Amerika eksperti:“ABŞ İrana təzyiqi Ermənistan və Azərbaycanı öz tərəfinə çəkməkdən başlamalıdır” – Təhlil

Amerika eksperti:“ABŞ İrana təzyiqi Ermənistan və Azərbaycanı öz tərəfinə çəkməkdən başlamalıdır” – Təhlil

 

Stiven Blank

The Hill (ABŞ), 02.04.2018

 

ABŞ-ın milli güvənliyi üzrə yeni komandası İrana və onun maraqlarına zərbə vurmağa meyllənir. ABŞ prezidenti Donald Tramp administrasiyasının Birgə Kompleks Fəaliyyət Planına (BKFP) hücumu AB, Rusiya və Çində – hələ İranı demirik – artıq xeyli mübahisələr doğurub. Lakin İranla nüvə sazişinə diplomatik həmlələr Vaşinqtonun sərəncamındakı yeganə variant deyil.

Amerika administrasiyası İranı təcrid etməyə can atırsa, İranın Qafqazdakı, xüsusən Ermənistan və Azərbaycanla münasibətlərini pozmaqdan ötrü addımlar ata bilər. Bu münasibətlərin İran üçün həlledici önəmi var, çünki bu bölgənin ölkələri İranın şimal və qərb sərhədlərində yerləşib. ABŞ Qafqazda təkcə öz maraqlarını yeritməz, həm də İrana və onun tərəfdaşı Rusiyaya zərbə endirə bilər. Bunu etmək yetərincə asandır. Azərbaycan və İran arasında xeyli illər ərzində qarşılıqlı şübhə mövcud olub. İkitərəfli münasibətlərin 2012-ci ildən yaxşılaşmasına baxmayaraq Azərbaycan əvvəlkitək İrana etibar etmir. O zaman İranın Bakı və İsrailə qarşı terror hücumu etmək üzrə  planlarının üstü açılıb ki, bu da göstərilən dövlətlər arasında böhranın meydana çıxmasına səbəb olub.

İran Azərbaycana İran ərazisində yaşayan azərbaycanlı azlıq arasında iğtişaşların təşkil edilə biləcəyi meydança kimi yanaşır. Tehran habelə Azərbaycana İsrail və ABŞ-la dostluq münasibətləri quran satqın şiə kimi yanaşır. Azərbaycan həm də energetika sahəsində İranın rəqibidir. İran hazırda özünün şimal sərhədinin möhkəmləndirilməsi və Bakıyla Vaşinqton arasında son dərəcə sıx yaxınlaşmanın qarşısını almaqda  maraqlıdır.

Ermənistan, əksinə, Azərbaycana münasibətdə dayanıqlı antaqonizmi üzündən İranla olduqca yaxındır. Ermənistan habelə İranla birgə böyük infrastruktur və iqtisadi layihələr gerçəkləşdirir. Bu layihələr Ermənistanın Azərbaycanla müharibəsinə görə Türkiyənin göstərdiyi təzyiqi yumşaltmalıdır. Beləliklə Ermənistan təkcə ölkədə hərbi bazalara malik Rusiyanın satelliti deyil, həm də İranın bölgədə əsas tərəfdaşıdır. Buna baxmayaraq Ermənistan Qərblə körpüləri yandırmağı özünə rəva bilməz. İrəvan əvvəlki kimi Qərb dövlətlərilə xarici siyasət əlaqələrini genişləndirməyə cəhd edir.

Belə çıxır ki, Tramp administrasiyası üçün yol açıqdır. Qafqaz bölgəsində sülhü təmin etməyə yardım və Moskvanın nüfuzu və Tehranın yaramazlığını cüziləşdirmək üçün stimulları təzyiqlə uyğunlaşdırmaq lazımdır. Amerika administrasiyası Dağlıq Qarabağda münaqişəni tənzimləmək üçün üzərinə öhdəlik götürüb bu öhdəliyi mənfəət və sanksiyalar sistemiylə uzlaşdıraraq bölgədə ABŞ nüfuzunu gücləndirə bilər. Tramp habelə bir tərəfdən Ermənistan və Azərbaycan arasında münasibətlərdə və digər yandan Rusiya və İranla məsafə yaratmaq hesabına bölgədə ABŞ maraqlarını yeridə bilər.

Tehranın bəyanatlarında Azərbaycanda Amerika hərbçiləri, ya da ABŞ xüsusi xidmətləri təmsilçilərinin mümkün iştirakı haqda əndişə səslənir.Vaşinqton həmçinin Ermənistan-İran münasibətlərini pozmaq üçün Ermənistana basqını gücləndirə bilər. Hətta yaxşı olardı ki, ABŞ Yaxın Şərqdəki durumdan və İranla və/və ya Gürcüstanla münasibətlərdən ayrıca olmaqla diqqətini Qafqazda öz iştirakını genişləndirməyə cəmləsin. Enerjilərin Qafqaz üzəriylə Xəzərdən AB-yə tədarükünün genişləndirilməsi Vaşinqtonun maraqlarında önəmlidir. ABŞ-ın Qafqazda daha fəal varlığı habelə Rusiyanın Türkiyəyə basqısını azaldır və Ankara ilə ABŞ arasındakı alyansın bərkiməsi üçün özül yaradır.

ABŞ bölgədə öz maraqlarını və demokratik dəyərləri daha effektli yeritmək üçün Ermənistan və Azərbaycanın güvənliyinin təminatında dərin maraq sərgiləməlidir. Əks halda hələ demokratik dəyərləri demirik, bu ölkələrin hökumətlərinin ABŞ maraqlarına tam ciddiliklə yanaşacağını güman etməyə heç bir əsas yoxdur.

ABŞ potensialca üç qat uduş əldə edə bilər. Birincisi, ABŞ Qafqazda nüfuzunu genişləndirərək Ermənistan və Azərbaycanla münasibətləri möhkəmləndirib sülhə yardım edə bilər. İkincisi, ABŞ Rusiya və İranın Qafqazda və qonşu bölgələrdə nüfuzunu azaltmaq imkanı əldə edir. Ekspertlərin çoxu hesab edir ki, ABŞ-ın bölgədə xeyli başqa marağı və prioritetləri var. Amma Vaşinqton doğrudan da Tehrana basqı etmək istəyirsə, məhz Qafqazdan başlamağına dəyər.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}