Səfirin qatili niyə öldürüldü? - Ərdoğandan sensasion açıqlamalar

Səfirin qatili niyə öldürüldü? - Ərdoğandan sensasion açıqlamalar

 

"Rusiya səfirinə sui-qəsdin bağlantıları FETÖ-nu göstərir. Qatil FETÖ teror təşkilatının mənsubudur. Bunu gizlətməyə gərək yoxdur. Çox açıq və konkret demək zorundayım. Silahlı qüvvələrimizin içində olduğu kimi, polis təşkilatımızın içində bu kirli örgüt hələ var".

Sozcu.info  xəbər verir ki, bunu Türkiyə prezidenti Ərdoğan Kosovanın prezidenti ilə görüşündən sonra jurnalistlər qarşısında açıqlayıb.

Onun sözlərinə görə, FETÖ üzvlərinin təmizlənməsi davam edir.

Prezident Karlovun qatilinin niyə öldürülməsinə də aydınlıq gətirib:

"Həssas durumdayıq. Karlovun belə bir sui-qəsdə qurban getməsi bizləri üzüb. Türkiyədəki vəzifəsi zamanı müstəsna diplomatlardan biri olaraq tanıdım. Türkiyənin daxili işlərinə müdaxilə etmədən,Türkiyə-Rusiya əlaqələrini yüksəltməyə, gəlişdirməyə çalışan bir diplomat idi. O biri isə bədəlini ödədi.

İndi bəziləri niyə onun canlı yaxalanmadığını deyir. Canlı yaxalamağa çalışılıb. Bəzən o ani vəziyyətdə başarıqlı ola bilmirsiz.  Bu sui-qəsdçi əlini o biri tərəfinə doğru aparanda, "bomba çıxacaq" əndişəsiylə onu vurma məcburiyyətində qalıblar".

Prezident bildirib ki, bundan sonrakı proses Rusiyadan gəlmiş istintaqçılarla birgə aparılacaq: 

"İnanıram ki, ən qısa zamanda nəticə detallı ortaya çıxarılacaq. O qatilin ölkə xaricindəkı bağlantıları haqda da ip ucları var. MİT və istintaq orqanlarımız çalışmalarını sürdürür. Son nəticəni açıqlayacağıq".

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}