Deputat: "Azərbaycana 15-20 bankın olması kifayətdir" - YENİLƏNİB

 

"Bankların konsolidasiyası davam etməlidir və düşünürəm ki, Azərbaycanda 32 bankın olması artıqdır". "Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında deputat Vahid Əhmədovdeyib.

V.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanda 15-20 bankın olması kifayətdir: "Bankların sağlamlaşdırılmasının əsas yolu onların birləşdirilməsindən keçir”.

Deputat gələn il kommunal xidmətlərə görə tariflərin qaldırımasının planlaşdırılmadığını deyib: "Hansısa kommunal xidmətlərin qiymətinin qaldırılmasını büdcədə müəyyən etməmişik. Amma bütün bunlar neftin qiymətindən və gedən iqtisadi prosdeslərdən asılı olacaq. Həmçinin, sosial müavinətlərin artırılması da bütün bu proseslərə bağlıdır”.

***

V.Əhmədov onu da qeyd edib ki, təxminən 4 ay bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasına Azərbaycan banklarının sağlamlaşdırılması, dollar kreditlərinin ödənilməsi ilə bağlı təkliflər paketi göndərib. Amma bu günə qədər Palata təkliflərə cavab verməyib: "Məndə olan məlumata görə, hazırda bu təkliflər üzərində iş gedir. Son iki ayda banklarla bağlı 300-ə qədər müraciət daxil olub. Həmin müraciətlər dollarla verilən kreditlərdə güzəşt etməyən banklarla bağlıdır. Amma bir çox banklar müştərilərin kreditlərini manata çevirir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}