Saakaşvilinin dövründə Gürcüstan hansı silah-sursat əldə edib?

Saakaşvilinin dövründə Gürcüstan hansı silah-sursat əldə edib?

 


Hərbi məsələlər üzrə gürcü eksperti İrakli Aladaşvili hazırda Fransada yaşayan və qanunsuz beynəlxalq silah-sursat ticarətində ittiham olunan Gürcüstanın 2006-2008-ci illərdəki müdafiə naziri gürcü-yahudi mənşəli David Kezeraşvilinin dövründə gürcü ordusu üçün alınan silah-sursat və ağır texnikaların siyahısını açıqlayıb.

Belə ki, 2007-ci ildə D.Kezeraşvilinin fərmanı əsasında Gürcüstan Ukraynadan 74 ədəd tank, 6 ədəd "BMP”, 5 ədəd "Pion” artileriya sistemi, 8 ədəd "L-39” tipli təlim təyyarəsi, 48 ədəd 1 diviziyalı "R31” tipli zenit raketi, 400 ədəd tankəleyhinə əllə idarə olunan "Kombat” tipli raket alınıb. Həmin ildə Bolqarıstandan 48 ədəd tankəleyhinə raket kompleksi və bunun üçün 150 ədəd "Faqot” tipli raket, 10 min ədəd "C-5” tipli avtomatik idarə olunan aviasiya raketi, Polşadan 30 ədəd daşına biləcək "Qrom” tipli zenit-raket kompleksi, İsraildən isə 4 ədəd "Lar-160” tipli reaktiv sistemi alınıb.

Ekspertin fikrincə, təkcə 2008-ci ilin yanvar-dekabr aylarında David Kezeraşvilinin nazirliyi dövründə Ukraynadan 10 min ədəd "АК-74”, 5 min 100 ədəd "АКС-74У”, 2 min ədəd 304 ədəd "АКС-74”, 60 ədəd ПКМС, 15 ədəd "БМП-1”, 10 ədəd "Т-72” və 25 ədəd "БТР-70” alınıb. Bununla yanaşı Türkiyə Tiflisə 70 ədəd "Əjdər” tipli ağır texnika, Amerika 5 min ədəd "M4” tipli avtomatik karabin, İsrail 10 ədəd "Spaider” tipli zenit raketi, Çexiya isə müxtəlif silah-sursatla yanaşı tanklar satıb.

Ekspert hesab edir ki, Türkiyənin "Əjdər”lərindən, Ukrayna və Çexiyanın Gürcüstana satdığı silah-sursatından başqa BMT-nin raporunda heçnə deyilmir. Yəni D.Kezeraşvili qəsdən BMT-yə hesabat verməyib. O, da vurğulanıb ki, BMT-nin hesabatında qeydə alınmayan Gürcüstanın aldığı silah-sursatın və hərbi texnikanın əksər hissəsi İrana, Ermənistana, o cümlədən Şərq ölkələrinə gizli satıla bilərdi.

N.Hüseynov,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}