adı çəkilir.

Əvvəlcə hər şey belə görünürdü ki, ər-Riyad tam könüllü olmasa da, özünün bölgədə əsas rəqibi ilə görüşə qədər tənəzzül edib. Husilər "Saudi Aramco”nun Krallıqdakı ən böyük neft emalı zavoduna uğurlu raket hücumu keçirib, bundan bir az sonra Nəcran yaxınlığında kral qoşunlarını həlledici məğlubiyyətə uğradıblar. Ümumiyyətlə, dünya piarının çəkisinə baxmayaraq, səudlar gerçəkdən yanıb və barış axtarmaq qərarına gəliblər.

Gerçəklikdə isə mənzərə bir qədər özgə cür görünür. Tehran "səudlar hazır olduqlarını hesab edərkən” SƏK ilə danışıqlar masası arxasına oturmağa hazır olduğu haqda hələ bu ilin yazında bir neçə rəsmi və yarırəsmi bəyanat verib. Bununla da qarşıdurmanın perspektivsizliyinə işarə edib. Təkcə Suriyada deyil, Yəmən, Livan, Əfqanıstan, Sudan, Ərəb Əmirlikləri və hətta ABŞ və İsrail nəzərə alınmaqla xarici siyasi toqquşmaların bütün xətləri üzrə. Amma ər-Riyad o zaman ağıllı davranmayaraq özünü elə göstərdi ki, eşitmir.

Son ayların bütün hadisələri bununla bağlı tamamilə başqa boyalara çalmağa başlayıb. Britaniyalıların İran tankerini ələ keçirməyindən Krallığın ABŞ-dan ona gərək olmayan, əvvəllər razılaşdırılmış məbləğdən savayı daha 100 milyard dollarlıq silah almaq razılığına qədər. Monarxiya düşdüyü tələdən qurtulmaqda çətin işdə qərbli müttəfiqlərindən var gücüylə yardım tələb edib.

Yəməndə kiçik qalibiyyət savaşı cil atmış babasilə dönüb. Ərəb Dövlətləri Liqasının himayəsi altında koalisiyanın uzun siyahısında gerçəklikdə yalnız Sudan və Somali qalıb. Onlar da ki öz əsgərlərinin yalnız pula görə hərbi əməliyyata qatılması üçün. Amma, bax, SƏK-in məhz indi pulla bağlı ciddi çətinlikləri müşahidə olunmağa başlayıb. Lakin bu piyada hətta ödənişə görə də pis vuruşur. Hərçənd krallığın da ordusu yaxşı görünmür.

Vaşinqton və Londondakı patronlara müraciət də müsbət nəticələrə gətirməyib. Britaniyalılar, heç olmasa, təxribat təşkil etməyə çalışsalar da, amerikalılar hətta buna bənzər mərhəmət də göstərməyiblər. Ağ Ev üç həftə qorxunc şəkildə havanı silkələyəndən sonra Fars körfəzində işi savaşa qədər çatdırmamaq istəyini bildirərək geri çəkilib.

Halbuki İran gəminin burnunda ani rəqs ədası göstərib aradan çıxmaq dövrünün bitdiyinə açıqdan da açıq eyham vurmaqla aşkarca sıxışdırır. Həm də bunu ağrılı şəkildə etməklə yanaşı hamının gözü qabağında elədi. İki dəfə.

Hələ Moskvanın da bəzi addımları isə göstərdi ki, o, təsadüfən elə-belə yan keçməyib. Məsələn, bölgəyə uzaqmənzilli "Rezonans-NE” RLS tədarükünə müqavilə bağlamaq haqda ictimaiyyəti qəflətən məlumatlandırmaqla.

Ümumiyyətlə, təəssürat yaranır ki, proses lap başdan Kremlin ciddi vasitəçilik himayəsi altında gedib. ər-Riyad və Tehran bu ilin yazına qədər bir-birinə, az qala, avtomat arpacığının yarığından baxırdı. Bu da onların Yaxın Şərqdə liderlik uğrunda tarixi mübarizə qarşıdurmasının işığında təəccüblü deyil. Burada isə onlardan biri qəflətən danışıqlar təklif edir, o biri isə buna razılaşır.

Düzdür, necə razılaşır? Hoqqabazlıqla. Rəsmi İranın iltifat sərgilədiyi bir vaxtda (İranın neft naziri Bijan Namdar Zəngani SƏK-dən həmkarını hətta açıqca "dost” adlandırıb) rəsmi ər-Riyadın təmsilçiləri özlərini elə göstərməyə çalışırlar ki, bunu çox da istəmirlər. Əgər tərəfdaşlar müxtəlif ilkin şərtlərin uzun siyahısına yalnız öncədən razılaşarlarsa.

Bu hətta bölgəsəl özəlliklər nəzərə alınarsa, bir qədər gülməli görünür. Monarxiya simasını saxlamaq cəhdiylə nə edir, etsin, danışıqlar masasının arxasına əyləşmək məcburiyyəti göz qabağındadır. Şətrlərin konfiqurasiyası, habelə müzakirə olunan sahələrin çevrəsi rolların gerçək bölgüsündən daha çox xəbər verir. Söhbət faktiki olaraq səudların bütün mübahisəli nöqtələrdən praktik (həm şəxsən, həm də Səudiyyə pullarının) gedişindən gedir. Suriya daxil olmaqla. Vladimir Putin bu haqda qəti bildirib. Lazımdırsa, şərait yarada bilərik.

Bir sözlə, səudlara imtinası mümkün olmayan təklif ediblər. Əlbəttə, onlar alver edirlər, lakin son nəticədə razılaşarlar. Çünki alternativ artıq SƏK ərazisinə keçmiş savaşın davamıdır. Döyüşlər zonası Səudiyyə Ərəbistanının əsas neft sahələrinə çatarsa, hətta krallıq ərazisinin əlüstü tam parçalanması perspektivi ilə.

Amma, bax, onlar sonralar sazişə əməl edərlərmi? Heç də bayağı sual deyil.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}