Möhtəşəm türk ordusu: Dünyada bir BƏNZƏRİ YOXDUR

 

Afrinə qarşı "Zeytun Budağı” Hərəkatı dünən Türkiyə Silahlı Qüvvələrindən (TSK) 6 min 400 əsgərin iştirakı ilə davam etdib.
 
Afrinə qarşı "Zeytun Budağı” Hərəkatında, Azad Suriya Ordusu (ASO) qüvvələrinin əvvəlki gün Azez-Gülbaba sərhəd xəttindən başladığı quru əməliyyatı, dünən Türkiyə Silahlı Qüvvələrindən (TSK) 6 min 400 əsgərin iştirakı ilə davam edib.
 
DÜNYADA BELƏ BİR ORDU GÖRÜLMƏDİ

 
Əməliyyatın ilk 48 saatında 7.5 kilometr içəri girən TSK və ASO, nəzərdə tutulduğundan çox daha sürətlə irəliləyib. Normal şərtlərdə əməliyyatın 4-cü günündə çatılması nəzərdə tutulan bölgəyə 2 gündə çatılıb. Hərbi ekspertlər dünyada bu qədər sürətli və yüksək təşkilatçılığı olan ikinci bir ordu olmadığını və Türk Ordusunun hələ də çox güclü və intizamlı olduğunu deyirlər.
 
69 KƏNDƏ GİRLDİ
 
Xüsusilə Kırıkhan-Hassa xəttinin qarşındakı Afrin bağlı Raco, Şedia və Surki bölgələrində qarşıdurmaların intensivləşdiyi ifadə edilərkən, PKK-nın nəzarət altında saxladığı 21 məntəqə istifadəyə yararsız hala gətirilib. 130 kilometr eni və 7-9 kilometr dərinlikdəki əməliyyat sahəsində TSK, MİT və ASO paralel fəaliyyət aparıb. Afrinə 9 qoldan hücum edən birliklər, PKK və YPG nəzarətindəki 69 kəndə girib, 9-nu tamamilə terrorçulardan təmizləyib. Raco və Bülbül mahallarına bağlı Şenkal, Qurunu, Bali, Edamanlı kəndi ilə Kita, Kordo və Bibno fermaları, Suriya Tel Təpəsi, 240-cı Təpə və 2 təpə daha ələ keçirilib. Sərhədin Türkiyə tərəfində qurulan 7 hərbi bazadan 3-nün, "gələcək hərbi baza" olaraq Raco, Qırmızı Kənd və Şediaya daşınacağı qeyd edilib. Sahədə 2 min 150 nəfərlik qabaqcıl hərbi qüvvəyə, bu gün sahədə nəzarəti təmin edəcək min nəfərlik qrupun əlavə olunacağı bildirilib.
 
AĞ BAYRAQ QALDIRDILAR
 
Digər tərəfdən, terror təşkilatı PKK-nın yollara quraşdırdığı 17 partlayış tələləri məhv edilib. Bölgədəki 370 PKK-lı terroristin TSK xətlərindən 7 kilometr geri çəkildiyi qeyd edilib. Şırnak-Silopi Altubey Sərhəd Məntəqəsindən müşahidə edilən PYD/YPG polis bölməsi ilə Yankalə Sərhəd Məntəqsininə ərazisindən müşahidə edilən qarovulxanadakı PYDƏYPG-nin bayrağının endirildiyi, yerinə ağ bayraq asıldığı bildirilib.
Siyasi və hərbi mənbələrin verdiyi xəbərə görə, PKK dirənə bilməyib, geri çəkilir. Əsəd rejimi və Rusiyadan istədiyi dəstəyi də ala bilməyib. Afrin şəhər mərkəzində vahiməyə düşən PYD rəhbərlərinin Rusiya və Dəməşq rejimi ilə 4 görüş keçirdiyi və şəhəri Suriya rejiminə təhvil verəcəklərini çatdırdığı bildirilib. Terrorçuların Dəməşq rejiminə "Afrini birlikdə qoruyaq" çağırışı etdiyi, ancaq rejimin bu təklifə isti baxmadığı öyrənilib. Sahədəki ərazilərin təqibi üçün 3 pilotsuz İHA-nın gündə 58 saatlıq görüntü təminatı etdiyi qeyd edilib.
 
TERRORÇULAR TƏLƏ QURUB QAÇIR
Terror təşkilatı, vətəndaşları birbaşa hədəf almağa davam edərək Afrindən Azez rayonunun Kelcibrin bölgəsinə hücum edib. 2 mülki vətəndaş həyatını itirib. Təşkilatın Raco və Şediada boşaldılan kəndlərə 9 ədəd vasitəli bomba qoyduğu məlumatından sonra tələlərə qarşı tədbirlər görülüb. Regiondakı risklər üzündən bütün əsgər və ASO nümayəndələrindən cib telefonları alınıb. Əsgərlər şifrəli rabitə vasitələrindən istifadə etməyə başlayıb. PKK-nın 65 kilometrlik sahədə rabitəni təmin edən verici və rele də TSK-nin nəzarətinə keçib. Beləliklə PKK-lıların uzun məsafədə əlaqələrinin kəsildiyi, qısa məsafə danışıqlarının isə təqib edildiyi qeyd olunub.
 
VƏTƏNDAŞ BAĞRINA BASDI
 
Türk Silahlı Qüvvələrinin Afrinə qarşı hərəkatında quru qoşunları ünsürü sərhədi keçərkən xalqın xeyir-duası ilə yola salınıb. Bəzi vətəndaşlar əsgərlərlə şəkil çəkdirib. Əsgərlər də özlərinə sevgi nümayişində olan uşaqları salamlayıb. Hatayda ev və iş yerləri bayraqlarla bəzənib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}