Hərbi qəniməti ŞƏXSİ MALI kimi istifadə etdi və... -
İTTİHAM VAR...
Yeni qərar bazarı silkələdi:
Azərbaycanda ət bahalaşacaq
Bu dərmanlarla bağlı qadağa ləğv edilir
Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… -
İLGİNC FAKTLAR
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
Prezident İlham Əliyevin Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü
Rusiya ilə Azərbaycan arasında əlaqələr möhkəmləndirilir
Prezident 2 fərman imzaladı
Bu ərazilərə DOLU düşəcək, YAĞIŞ yağacaq -
Sabahın HAVASI
Qadını benzinlə yandırdığı deyilən gənc vəzifəli şəxsin oğlu imiş
İlham Əliyev Sadır Japarovu qarşıladı
FOTOLAR
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
Əvvəlki
Sonrakı
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında
18-04-2024, 19:45
Paşinyan istefa verir
1-04-2024, 15:01
Nardaran və Maştağada əməliyyat
– Müsəlman Birliyi Hərəkatının üzvü saxlanıldı / FOTO
16-03-2024, 14:33
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Artıq üç uşağı olan şəxslər...
14-03-2024, 23:00
Neft bazarında çalxalanma: Bahalaşma Azərbaycan üçün nə vəd edir?
11-03-2024, 15:40
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
"Yeni müharibə ehtimalı kifayət qədər real görünür" — -XƏBƏRDARLIQ
Son günlər Ermənistan ordusu hərəkətlənib.
Ermənistan ordusu İrəvanda hərbi parad keçirməklə yanaşı cəbhəyanı ərazilərdə də təlimlər keçirir. Xüsusən Ağdam istiqamətində keçirilən təlimlər hiss ediləcək səviyyədədir. Ağdam sakinləri təlimlər başlayan zaman yenidən döyüşlərin başladığını hesab ediblər, ancaq sonradan bunun təlim olduğu bildirildi.
Ermənistan təlimlərə başlayandan dərhal sonra Azərbaycan Müdafiə Nazirliyində bununla bağlı müşavirə keçirildi. Nazirin göstərişi ilə erməni ordusuna aid obyektlər müşahidəyə alınacaq, hərəkətdə olan texnikalar isə dərhal vurulacaq.
Bundan əlavə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın yenə də danışıqlara xələl gətirmək üçün destruktiv və təxribatçı siyasət yürütdüyünü bildirib. Elmar Məmmədyarov deyib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş Ağdam rayonunda başladığı hərbi məşq və təlimlər danışıqlar prosesini pozmağa yönəlmiş ciddi təxribatdır.
Ermənistan ordusunun son zamanlar fəallığı və bölgədə baş verə biləcək hadisələr barədə politoloq Qabil Hüseynli danışıb:
"Bu təlimlərin birinci məqsədi 2-5 aprel döyüşlərinin ermənilərdə yaratdığı ruh düşkünlüyü, qorxu hissini aradan qaldırmaqdır. Ermənistan öz əhalisinə göstərməlidir ki, arxasında Rusiya kimi nəhəng bir dövlət var, yeni silahlar alıb. Bu silahlar guya ölkələr balansında Ermənistanın xeyrinə kəskin dəyişikliklər edib. Hətta bundan istifadə edərək təmas xətti boyunca təlimlər keçirməyə belə cürət edib. Bu təlimlərin bir məqsədi də, Azərbaycan tərəfində ruh düşkünlüyü yaratmağa yönəlib. Ermənistan bununla demək istəyir ki, biz güclüyük, müharibəyə hazırıq, istənilən döyüşlərdə qalib gəlməyə imkanımız çatar. Bütün bunlar hamısı erməni cəmiyyətinin gözünə kül üfürməkdir. Bu, aciz vəziyyətdə qalmış ölkənin müharibəqabağı təbliğatıdır.
Ermənilər gözəl bilir ki, indiki şəraitdə danışıqları hansı formada olursa olsun pozmaq ən birinci şərtdir. Çünki danışıqlar prosesi işğal edilmiş rayonların bu və ya digər formada geriyə qaytarılması ilə nəticələnəcək və ermənilər işğal etdikləri torpaqları geriyə qaytarmalı olacaqlar. Bu da erməni cəmiyyətində kəskin qarşıdurma meyilləri yaradacaq. Hətta Sarkisyan hakimiyyətinin devrilməsi ilə nəticələnəcək.
Belə görünür ki, Rusiya Sarkisyan hakimiyyətinə alışıb və Sarkisyanı itirmək istəmir. Bu səbəbdən də, 2-5 aprel müharibəsindən sonra hər gün Dağlıq Qarabağ problemi ilə məşğul olacam deyən Putinin səsi-sorağı çıxmır. Rusiya bu azmış kimi Ermənistana çox təhlükəli silahlar ötürməyə başlayıb. 200 milyon kredit adı altında bu günə qədər Rusiya Ermənistana milyardlarla dollar dəyərində silah-sursat göndərib. Rusiya uğursuz cəhdlər edir ki, göndərdiyi silah-sursat Ermənistan ərazisindəki rus qoşunlarına verilir. Ermənilər rusları yaxın zamanda ifşa etdi ki, silahları Rusiya verib və bu silahlar Ermənistan ordusu üçün nəzərdə tutulub. Erməni təbliğatı isə bu silahlar vasitəsi ilə hədə mesajları verməyə başlayıb.
Görünür ki, gözlənilən payız danışıqları ya baş tutmayacaq, ya da baş tutsa, heç bir nəticə verməyəcək. Ermənilər hazırda tamamilə başqa bir istiqamətə kökləniblər. Ermənilər elə düşünür ki, 2-5 aprel müharibəsində itirdikləri əraziləri geri qaytara bilərlər.
Rusiya Azərbaycana silah satmaq istəyir və bundan da çox böyük gəlir götürür. Hazırda Rusiyadan silah alan ölkələrin sayı çox azalıb. Rusiyadan silah alan ölkələr içərisində Azərbaycan ön sırada gəlir. Rusiyaya pul lazımdır. Bu pulu əldə etmək üçün ən gözəl mənbə hərbi sənaye kompleksinin inkişafıdır ki, silahları münaqişə olan ölkələrə satsın. Azərbaycan bu dəfə fərqli davranacaq. Azərbaycan texniki parametrlərinə görə, yeni texnologiyalara dayanan silahlar almağa üstünlük verir. Azərbaycan bundan sonra Rusiya silahlarından daha üstün silahlar əldə etməyə çalışacaq. Bu istiqamətdə İsraillə əməkdaşlıq çox sərfəlidir. Yaxın zamanda Azərbaycanda silah sərgisi keçiriləcək. Həmin sərgidə İsrail yeni, texnoloji üstünlüklərə malik, dünyada analoqu olmayan silahlarla təmsil olunacaq. Eyni zamanda İsraillə danışıqlar gedir ki, Azərbaycan həmin silahları almaqla yanaşı, o silahların Azərbaycanda istehsalını da təmin edəcək. Hazırda Azərbaycanda İsraillə müştərək bir sıra müasir silahların istehsalı davam edir. Həmin silahlar Ermənistanda yoxdur.
Azərbaycan İsraildən əlavə Pakistanla da hərbi əməkdaşlığa maraqlıdır. Pakistan Azərbaycana müasir tipli, Çinlə birgə istehsal edilmiş qırıcı təyyarələr göndərməyə hazır olduğunu bildirib. Həmin təyyarələr bir sıra texniki üstünlükləri ilə yanaşı, həm də qiymət baxımından da kifayət qədər rus təyyarələrindən ucuz qiymətədir. Azərbaycanın başqa çıxış yolu yoxdur, ordu sürətlə yeni silahlarla təmin edilməlidir. Ordumuz təlimlərə ara verməməlidir. Müdafiə Nazirliyində keçirilən müşavirədə Ermənistanın bütün hərbi obyektlərinin müşahidə altına götürülməsi və onların məhv edilməsi üçün indidən tədbirlər görülməsi haqqında göstəriş verilib. Azərbaycanın buna imkanı var.
Yeni müharibə ehtimalı kifayət qədər real görünür. Bunun da əsas səbəbkarı Rusiya və onun regiondakı əlaltısı Ermənistandır. Danışıqlar prosesinə söz verən Rusiya ümumiyətlə son zamanlar danışıqların keçirilməsi barədə fikirlər də səsləndirmir. Yaxasını hər şeydən kənara çəkib əl altından, xəyanətkarcasına təyyarə ilə göndərə bilmədiyi raketləri quru yolla, bizim də çox kömək etdiyimiz Gürcüstanın ərazisindən Ermənistana ötürür. Ermənistana gedən silah-sursatın böyük hissəsi Gürcüstan quru yolu ilə göndərilir. Gürcüstan tərəfi Rusiya tərəfindən Ermənistanın militarisləşdirilməsinə, silahla təmin edilməsinə maneçilik törətmir. Halbuki Gürcüstanın torpaqları Rusiyanın işğalı altındadır.
Çox təəssüflər olsun ki, Cənubi Qafqaz yenidən qarışa bilər. Bu dəfə artıq 2-5 aprel müharibəsinə bənzəyən bir müharibə olmayacaq. Bu dəfə Ermənistanla Azərbaycan arasında olacaq müharibə irimiqyaslı, son qələbəyə qədər olan müharibə olacaq. Rusiya göz önünə almalıdır ki, həm əhali ehtiyatları, həm ordusunun sayı, hərbi potensialı yüksək olan Azərbaycan bu müharibəni uduzmayacaq. Müharibə zamanı Türkiyə müəyyən dəstək verəcək, Pakistan mütləq bu müharibəyə müdaxilə edəcək, Səudiyyə Ərəbistanı Azərbaycana hər cür yardım əli uzadacaq. Rusiya elə düşünür ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyini Ermənistana verəcək və bunun köməyi ilə Azərbaycana qarşı müəyyən qüvvə formalaşdıracaq. Rusiya çox ciddi surətdə yanılıb ki, bu dəfə ruslar erməniləri yenidən üstümüzə göndərsə, bütün müsəlman dünyasının müqaviməti ilə rastlaşacaq. Rusiya Suriyadan da qorxulu bir cəbhə ilə baş-başa qalacaq.
Azərbaycan xalqının əzmini biz 2-5 aprel müharibəsində gördük. 2-5 aprel müharibəsi zamanı mülki əhalinin zorla müharibəyə getmək əzmini gördük. Ermənilər bilməlidir, Azərbaycan xalqı elə bir xarakterə malikdir ki, ayağa qalxsa, onun qarşısında heç bir güc dayana bilməyəcək. Rusiya həyasızlıq edərsə, ABŞ və Avropa İttifaqı da Azərbaycanı ən azından siyasi səviyyədə dəstəkləyəcək. Əgər müharibə olarsa, Cənubi Qafqaz Rusiyanın bel sütununu qırmaq üçün döyüş meydanına çevrilə bilər".
Oxşar Xəbərlər
Ermənilər işğal olunmuş ərazilərdə yanğınlar törədib
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
"Bizim qabağımızda duruş gətirə bilməz” - Prezidentdən xəbərdarlıq
Azərbaycan Rusiyanın təkliflərini nəzərdən keçirir
Xəbər lenti
Hərbi qəniməti ŞƏXSİ MALI kimi istifadə etdi və... -
İTTİHAM VAR...
"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... +
FOTO
TƏCİLİ!
Fransa təyyarəsi Bakı hava limanında qəza enişi etdi
Yeni qərar bazarı silkələdi:
Azərbaycanda ət bahalaşacaq
Bu dərmanlarla bağlı qadağa ləğv edilir
Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… -
İLGİNC FAKTLAR
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
Sabiq baş pediatr özünü güllələdi -
RƏSMİ AÇIQLAMA
Prezident İlham Əliyevin Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü
Rusiya ilə Azərbaycan arasında əlaqələr möhkəmləndirilir
Prezident 2 fərman imzaladı
Bu ərazilərə DOLU düşəcək, YAĞIŞ yağacaq -
Sabahın HAVASI
Ayın 25 və 26-sı ilə bağlı
CİDDİ XƏBƏRDARLIQ
Qadını benzinlə yandırdığı deyilən gənc vəzifəli şəxsin oğlu imiş
İlham Əliyev Sadır Japarovu qarşıladı
FOTOLAR
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq -
2026-cı ildən...
45 yaşlı kişinin qaçırdığı qız ailəsinə qaytarıldı -
Yenilənib
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
Görün Bayden 32 il əvvəl Azərbaycana hansı pisliyi edib -
Faktlar açıqlandı
Təhsildəki kütləvi repititorluq... -
Məktəblər NƏ İŞƏ YARAYIR?
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var -
Ramiz Mehdiyevin qohumudur
Vətən müharibəsi qazisi Türkiyədə öldü -
FOTO
"3 müəllimə tarix dərsini pozaraq sinifə daxil olub, övladımı təhqir və təhdid ediblər" -
ŞİKAYƏT / FOTO
Gürcüstandan idxal qadağası:
qoyun əti bahalaşacaq
Ermənistandan Rusiyaya növbəti rədd cavabı
Professorla Ali Attestasiya Komissiyası arasında nə baş verib?
Azərbaycanda polisə çağırılan kişi özünü öldürdü
Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib?.. -
İLGİNC İDDİALAR...
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır –
Bazardakı qiymətdən 17,5 min bahadır
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: -
Komissiya yaradılması təklif edildi
"Borrel Gürcüstanın daxili işlərinə qarışır, Aİ siyasətçiləri həyasız və yalançıdırlar" -
Gürcüstanın Baş naziri
Prezidentdən 4 kənd açıqlaması:
Müharibədən dərhal sonra...
Azərbaycanın xarici dövlət borcu açıqlandı
Onlar əfv olunmaq istəyir
Prezidentdən sülh sazişi ilə bağlı daha bir -
AÇIQLAMA
Qanda şəkəri salan meyvə
Məktəb direktoru 300 min manat mənimsədi
Həyət evi almaq istəyənlərə şad xəbər:
15-20 min manat ucuzlaşacaq
Azərbaycanda tütün məmulatlarının idxalı ilə bağlı qanuna yeni dəyişikliklər edildi
Ermənistan Qarabağ uğrunda heç vaxt müharibə etməyəcək -
Paşinyan
Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ -
NƏ ZAMANA QƏDƏR?
SON DƏQİQƏ!
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
Həbsdə olan jurnalistlər Prezidentə müraciət etdi -
ƏFV ÜÇÜN...
Məhkəmə Əvəz Zeynallı ilə bağlı QƏRAR VERDİ
Ramin Abdullayevin Gəncə sakinlərinə yaşatdığı Kərbəla müsibəti...
DAVAM EDİR...
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb -
FAKTİKİ HAVA
Müəllimlərə şad xəbər
QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” –
Və sahibkarları qəfil yoxlamaq dərdi
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Ərdoğanın İraqda imzaladığı sazişlərin Azərbaycana hansı təsirləri olacaq?
PRİZMA
Ənvər Börüsoyun adı gələndə…
MÜSAHİBƏ
1
2
3
4
5
6
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibə
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi
Zeynəb Xanlarovadan SƏRT SÖZLƏR:
"Sübut edin ki, demişəm uşaqpulu verilməsin, 50 ildir..." + VİDEO
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə
TƏHLİL
"Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var" -
XAQANİ CƏFƏRLİ
SOSİAL
1
2
3
4
5
6
"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... +
FOTO
Ayın 25 və 26-sı ilə bağlı
CİDDİ XƏBƏRDARLIQ
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq -
2026-cı ildən...
Qanda şəkəri salan meyvə
Həyət evi almaq istəyənlərə şad xəbər:
15-20 min manat ucuzlaşacaq
Müəllimlərə şad xəbər
{sape_links}{sape_article}