Ərdoğanla Tillersonun 3 saat 15 dəqiqə çəkən görüşü: nazir tərcüməçilik edib - İlk açıqlama ABŞ-dan gəldi + VİDEO

Ərdoğanla Tillersonun 3 saat 15 dəqiqə çəkən görüşü: nazir tərcüməçilik edib

 

ABŞ dövlət katibi Reks Tillerson br az əvvəl Türkiyəyə gəlib.
Sozcu.info xəbər verir ki, o, Bakə vaxtı ilə saat 20.41-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident iqamətgahında qəbul edilib.

Qəbulda Çavuşoğlu da iştirak edib: "Sabah isə Tillersonla xarici işlər naziri Mövlud Çavuşoğlunun təkbətək görüşü də baş tutacaq".

***

Sozcu.info bildirir ki, görüş 3 saat 15 dəqiqə sürüb.

İlkin məlumata görə, görüşdə FETÖ və Rza Zərrab davasına görə Amerikada həbs edilmiş "Xalq Bank"ın müdir müavininin məsələsindan tutmuş, Tillersonun ziyarət öncəsi "ABŞ heç bir zaman YPG/PYD-yə ağır silah vermədi" bəyanatının detallarına qədər müzakirə aparılıb.

***

Görüşdən ilk açıqlama ABŞ tərəfindən gəlib. ABŞ Dövlət Departamenti görüşdən sonra "Tillerson ən yaxşı bildiyi diplomatik təmas üçün Türkiyədədir. Orada çox yaxşı və məhsuldar görüşmə baş tutdu", - deyə bildirilib.

***

TRT-dən verilən məlumata görə, Ərdoğanla Tillersonun görüşündə təkcə Çavuşoğlu iştirak edib. Hətta türk nazir prezidentin tərcüməçiliyini də edib. Görüşdə Türkiyənin narahat olduğu bütün məsələlər Tillersonun diqqətinə detallı çatdırılıb.

***

Son məlumata görə, Tillersonla Çavuşoğlunun sabahkə görüşündən sonra müzakirə olunan məsələlərlə bağlı mətbuata birgə açıqlama veriləcək.









Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}