İsrail prezidenti Ukraynaya səfərini yarıda kəsdi

 

İsrail prezidenti Reuven Rivlin Şimon Peresin vəfatı ilə əlaqədar Ukrayna səfərini yarıda kəsib.

Bu barədə İsrail prezidentinin dəftərxanası məlumat yayıb. "Prezident hazırda Ukraynada səfərdədir. O, səfəri vaxtından əvvəl başa vuraraq gün ərzində İsrailə qayıdacaq", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, R.Rivlin II Dünya müharibəsi illərində Babiy Yarda yəhudilərin faşistlər tərəfindən qətlə yetirilməsinin 75-ci ildönümü ilə əlaqədar Ukraynaya səfər edib. Ukraynanın bu bölgəsində faşistlər yüz mindən çox adam öldürmüşdü. Sentyabrın 28-də İsrail prezidenti Odessaya səfər etməyi planlaşdırıb. Sentyabrın 30-da isə onun ölkəsinə geri dönməsi nəzərdə tutulub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}