Almaniya və Fransa ABŞ-ın Suriyaya raket zərbələrini dəstəkləyir

Almaniya və Fransa ABŞ-ın Suriyaya raket zərbələrini dəstəkləyir

 

Avropa ölkələrindən bəziləri ABŞ-ın Suriyanın Homs əyalətindəki "Əş-Şəyrat” aerodromuna raket zərbələri endirməsinə münasibət bildiriblər.

Türkiyə mətbuatı xəbər verir ki, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel mətbuata açıqlama verərək ABŞ-ın bu addımını müsbət qiymətləndirdiklərini deyiblər.

Belə ki, F. Olland və A. Merkel Suriyaya qarşı tətbiq ediləcək sanksiyaları bundan sonra da dəstəkləyəcəklərini bildirib.

Onlar bu işdə Suriya rəhbəri Bəşər Əsədin günahkar olduğunu qeyd ediblər.

İngiltərənin Nazirlər Kabineti Suriyaya hücumla bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirilib ki, İngiltərə ABŞ bu addımını dəstəkləyir: "İngiltərə bunu Suriya Ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab kimi qiymətləndiri. Zərbə kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirilib”.

Polşa hökumətinin mətbuat katibi Rafal Bohanek dövlət televiziyasına açıqlama verərək ABŞ-ın bu addımını dəstəklədiyini bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}