UKRAYNANI İSRAİLDƏN NÜMUNƏ GÖTÜRMƏYƏ ÇAĞIRDILAR :"Bu dünyada yaşamağın yeganə yolu özünü möhkəmləndirməkdir"

UKRAYNANI İSRAİLDƏN NÜMUNƏ GÖTÜRMƏYƏ ÇAĞIRDILAR

 

Aleksandr Flint

"Obozrevatel”, Ukrayna, 20 yanvar 2020-ci il

 

Mən İsrail və gücünə görə onun dünyadakı 8-ci yeri haqqında təsadüfən məqalə yazmadım. Hər şeydən öncə, bu, Ukrayna üçün nümunədir. Və mən indi çoxlarına xoş gəlməyəcək bir şey deyəcəm. Oxumaq istəmirsinizsə, üzr istəyirəm, səhifəni tərk edə bilərsiniz. Lakin bunu demək zəruridir.

İsraildə hər şey hərbiləşdirilib və bütün cəmiyyət xidmət edir. Ukraynada ölkənin şərqində döyüşürlər, qərbində isə gözəl krem ilə qəhvə içirlər. Bunu mənə bundan bir ay öncə Ternopoldan gələn bir adam danışdı.

İsraildə hər bir yol hərbi aerodromdur. Hər bir dövlət xidməti, gözünün ucu ilə olsa da, ölkə daxilində terrorçuları və düşmənləri ovlamaqla məşğuldur. İsraildə sadəcə hər bir öldürülənə görə deyil, ümumiyyətlə daimi olaraq çox güclü vətənpərvərlik yüksəlişi mövcuddur, orduda həvəslə xidmət edirlər. Bu, Ukrayna üçün vacibdir.

İsrail iqtisadiyyatı amerikan puluna və ya texnologiyasına görə yüksəlməyib. Onlar okean arxasından gələcək və ehtiyacı olan hər kəsə bərəkət gətirəcək xeyirxah dayının və ya Merkel ananın gəlişini gözləmədilər.

İsraildə insanlar çimərliyə gəldilər, min bir oyundan çıxdılar və Təl-Əvivi, ən müasir şəhərlərdən birini və regionun maliyyə mərkəzini qurdular. Sıfırdan qurdular. Məgər yəhudilər yer şumlamağı və əkin əkməyi, fermalarda böyük miqdarda inək və donuz saxlamağı bacarırdılar? Xeyr. Lakin bu, İsraildə çiçəklənən sənaye sahəsidir.

Ukraynaya baxırıq, orada NATO və AB-ni gözləyirlər, heç bir mənası olmayan Budapeşt memorandumunu xatırlayırlar, sanki göydən gələcək mannanı ("qüdrət halvası” – tərc.) gözləyirlər. Ancaq o olmayıb, yoxdur və olmayacaq. Hər şeyi özümüz qurmalıyıq.

Ola bilər, yəhudilər ağıllıdırlar, bu, var. Çox şey məhz beyinlə həll yolu tapıb. Lakin ukraynalılar dünyada 50 milyondan çoxdurlar. Onlar yalnız beyinlə deyil, sayla da bunu bacararlar. Uğursuzluqla bağlı edilən müxtəlif istinadlar və korrupsiya artıq səbəb deyil. Bu, bundan sonra da heç bir şey etməmək və "dayı” gözləmək üçün özünü aldatmaqdır.

İsrail əmək və tərlə, sənaye ilə çiçəkli konfetə çevrilən səhradır. Orada dəniz suyunu şirinləşdirirlər, çünki su, sadəcə olaraq yoxdur. Orada parket döşəmə lüks sayılır, çünki ağac azdır və bahalıdır, daş və mərmər isə daha əlçatandır. Orada məhsuldar torpaq minimal səviyyədədir, suvarma yeraltı damcı üsulu ilə aparılır.

Bütün bunların hamısı Ukraynada 100 dəfə çoxdur. Bu səbəblə, Ukraynanın potensialı nəhəngdir. Əgər oğrularla "oğru qaydaları”na uyğun yaşarsansa və hər şeyə laqeyd qalarsansa, bütün bunların hamısını sıfırlamaq mümkündür.

İsrail də sosializmə yoluxmuşdu. Yəhudilər ona özünəməxsus xilas yolu kimi, inanırdılar. Lakin onlar bundan uzaqlaşa bildilər. Kommunizm Ukraynanı əzib keçdi, lakin artıq bütün bəlaların ilk səbəbi kimi, ona istinad etməkdən əl çəkməyin vaxtıdır. Artıq SSRİ-dən kənarda bütün bir bir nəsil yetişib.

İsraildə hər bir ev, hər bir meydan, hər bir küçə bütün vasitələrlə, hətta, sözün dəqiq mənasında, ölümcül döyüşlə qorunmalı olan sərhəddir. Onların orada geri çəkilməyə yerləri yoxdur, geridə qalan yalnız dənizdir. Və əhali, onlardan heç biri demir ki, yəhudilər müharibədən yorulublar. Əgər yorulubsansa, deməli, yenə də qaz kameralarına və ya hansısa adsız xəndəyə gedəcəksən.

Ukraynada bütün bir partiya, ideologiya belə bir ibtidai əyalət şüarı ilə manipulyasiya edir ki, guya, "Ukraynada yorulublar və sülh istəyirlər!”. Belə düşmənlərlə sülh olmaz. Bu, heç vaxt olmayacaq. Bu müharibə açıq və ya gizli cəbhədə davam edəcək. Ona görə də ya köləliklə barışmaq lazımdır, ya da yorulmaq haqqında kəkələmək belə, lazım deyil.

Korrupsiya hər yerdə vardır. Lakin sadəcə pul oğurlamaq məqsədilə olan korrupsiya bir şey, korrupsiyanın öz talançılığı ilə dövlətin varlığını təhlükə altında qoyması isə başqa bir şeydir, bu, artıq xəyanətdir.

İsraildə mütəmadi olaraq prezidentləri və baş nazirləri həbs edirlər. Bəli, yəhudilərin də içində çox sayda fırıldaqçının olmasını etiraf etmək üçün cəsarət sahibi olmaq lazımdır. Ukraynada sadəcə korrupsiya ilə mübarizə aparmaq deyil, onun ortaya çıxarılması və təmizlik üçün böyük prosesin aparılması lazımdır. Bu, köhnə əyyamların hər bir KQB xəbərçisinin həbs edilməsi üçün deyil, onların bundan sonra da fəaliyyət göstərməsinə imkan verilməməsi üçün edilməlidir. Bu, edilməyib.

Deməli, digər oğrulara siqnal verilir ki, oğurluq – özlüyündə tamamilə aydın olan, dövlətin və ya digər vətəndaşların hesabına olan bir "qidalanma” yoludur. Heç bir normal investor belə problemlərlə üzləşmək, belə ölkələrlə iş görmək istəməyəcək və haqlı olacaq. Müqəddəs Avqustinin təbirincə desək, əgər dövlətdə ədalət (qanunçuluq) yoxdursa, bu, dövlət deyil, sadəcə quldurlar dəstəsidir, bu dəstənin tabeçiliyində yaşamaq isə ayıbdır.

Düşmənləri İsraildən qorxur. Çünki o, bütün incikliyə və terrora artıqlamasilə cavab verir. Döyüş meydanında əzici tankları ilə, havada aviasiyası ilə, ölən, lakin bir qarış torpağını belə, verməyən əsgərlərilə cavab verir. İsraildən 1000 mil uzaqda birbaşa yataqda güllələyən gizli agentlərilə cavab verir.

Ukrayanaya hörmət olunması üçün, hər şeydən öncə, ondan qorxmalıdırlar. Bu səbəblə, onun zabitləri müasir tələblərə cavab verməli və başlıcası, öz torpaqlarını müdafiə edən Ukrayna könüllülərinə layiq olmalıdırlar. Problem əsgərlərdə deyil, birbaşa komandirlərdədir. Onlar general rütbələri və böyük villalar üçün deyil, ölkələri, onun ideyaları, gələcəyi üçün öyrənməli və döyüşməlidirlər.

Yəhidilərin 2000 il, ukraynalıların isə 1000 il ərzində dövləti olmayıb. Fərqə baxmayaraq, 100 ildən sonra artıq nə qədər uzun müddət ərzində dövlətinizin olmaması elə də mühüm əhəmiyyət kəsb etmir. O, sadəcə olmur. Lakin həm yəhudilər, həm də ukraynalılar bu dövlət ideyasını əsrlərlə yaşatdılar. Və budur o, həm orada, həm burada yaradılıb. Kaş ki, onların heç biri yatmasın və ondan israfçılıqla istifadə etməsin.

Yeri gəlmişkən, necə oldu ki, İsrailin qurulması sonunda baş tutdu? Menahem Beginin təbirincə desək, Holokostu yaşayan insanlar artıq heç nədən qorxmadılar və heç bir şey qarşısında dayanmadılar. Başqa sözlə, yəhudilərin yəhudilərdən başqa heç kimin əmr verə bilməyəcəyi öz bucaqlarını yaratmalarının zəruriliyi qəti aydın oldu. Çünki 3500 illik tarix sübut edirdi ki, ətraf xalqların ləyaqətinə nə qədər güvənsən də, bu, tez və ya gec, işləməyə bilər. Bu qaydadan istisna halı, ola bilər, indi – bizim dövrümüzdə mümkün olsun. Və mən belə hesab edirəm ki, bu, çox sayda antisemitizm halı olsa da, anqlosakson ölkələrində mümkündür.

Ukrayna nə üçün baş tutmalıdır? Xeyr, hətta ona görə yox ki, Vətənin və ya kimdənsə xilas olmaq üçün öz bucağımızın olması lazımdır. Ona görə lazımdır ki, bu dünyada yaşamağın yeganə yolu özünü möhkəmləndirməkdir. Şəxsiyyət olmaqdır. İnsan kimi və ölkə kimi şəxsiyyət olmaqdır. Buna görə ona hörmət edəcəklər və onunla hesablaşacaqlar.

Ukraynanın baş tutması həm də ona görə zəruridir ki, Rusiyapərəst layihə ona mütləq şəkildə heç nə təklif etmir və təklif edə bilməz. Rusiyanınn özü monumental mühafizəkardır, geri qalıbdır və bununla birlikdə, inanılmaz inadkar ölkədir. O, ayrı-ayrı dahilərdən və faydalı qazıntılardan savayı, dünyaya faydalı heç bir şey, mütləq şəkildə heç bir şey verə bilməz və gələcəkdə də verə bilməyəcək. Ona görə də bu yol növbəti dalana aprır.

Çin yolu mövcuddur. Yeri gəlmişkən, o, amerikan modeli əsasında qurulub. Amerikapərəst dünya variantı da vardır. Və bu gün mövcud olan, gələcəyə aparan yeganə iki həyat yolu bunlardır. Digər variantlar, özünü nə qədər yorsan da, səni heç bir yerə aparmayacaq. Onlar ya artıq gəbərmiş, ya da, demək olar ki, gəbərmiş atlardır.

Onu da nəzər alın ki, dünyada növbəti özünəməxsus inadkar diktatorun meydana çıxdığı, meqafonla öz yolunun Qərb modelindən daha uğurlu olduğunu qışqırdığı halda, inanmamaq, aldanmamaq lazımdır. Çünki yetərli dərəcədə inkişaf etmiş amerikan kapitalizmini, azad bazarı və onda azad insanın inkişaf etməsini başqa bir şeylə əvəz edə biləcək bir uğurlu təcrübə belə, yoxdur.



Oxşar Xəbərlər

Xəbər lenti