İslam Əməkdaşlığı Təşkilatı dünya səhnəsində niyə sayılan güc deyil? –"The Independent”

İslam Əməkdaşlığı Təşkilatı dünya səhnəsində niyə sayılan güc deyil? –"The Independent”

 

Tanınmış Britaniya jurnalisti Robert Fiskin "The Independent" qəzetində dərc olunmuş məqaləsi "İslam Əməkdaşlığı Təşkilatı artıq dünya səhnəsində güc sayılmır" adlanır.

Fisk yazır ki, Donald Trampın Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı kimi tanımaq bəyanatı uşaq hərəkətinə nə qədər bənzəyirsə, müsəlman ölkələrinin bu bəyanata cavabı da bir o qədər sadəlövh səslənir. Məqalədə deyilir ki, İstanbulda bu həftə keçirilmiş sammitdə yenə də "səslərini çox eşitdiyimiz yorğun və qoca liderləri görürdük": "Onlardan heç biri Fələstinin qoca və "fərsiz" prezidenti Mahmud Abbasdan nə daha kədərli, nə də daha tutqun görünürdü" – məqalədə deyilir.

Fisk yazır ki, "İstanbul sammitində 57 dövlət başçısı olmalıydı, lakin onlardan bəziləri ya Əlcəzair prezidenti Buteflika kimi komatoz vəziyyətdədirlər, ya da Yəməni bombalayan başqa ərəb dövlətlərinə söyüş yağdırmaqla məşğuldurlar".

"Və əlbəttə, bir də onlar beynəlxalq icmanı Şərqi Yerusəlimi Fələstinin paytaxtı kimi tanımağa çağırıblar. Mövcud olmayan və belə getsə, heç vaxt mövcud olmayacaq bir dövlətin paytaxtı kimi…" -jurnalist yazır.

Fiskin fikrincə, hətta öz adını da artıq iki dəfə dəyişmiş bu təşkilat və onun "kollektiv avtokratiyası" öz xalqlarına nə ümid, nə təşəbbüs, nə ədalət, nə də gələcək vəd edir. Məqalədə deyilir ki, Amerika bu liderlərin "cəsarətindən" qətiyyən narahat deyil. Fiskin fikrincə, müsəlman ölkələri ciddi görünmək istəyirdilərsə, Birləşmiş Ştatlara qarşı diplomatik, hətta zəif də olsa, neft boykotu elan etməli idilər. "Belə şeyləri onlar vaxtilə ediblər" -Fisk yazır.

"Amma indi bu baş verməyəcək, – məqalədə deyilir, – Səudlar Yəməni bombalayırlar və Amerikanı yox, Qətəri boykot edirlər, Ruhani dövlət başçısı statusuna bir azca yaxın olsa da, iranlılar səudların Livanda nələr edəcəyini güdürlər… Qəsdlərdən, sükutdan və iqtidarsızlıqdan, etnik təmizləmə təhlükəsindən danışan Livan prezidentinin özü keçmiş generaldır, hərçənd onun nitqi İstanbul sammitindəki ən yaxşı çıxış idi. Mahmud Abbas isə daha yaxşı olardı ki, Trampın qərarını Beynəlxalq Məhkəməyə verəydi. Amma Fələstin liderləri o qədər əzvaydırlar (və korrupsiyalı) ki, belə bir cəsarət heç yuxularına da girməz" -Fisk yazır.

Fisk qeyd edir ki, "problem də bundan ibarətdir". Onun fikrincə, Tramp kimi ABŞ prezidenti ilə bacarmaq üçün ərəb ölkələrinə ciddi və cavan adamlar – beynəlxalq hüquqşünaslar, vasitəçilər, təcrübəli diplomatlar lazımdır ki, Yaxın Şərqin xalqlarını müdafiə edə bilsinlər: "Yerusəlimə və işğal olunmuş ərazilərə dair ciddi BMT qətnamələri var, amma biz bu barədə heç nə eşitmirik…"

"Heç olmasa prezident Ərdoğan bəyan edir ki, Vaşinqton bundan sonra vasitəçi ola bilməz. Yaxşı, bəs necə olsun? O ərəb deyil, üstəlik də öz ölkəsini yarımdiktatorluğa çevirib" -məqalədə deyilir.

"Həqiqət budur ki, müsəlman liderlərin daha etibarlılığı yoxdurOnlar artıq heç kimi təmsil etmirlər. Doğrudur, onlar qarşıdan gələn həftələrdə nəzərlərini Moskvaya tərəf çevirə bilərlər. Amma Moskva da çar Rusiyası və Avstriya-Macarıstan İmperiyası qədər köhnəlib”.

Müəllifin fikrincə, müsəlman liderlər olsa-olsa iflasa uğramış ölkələri təmsil edirlər, halbuki bütün müsəlman dünyası adından danışmalıdırlar. Axı bu təşkialt BMT-dən sonra əhalisinin sayına görə dünyada ikinci ən böyük icmadır.

"Bəlkə də kömək üçün Yaxın Şərqin alimlərinə üz tutmaq lazımdır? Amma onlar da bu məsələləri yalnız öz universitetlərində müzakirə edirlər. Onların da heç bir gücü yoxdur.  Məhz buna görə də biz indi faciə ilə üzbəüzük".

"Bu faciənin kökü bəlkə də Birinci Dünya Müharibəsinə gedib çıxır. Məhz bu müharibənin gedişində Osmanlı imperiyası çöküb, ərəblərsə öz torpaqlarına sahiblənə bilməyiblər…" –deyə Fisk yazıb. (BBC)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}