Əli Həsənov hansı sulların cavabını verməlidir?

 

 

Ölkənin gündəmi Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsinin iki nəfərin ölümü və bir neçə nəfərin ağır yaralanmasıyla nəticələnən ağır yol qəzası törətməsi cəmiyyətin əsas gündəm mövzusu olaraq qalır. Bu da təbiidir. Çünki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi, general Novruzəli Orucovun, oğlu Rüstəm Orucovun qanunsuz əməllərinə görə, Prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad edilməsinin üzərindən bir ay belə keçməyib. Cəmiyyət aydın şəkildə görür ki, hətta valideynlərinin işdən şıxarılması da harın məmur övladlarını qanunları pozmaqdan, dövlət başçısının xəbərdarlıqlarına etinasız yanaşmaqdan çəkindirə bilmir. Əli Həsənovun nəvəsinin harınlığı da bu baxımdan diqqəti cəlb edir.

 

Diqqəti cəlb edən digər məqam isə dövlət başçısının yürütdüyü siyasətin əsas icraçılarından biri olan Ə. Həsənovun baş verənlərə münasibətidir. Bildirildiyinə görə, o, faciəyə səbəb olan qəza barəsində mətbuata açıqlama vermək istəmədiyini bildirərək deyib: "Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüquqi ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”.

Əlbəttə ki, Əli Həsənovu başa düşmək olar. Onun daha deyəcəyi nə sözü ola bilər ki? Axı, o qayıdıb "Mənim nəvəm yaxşı edib, iki nəfərin ölməsi, bir neçə nəfərin yaralanması nədir ki” deyə bilməz. Eyni zamanda "Prezidentin xəbərdarlıqları mənim nəvəmə aid deyil” demək də ədəbdən kənar görünə bilər. Ancaq Əli Həsənovun açıqlamalarından belə çıxır ki, o, Prezidentin xəbərdarlıqlarının özünə aid olmadığını düşünür, övlada görə valideyni cəzalandıran ölkə başçısının ədalətliliyə şübhə ilə yanaşır.

Qeyd edək ki, hələ dörd il əvvəl Prezident İlham Əliyev Bakı Biznes Mərkəzində keçirilən "2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında vətəndaşlara qarşı haqsızlıqların yolverilməzliyini vurğulayaraq demişdi: "Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam.  Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.

Əli Həsənov hansı sulların cavabını verməlidir?

 


 

Prezidentin bu xəbərdarlığının birinci hissəsi Əli Həsənovun nəvəsinə artıq tətbiq olunub. Yəni, xüliqanlıq edərək, iki nəfərin ölümünə, bir neçə nəfərin ağır yaralanamasına səbəb olan məmur nəvəsi həbs olunub. Ancaq cənab Prezident dəfələrlə etdiyi çıxışlarında yalnız fərdi məsuliyyətdən deyil, cinayət törədən məmur övladlarına görə valideynlərinin siyasi və mənəvi məsuliyyət daşıdığından da bəhs etmişdi. Bəs, o zaman Əli Həsənovun vəzifə taleyi necə olacaq? Xüsusilə, Baş nazir müavininin Prezidentin sözlərinə qarşı hüquqi dövlətdə məsuliyyətin fərdi olması tezisini qoymağa çalışdığı bir zamanda bu sual xeyli aktuallıq qazanır.

Zənnimizcə, özünü Prezidentin tərəfdarı hesab edən şəxs dövlət başçısının müfaviq qərarını gözləmədən istefa verməlidir. Əli Həsənov isə hələ də danışaq istəməməklə kifayətlənmək niyyətindədir. Elədirsə, o, indi bu suala aydınlıq gətirməlidir ki, dövlət başçısının dörd il əvvəl verdiyi bəyanatının ona aidiyyatı var, ya yox?

Əli Həsənovun aydınlıq gətirməli olduğu ikinci sual iki nəfərin ölümünə, bir neçə nəfərin ağır yaralanamasına səbəb olan 21 yaşlı nəvəsinin bahalı avtomobilləri hansı pullar hesabına alması ilə bağlıdır.

Arzuman Nəbiyev

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}