Əli Kərimlinin hakimiyyətə şərtləri haqlıdırmı və niyə?

 

Ötən günlərdə hakimiyyətin siyasi partiyalarla görüşlərə başlaması haqda yazarkən, «AXCP sədrinə də görüş təklifi göndərməlidir» yazdığımı xatırlatmağımın qüsuruna baxmayın. Əli Kərimlinin siyasi davranışlarının xoşumuza gəlib-gəlmədiyidən asılı olmayaraq, müstəqilliyimiz tarixinın ən stajlı bir partiyasının rəhbərliyində təmsil olunur. Bu səbəbdən hakimiyyətin Əli Kərimliyə də dəvət göndərəcəyinə inam vardı və iqtidarın bu addımı nəticədən asılı olmayaraq təqdirəlayiqdir. Qərəzli görünmək istəməzdi, amma demək olmaz ki, məsələn, Əli Kərimli hakimiyyətdə olsaydı, müxalifətə hansı münasibət göstərərdi? Məsələn, Müsavat başqanını günlərin birində otağına çay içməyə dəvət edərdimi? O da «mən gəlməyəcəm, müavinimi göndərərəm» desəydi, reaksiyası nə olardı?

Prezident Administrasiyasının yeni təsis edilmiş şöbəsinin müdiri Ədalət Vəliyevin tanışlıq, yəni aradakı məsafələrə baxmaq, mümkünsə söhbətə bir körpü salmaq, nə bilim, Azərbaycanın dərd-sərlərindən danışmaq təklifinə bu cür reaksiyası da gözlənilən idi. Şöbə müdirinin otağında və ya kənarda keçirilmiş görüşlərdə nələrdən danışıldığı haqda şəxsən bəndənizdə müfəssəl bilgi yoxdur. Amma dəqiqdir ki, görüşlərdə kiməsə vəzifə təklif edilməyib, hakimiyyətin bölüşdürülməsi müzakirə olunmayıb. Əli Kərimlinin iqtidarın siyasi partiyalar üzrə ən kompetent fiqurunun təklifinə reaksiyası isə tanınmış partiyanın, ciddi müxalifət liderinin statusuna uyğun gəlmir. Əli Kərimli «görüşə müavinimi göndərərəm» deyib. AXCP sədrinin müavinlərinin istənilən mövzuda diskussiya, danışıq, mübahisə aparmaq bacarığına şübhə etməyək. Amma Əli Kərimlinin davranışları bu situasiyaya adekvat deyil, hətta qeyri-ciddidir.

prezident.png (4.62 MB)

AXCP sədri deyir ki, dialoqun predmeti olmalıdır. Buna söz yox. Olmalıdır yox, olacaq! Gedən prosesin Prezidentin mandat verdiyi yeni şöbə müdirinin prosedura uyğun yalnız tanışlıq görüşü olmadığı aydındır. Bu, hakimiyyətin birinci şəxsinin iradəsidir; onun ilk addımı varsa, demək, davamı da olacaq.

Əli Kərimli nə edir? Serial təkliflər irəli sürür müavini ilə şöbə müdirinin xəyali müzakirəsi üçün. Siyasi məhbuslar, seçkilər, mitinq yerləri və sairə…

Prezident İlham Əliyev jurnalist üçün ən birinci və etibarlı mənbədir və bu dialoq təklifi haqda Milli Məclisdə dediklərini yada salmaq zəruridir. Prezident bu təmaslar haqda təvəzökar danışdı və dedi ki, bu dialoq «Heç bir ilkin şərt olmadan» aparılır… Yəni hakimiyyətin (Prezident İlham Əliyevin) iradəsini ifadə edən bu təmaslar üçün iqtidar şərt qoymur. Məsələn, AXCP seçkilərin nəticələrini tanısın və ya görüşə ABŞ səfirliyinin (və ya digər Qərb ölkələri səfirliklərinin) dəvətiyyələrində yazıldığı kimi, «koyu rəngli kostyumda» gəlinsin... Əli Kərimli isə toplu şərtlər irəli sürüb. Müxalif lider təklif edir ki, bu şərtlərlə görüş təklifini qəbul edə bilər ki, 9 fevral seçkilərinin nəticələri ləğv edilsin. «Müavinimi göndərərəm», «dialoqun predmeti olmalıdır» kimi şərtlər isə ciddi görünmür.

Əvvəla, yenə xatırlatmaqda fayda var ki, iqtidar bu görüşü heç bir şərt irəli sürmədən başlayıb. Ola bilsin ki, görüşə digər dəvət olunanların spektri müxalifət liderini təmin etməsin. Amma bu o demək deyil ki, görüşə getmək (və ya getməmək) üçün radikal tələblər ortaya atasan. Həm də bunca qeyri-ciddi…

AXCP sədrinin siyasi düşərgələrdə müzakirəyə səbəb olan şərtlərinin bəndlərini yeri gələndə, təhlil etmək də olar. Bunu son çıxışında dövlət başçısı da dedi ki, ölkənin problemləri elə daxilimizdə həll edilməlidir. Əli Kərimlinin şərtləri isə indilikdə niyə ciddilikdən uzaqdır, deyim.

Bu təkliflərə baxıb qiymətləndirsək, belə təəssürat yaranar ki, sən demə, AXCP parlamentdə yerlərin əksəriyyətini qazanıb, hətta hakimiyyətə bir addım qalıb və indi iqtidarın onlara işi düşüb ki, Əli bəy də şərtlər irəli sürür. Filan, filan…

Əli kərimli ile ilgili görsel sonucu

Buna kim inanar axı? Ura, Ura! «AXCP sədri Azərbaycanın ən radikal, ən prinsipial, ən kristal lideridir!» Nə olsun? Nə dəyişdi? Kimə nə oldu?

Qarabağ müharibəsində yüzlərlə üzvünü itirən AXC-nin və onun indiki xələfi olan AXCP-nin tarixi mübarizəsi, prinsipləri haqda mənfi heç nə demirəm. Bu, görüşə gedib-getməmək, digər müxalifət komponentlərindən özünü üstün, prinsipial göstərmək AXCP lideri ilə partiya üzvləri, elektoratı arasında olan məsələdir. Qiymətləndirməni onlar verə bilər. Amma bu cür reaksiya vermək kənardan heç də səmimi görünmür. Görüşmək, görüşdən imtina etmək hər bir şəxsin, siyasi liderin şəxsi, ya da siyasi işidir. Əli Kərimli yəqin nə demək istədiyimi olduğu kimi anlayır. «Mən getmirəm, müavinim getsin», «mənim statusuma uyğun deyil» və sair kimi mesajlar səmimi deyil.

Əli Kərimli Əli İnsanov dəyirmi ile ilgili görsel sonucu

Arxiv və ...tarix

Əli Kərimli adaşı, sabiq səhiyyə naziri ilə bir masa arxasında heç bir şərt olmadan otura bilirsə, bu dəfəki radikalizmdə nəsə yerində deyil. Məsələn, AXCP lideri deyərdi ki, Əli İnsanov hakimiyyətdə olduğu dövrdə müxalifət haqda dediklərinə görə üzr istəsin, sonra müavinim gələr.

Dedimi? Deyərmi?

İqtidarın müxalifətlə görüş üçün bir şöbə yaradıb, onun yeni, heç bir siyasi konfliktlərdə adı hallanmayan müdirini görəvləndirməsindən indilikdə uzaqgedən nəticələr çıxarmağın tez olduğu məlumdur. Amma sərhədləri bağlayan koronavirus bəlası da təsdiqləyir ki, biz problemlərimizi, Prezident Əliyevin dediyi kimi, xaricdə yox, öz daxilimizdə müzakirə edib, uzlaşmalıyıq…

Heç bir ilkin şərt olmadan həm də…

Nazim SABİROĞLU, ile ilgili görsel sonucu



Oxşar Xəbərlər

Xəbər lenti