Qərb mediası: “Tramp öz kəşfiyyatına deyil, Qərbi parçalamaq istəyən adama inanır”

 

Keçən həftə APEC-ə üz olan dövlət başçılarının görüşü zamanı Rusiya prezidenti Vladimir Putinlə qısa təmasdan sonra ABŞ prezidenti Donald Tramp təyyarədə jurnalistlərlə söhbət zamanı rusiyalı həmkarının ABŞ-dakı prezident seçkilərinə qarışmadığı barədə ona dediyi sözlərə inandığını bildirib.

Sozcu.info  bildirir ki, əsl mərəkə isə elə bundan sonra qopub. Son 3 gündə ABŞ prezidentinin ünvanına deyilməyən söz qalmayıb.

"Tramp Putin qarşısında "səfeh” görünməkdə ittiham olunur”, - "Le Figaro” qəzetinin başlığı belədir.

Qəzetin Vaşinqtondakı müxbiri Filip Jelinin yazdığına görə, prezident hələ də bununla bağlı aparılan təhqiqatı demokratlar tərəfindən edilən sui-qəsd kimi qiymətləndirir. Onun Rusiyanın seçkilərə qeyri-qanuni müdaxiləsi ilə əlaqədar ölkə kəşfiyyatının gəldiyi qənaəti şübhə altına alması isə siyasi elitanı olduqca qəzəbləndirib.

Senator Con Makkeyn prezidentin sözlərini təkcə səfehlik kimi deyil, həm də ölkənin milli təhlükəsizliyinə təhdid olaraq dəyərləndirib. MKİ-nin keçmiş direktoru Con Brennanın sözlərinə görə, Tramp Putin tərəfindən qorxudula bilər. "Prezidentin ruslarla bağlı bu cür münasibəti ya avamlıqdan, ya cahillikdən, ya da qorxudan gəlir”.

Картинки по запросу trump putin vietnam mccain

ABŞ milli kəşfiyyatının keçmiş direktoru Ceyms Klepper isə prezidentin hələ də manipulyasiya altında olduğunu düşünür.

Avstriyanın "Kurier” qəzetinin yazarı Dirk Hautkap isə Trampın bu cür açıqlamalarının ona qarşı Moskanın əlində hansısa kompromat olduğu barədə şübhələri gücləndirdiyini yazıb.

Jurnalist yazısının sonunda ABŞ-ın məşhur Brukinq institutunun tanınmış ekspertlərindən sayılan Tomas Raytdan sitat gətirib: "Tramp Putin üçün əsl "faydalı axmaq” rolunu oynayır. Biz hələ ömrümüzdə bu dərəcədə zəif prezident görməmişik”.

Картинки по запросу trump useful idiot

"ABŞ prezidenti sabiq dövlət katibi Henri Kissincer kimi davranmaq istəyir, lakin o, strategiyasız Henri Kissincerdir”, - amerikalı politoloq, Eurasia Group araşdırma mərkəzinin rəhbəri Yen Bremmer İtaliyanın "Corriere della Serra” qəzeti verdiyi müsahibədə bildirib.

"Tramp mətbuata Konqresə, FTB-yə, bir sözlə, Putindən başqa hər kəsə acıqlıdır”, - Bremmer qeyd edib.

Politoloq prezidentin beynəlxalq problemlərin həllində Rusiya ilə birlikdə çalışmasına imkan verilmədiyi ilə bağlı şikayətlərinə də toxunub.

Картинки по запросу trump putin north korea

"Məsələn, Tramp Şimali Koreya probleminin həlli üçün Rusiyanın gərəkli olduğunu iddia edir, elə deyilmi?... Lakin mən fikirləşirəm ki, Rusiya öz çəkisini itirməkdə olan dövlətdir. Və o, öz itirdiklərini dünyada qeyri-sabitlik və xaos yaratmaqla doldurmaq istəyir. Bunun üçün Kreml ABŞ-da və Qərb ölkələrində digər seçkilərə müdaxilə edir.

Bu səbəbdən Rusiyanın Şimali Koreyanın durdurulması ilə bağlı aktivliyindən danışmağa dəyməz. Əksinə, Putin özü dünyada gərginliyn artması üçün şimali koreyalılara yardım etməkdə maraqlıdr”, - ekspert qeyd edib.

Müəllif bir ildən çoxdur ki Rusiya məsələsinin Vaşinqtonda bir çox adamın siyasi kareyrasına son qoyduğuna diqqət çəkib: "Bu təhqiqatın sonunun prezidentə gedib çıxmaq ehtimalı olduqca çətin görünür. Çünki çobanı xilas etmək üçün ən sonda prezident əfvi ilə qurtula biləcək qoyunları qabağa verməlisən”. /musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}