Türklərə qarşı köstəbək müharibəsi! ABŞ mətbuatı: “Hərbçilərimiz YPG-yə tunel savaşı təlimi verib”

Türklərə qarşı köstəbək müharibəsi! ABŞ mətbuatı:

 

Amerikanın hərbçiləri PKK/YPG terrorçularına Fransanın sementləri ilə tikilən tunellərdə savaş təlimi keçib

Sozcu.info xəbər verir ki, Amerikada dərc edilən "Forin polisi” (FP, Foreign Policy – Xarici Siyasət) jurnali Türkiyənin Zeytun budağı əməliyyatından sonra ABŞ-ın YPG/PKK terrorçularına "dərinlikdə müdafiə” sahəsində təlim keçdiyini yazıb.

"Forin polisi” jurnalının ABŞ hərbçilərinə istinad elədiyi xəbərinə görə, Birləşmiş Ştatların Suriyadakı xüsusi qüvvələri YPG terrorçularına Türkiyənin Fərat çayının şərqində keçirmək istədiyi əməliyyata qarşı təlim keçib.

Xəbərdə təlimlərin 20 yanvar 2018-ci il tarixində Afrində keçirilən Zeytun budağı əməliyyatından sonra başladığı bildirilir. Eyni xəbərdə Fərat çayının şərqində keçiriləcək əməliyyata qarşı YPG/PKK terrorçuları üçün nəhəng bir tunel şəbəkəsinin inşa edildiyi də qeyd edilib.

Koordinasiya təlimi

Xəbərdə deyilir ki,  bu tunellər "hava əməliyyatlarına qarşı müdafiə olunmaq və Rusiya kimi konvensional qüvvə yetişənə qədər Türk Silahlı Qüvvələrinə qarşı durmaq” məqsədi ilə inşa edilib. ABŞ qüvvələrinin Türkiyə müdaxiləsinin baş verəcəyi təqdirdə, bu tunellərdə təşkilatın koordinasiyanı necə təmin edəcəyi məsələsində hazırlıq təlimləri keçdiyi, Amerika hərbçilərinin terrorçulara "dərinlikdə müdafiə” taktikası məsələsində təlim verdiyi qeyd edilir.

Tunellərin təsviri yayıldı

ABŞ  YPG/PKK-nın Resulayn və Tel Abyad arasındaki bölgədə hərbi sipərlərini yıxdığını iddia eləmişdi.  "Anadolu Agentliyi” bu tunellərlə bağlı görüntüləri yaymış və ABŞ məqamlarının nəzərinə bu tunellərin yıxılıb-yıxılmayacağı məsələsini çatdırsa da, amerikalı məmurlar bu suallara cavab verməkdən yayınmışdılar.

Rakkanı da tərk elədilər

ABŞ-ın lideri olduğu İŞİD-ə qarşı koalisiyanın mətbuat katibi polkovnik Mayl Keqqins ABŞ hərbçilərinin Rakkanı, Tabkanı və Suriyanın şimal-şərqindəki Ayn əl Ərəbdə yerləşən, Fransanın LaFarge sement fabrikinin müəssisələrinin içərisindəki ABŞ Xüsusi Qüvvələri Qərargahını boşaltdıqlarını bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti