FRANSIZ GENERALDAN “SKRİPAL İŞİ” İLƏ BAĞLI SENSASİON İDDİALAR:“Qətlin izləri İsrail, ABŞ və Britaniyaya aparır” – Araşdırma

 

Dominik DELEVARD, general

ASAF (Fransa)

 

İstənilən ciddi müstəntiq cinayət işlərində mümkün bütün versiyaları nəzərdən keçirir, yalnız biriylə kifayətlənmir. Cinayət motivinin axtarışı – xüsusən də bilərəkdən olanda – çox vaxt qatilin və ya sifarişçinin aşkarlanmasına səbəb olur.

Siyasi nəticələri beynəlxalq münasibətlər üçün olduqca önəmli Skripal işi, göründüyü üzrə, müstəntiqlər, siyasətçilər, KİV-lər və ictimai rəy qarşısında cavabı indiyədək tam kafi olmayan bir sıra suallar qoyur.

1 – Faktlar və müstəntiqlərin yaydığı və siyasətçilərin, KİV-lərin geniş ictimaiyyət üçün şərh etdiyi ilk nəticələr necədir?

2 – Rusiya günahkardırmı?

3 – Deyilsə, ola bilsin, bilərəkdən bu cür aktı həyata keçirmək üçün kimin güclü motivi və vasitələri ola bilərdi?

Yəqin ki, bu üç suala cavab beynəlxalq reaksiyalar və bunun mümkün nəticələri haqda başqa suallar doğurur.

 

Faktlar, siyasətçilərin reaksiyası və KİV-lər

 

Rusiya hərbi kəşfiyyatının keçmiş polkovniki Sergey Skripal və qızı 2018-ci il martın 4-də Solsberidə (Böyük Britaniya) ticarət mərkəzinin yanında huşsuz halda tapılıb. O, 1995-də Britaniya xüsusi xidmətləri tərəfindən ikili agent kimi icarəyə götürülüb, 2004-də xəyanətə görə Rusiyada 13 illik həbsə məhkum edilib. 2010-da Rusiya ilə ABŞ arasında agent mübadiləsindən sonra ona Birləşmiş Krallıqda sığınacaq verilib. Britaniya müstəntiqləri lap başdan məlumat veriblər ki, onlar "Noviçok” qazıyla zəhərləniblər. Bu müəmmalı və ehtimala görə, öldürücü maddənin bu cür dəqiq adlandırılması, ən azı, savadsız görünür.

Bu maddənin varlığı yalnız rusiyalı dissident, keçmiş hərbi kimyaçı Vil Mirzayanovun (indi 83 yaşı var) 1990-cı illərdə verdiyi bəyanatlar sayəsində geniş ictimaiyyətə məlum olub. O, 2007-də ABŞ-da öz iddialarını təsdiqləyən bir neçə kimyəvi formulu göstərdiyi "Dövlət sirləri” (State Secrets) kitabını nəşr etdirib. Bu fakt təsdiqlənirsə, belə çıxır ki, "Noviçok” 2007-dən yalnız rus ixtirası olmaqdan çıxıb və istənilən adam tərəfindən hazırlana bilərdi. Mirzayanovun iddiaları başqa heç bir müstəqil qaynaq və ya başqa dissident tərəfindən təsdiqlənməyib. Hətta Kimyəvi Silahların Yasaqlanması üzrə Təşkilat (KSYT) özünün ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Almaniya təmsilçilərindən ibarət elmi komitəsinin hazırladığı  2013-cü il tarixli hesabatında nəticəyə gəlib ki, "Noviçok”un varlığı və özəlliklərini elan etmək üçün zəruri məlumat yoxdur.

Kimyəvi maddənin aşkarlanması üzrə Britaniyanın Portondakı yeganə laboratoriyasının rəhbəri doktor Robin Blek 2016-da elmi dərgidə ("Kral kimya cəmiyyəti”) yazıb: "Bu maddənin mümkün varlığını göstərən əlamətlər, demək olar, yoxdur, tərkibi isə naməlum qalır”. (Robin Black. 2016 «Development, Historical Use and Properties of Chemical Warfare Agents»).

Yəni Britaniya müstəntiqləri, tərkibi özlərinin bu sahədə ixtisaslaşan laboratoriyasına məlum olmayan maddəni eyniləşdirə biliblər!

Britaniya siyasətçiləri KİV-lər tərəfdən daimi və demək olar, həmrəy dəstəklə "Britaniyaya qarşı bu hücuma” görə məsuliyyəti Rusiyanın üzərinə yıxmağa yubanmayıb və 23 Rusiya diplomatını sürgün ediblər. Eyni zamanda bu maddənin nümunəsini KSYT-ə – BMT-nin tanınmış müstəqil strukturuna, habelə britaniyalılara öz köməyini təklif edən Rusiyaya təqdim etməkdən imtina ediblər. Belə bir məxfilik nə üçündür? Bu işdə artıq birinci təəssürat dumanlı görünür.Siyasətçilər arasında və KİV-lərdə ani isteriya 2003-də Səddam Hüseynin kütləvi qırğın silahı məsələsilə bağlı "dirijorluğu” yada salmağa məcbur edir. Amma təkcə bunu deyil… Bu cür isteriya İraqda Səddamın kinli əsgərlərinin düşük çağaları inkubatorlardan atdıqları 1989-cu ildə ayyarım ərzində Timisoarın işiylə bağlı, sonra 2013-də Qutada kimyəvi silah işlətməklə bağlı baş verib. Bu proseslərin hamısı sonradan həmin dövlətin işlərinə hərbi müdaxilə həyata keçirmək və hökunməti devirmək imkanı verən örnək yaratmağa yönəlik yalan elan olunub.

 

Rusiya günahkardırmı?

 

Prezident Putin kim istəsən ola bilər, ancaq bircə axmaq deyil. Bu haqda, ən azı, onunla görüşənlərin hamısı deyir – istər Qərb siyasətçiləri olsun, istərsə də jurnalistlər.

Bu prezident indi xeyli beynəlxalq məsələ və böhranların həlliylə məşğuldur: Ukrayna, Suriya, KXDR-də durum, İranın nüvə sazişi, Rusiyada prezident seçkiləri, futbol üzrə dünya çempionatı və s. Təsəvvür etmək olarmı ki, seçkilərə 16 gün qalmış və Şərqi Qutada hərbi əməliyyatlarla bağlı güclü basqı şəraitində 2010-da şəxsən azad etdiyi və artıq xeyli müddət təhlükə təşkil etməyən keçmiş casusun aradan götürülməsi haqda əmr verib? Xüsusən də Qərb siyasətçiləri və KİV-lərinin onun ölkəsi haqda başlayacağı isteriyanı əvvəlcədən anlamaqla. Özü də məhz bu məqamda?

Mənim cavabım – xeyr. Bu versiya zərrəcə inama layiq deyil və bu, birinci növbədə bizi axmaq yerinə qoyan (siyasətçilər və KİV-lər) bunu  fəal şəkildə irəli sürənləri nüfuzdan salır. Təsəvvür etmək olarmı ki, Rusiya xüsusi xidmətlərindən hər hansı biri prezident seçkiləri ərəfəsində konkret anda bu keçmiş agentlə haqq-heasab çəkmək üçün Putinin nəzarətindən çıxsın?

Mənim cavabım – xeyr. Kəşfiyyat rəhbəri bu əməliyyatın siyasətçilər və KİV-lər arasındakı nəticələrini anlamaqla intiharçı olardı.

Təsəvvür etmək olarmı ki, "FTX-dən pis adamlar” öz qurbanını Solsberidə ticarət mərkəzinin yanında yoldan keçənlərin gözü qabağında can verərək ölməyə imkan versinlər?

Yenə də mənim cavabım – xeyr. Rusiya xüsusi xidmətləri Skripalı aradan götürmək istəsəydi, uyğun məqamdan elə istifadə edərdi ki, sonradan cəsəd tapılmasın. Skripal səkkiz il qabaq azad edilsə də, doğrudanmı, onlar özgə heç bir münasib girəvə tapa bilməyiblər və Rusiyada prezident seçkilərindən 16 gün əvvəl ona sui-əsd ediblər? Rusiya izi itir: motiv yoxdur, icra anı pis seçilib, Putinin intellektual bacarığının aşkarca gərəyincə qiymətləndirilmədiyi "iş” olduqca pis görülüb.

Əksinə, istisna etmək olmaz ki, bu sui-qəsd Avropanın hər bir ölkəsində yetərindən artıq olan mafioz çevrələr tərəfindən sifariş olunub. Sifarişçinin məharətinin ən yüksək səviyyəsi Ukrayna, ya da Rusiya mafiyasını seçmək olardı (onlar Qərbin bütün ölkələrində aktiv fəaliyyət göstərirlər).

 

Manipulyasiya cəhdləri

 

Deməli, rəsmi Rusiyanın izi istisnadır. Amma KİV-lər və siyasətçilər arasındakı rus xofu isteriyası nəzərə alınsa, nəticəyə gəlmək olar ki, biz cəmiyyətin rusxoflu hissəsinin qıcığının  oyanmasına, habelə Avropa Birliyi ilə Rusiya arasında gərginlik səviyyəsinin yüksəlməsinə və ola bilsin, ictimaiyyətin hərbi qarşıdurmaya keçə biləcək daha antirusiya sanksiyalarının tətbiqinə hazırlanmasına hədəflənmiş manipulyasiya cəhdinin obyekti olmuşuq.

Bu gün dövlət sifarişçilərindənkim Rusiyadan narazılıq üçün motivləri ola və bu gün müşahidə etdiyimiz nəticəyə nail olmaq üçün Britaniya KİV-ləri və siyasi dairələrində indiki durumda bu cür hərəkət edə bilərdi. Bu şərtlərə üç ölkə uyğun gəlir.

 

Birincisi, əlbəttə, İsraildir

 

Rusiya və Bəşər Əsəd başda olmaqla Suriya, İran və Hizbullah arasındakı alyans İsraili əsəbiləşdirir. Buna inanmaq üçün təkcə İsrail qəzetlərini oxumaq lazımdır. Rusiya məhz bu alyansın sayəsində həmin güclü bənddir ki, Yaxın Şərqin parçalanmasına bir müqəddimə kimi  yeddiillik müharibədən sonra Suriyanın bölünməsi üzrə Amerika-İsrail planı onun ucbatından belə də başa çatmayıb. Netanyahunun Suriya və İranı rahat buraxmağa inandırmaq qəsdilə Putinin yanına çoxsaylı səfərləri hədər çıxıb. Nəticədə hərəkət etmək və Rusiya liderinə basqını gücləndirmək lazım idi.

İsrail qüdrətli və varlı diaspor, habelə çoxsaylı "yatan agentlər” sayəsində bütün dünyada, amma birinci növbədə ABŞ, Böyük Britaniya və Fransada xeyli nüfuza və iş bacarığına malikdir. İsrail bu ölkələrdə ən nüfuzlu KİV-lərə, habelə xarici siyasətə və hətta müəyyən dərəcədə dövlət başçılarına nəzarət edir. İsrail bəzi dövlət başçılarının seçki kampaniyalarını maliyyələşdirmək və/və ya nəzarət etdiyi KİV-lərin dəstəyi ilə onların seçilməsini asanlaşdırıb. Mossadın xidmətləri heç bir çətinlik qarşısında pəs demir, bununla yanaşı iş apardığı ölkələrdə həm siyasi, həm də informasiya dəstəyi var. Yəni Rusiya ilə istənilən ərazidə istənilən məxfi əməliyyatı həyata keçirmək və yaxud maliyyələşdirmək üçün böyük imkanlara malik olan və fəaliyyətə keçən İsraili üz-üzə gətirən mübahisəli məsələlərin miqyasına baxsaq, İsrail izini istisna etmək olmaz.

 

ABŞ-ın da Rusiyadan narazılıq üçün yetərincə əsası var və olduqca bacarıqlıdır

 

Tamamilə aydındır ki, Putin Rusiyası ABŞ-ın beynəlxalq arenada Amerika xarici siyasəti üzərində nəzarəti özünə qaytaran yeni mühafizəkarların müdafiə etdiyi şəriksiz üstünlüyünə getdikcə daha çox kölgə salır. Planetin bir çox qaynar nöqtələrində Lavrovun Rusiya xarici siyasəti Amerika diplomatiyasını dalana dirəyir, ya da hətta üstələyir və getdikcə daha effektli və fəal silahlı güclər tərəfindən dəstəklənir. Çin və Rusiyanın başçılığıyla BRHÇC-KTMT blokunun uğuru o qədər təşvişli olub ki, bu iki ölkə ABŞ-ın 2018-ci il son müdafiə strategiyasında təhdidlər siyahısına başçılıq edib.

Eyni zamanda Rusiya və İran arasında alyans və Rusiya və Türkiyə arasında yaxşı münasibətlər ABŞ-ın Yaxın Şərq üzərində nəzarəti itirməsinə səbəb olur ki, bu da ABŞ-ın 51-ci ştatının – İsrailin müdafiəsini təhlükə altına atır. Heç kimə sirr deyil ki, ABŞ xarici siyasəti və MKİ, demək olar, ictimai əlaqələr üzrə Amerika-İsrail komitəsi (American Israel Public Affairs Committee) və yaxud onun strukturları tərəfindən tamamilə nəzarətdədir.

ABŞ həmçinin əsas vassalı Avropa Birliyinin Rusiya ilə yaxınlaşmasına mane olmaq, yaxud hətta bundan can qurtarmaq, yəni qadağan etmək istəyir. O habelə nə qədər ki gec deyil, AB-i daha ucuz qazla təmin etməyə və qaz sahəsində Amerikanın maraqlarına ziyan vurmaq  iqtidarı olan "Şimal axını-2” qaz kəmərinin inşasını yasaqlamaq istəyir. Qısaca deyilsə, ABŞ bu gün güclü və yeni mühafizəkarların sözlərinə görə, təhdid yaradan Rusiyaya təzyiqi maksimum səviyyədə gücləndirməkdə maraqlıdır. Eynilə də Avropa Birliyi ilə Rusiya arasında ciddi böhran törətməkdə. Böyük Britaniyanın (siyasətçilər və KİV-lərin) fəal yardımıyla bu antirusiya "montaj”ı uşaq əyləncəsinə oxşayır – xüsusən də ona görə ki, bu dələduzların artıq bir neçə örnəyi olub (İraqda kütləvi qırğın silahınn tətbiqi). Onlar ağılla hərəkət etsəydilər, ehtimal edilən qatillər arasında rusca telefon danışığının bir neçə səsyazısını istintaq ssenarisinə əlavə edə bilərdilər. Antirusiya ittihamları bu halda güclənərdi.

 

ABŞ birmənalı şəkildə şübhəlilər siyahısına daxil edilə bilər

 

Tarix boyu etdiyi yaramaz əməllərin sayı nəzərə alınmaqla "Dumanlı Albion” adının əla şəkildə uyğun gəldiyi Böyük Britaniyanın da yetərincə motivləri var ki, öz ərazisində bu cür ssenarini təşkil və icra etsin.

Tereza Meyin xüsusi xidmətləri ABŞ, ya da İsrailin bələdçisi kimi hərəkət edə bilərdi. Yəhudi dövlətinin Londondakı səfirliyi Britaniya siyasi çevrələri və KİV-lərində güclü əlaqələrə malikdir. Habelə xatırlatmaq lazımdır ki, ABŞ və Fransadan sonra sayca üçüncü yəhudi diasporu Britaniyada yaşayır.

Böyük Britaniya ABŞ-ın sadiq müttəfiqi olduğundan ona xidmətdən heç vaxt imtina edə bilməzdi.

Xüsusən də çətinliklə seçilən Mey çox yaxşı bilir ki, Rusiyaya münasibətdə cəmiyyətə xof aşılamaq mühafizəkarlar tərəfindən, adətən, yaxşı qarşılanır. Bu gün onun cəmiyyəti "ümumi düşmən”in hətta virtual siması qarşısında səfərbər etmək ehtiyacı var. Skripal işi milli birliyi möhkəmləndirmək üçün lap yerinə düşüb. Özünün və ya üçüncü dövlətin maraqlarında hərəkət edən Britaniyanın izini tam istisna etmək olmaz.

Bu siyasi və informasiya məzhəkəsinin nəticələri necə ola bilər?

Ola bilsin ki, Putin bu iş sayəsində Rusiya üçün ən yaxşı nəticələrə nail olacaq. Hansısa ölkənin təhdid edərkən seçicilər güclü və təcrübəli lider ətrafında sıxlaşırlar, Putin isə ruslar üçün məhz bu cürdür. Əlbəttə, yeni sanksiyalar istisna edilmir və ABŞ-ın böyük sevinci üçün Avropayla Rusiya arasında uçurumu daha da genişləndirəcək. Siyasi yeni mühafizəkarlar "elita”sının böyük qisminin xroniki rus xofu KİV-lərin yardımıyla ictimai rəydə lap geniş yayılacaq.

Artıq sanksiyalar altında olan Rusiya AB-siz də qaydaya düşərək ona etibar edən ölkələrlə əməkdaşlığı inkişaf etdirəcək. Bunlar isə getdikcə çoxalır.

Avropa Birliyi növbəti dəfə öz ayağına atəş açacaq, vicdan əzabı çəkmədən transərazi qanunverciliyini bizə sırımağı davam etdirən amerikalı dostlarımızın böyük mənunluğu ilə ölkədə öz mövqeyini tamamilə, ya da qismən itirəcək.

Yekunda heç kimin heç vaxt öyrənə bilməyəcəyi günahkarın adını çəkməyəcəyəm.

Sadəcə qeyd etmək mənə yetərlidir ki, pis yerinə yetirilən və əlverişsiz şəraitdə qətl cəhdində Rusiya izi sübutolunmazdır və avropalıların artıq böyük bölümü bunu bilir.

Rişxənddən öldürsəydilər, onda biz missis Tereza Meyi, cənab Boris Consonu və xüsusən cavanlığına baxmayaraq iradəsiz adamın bütün cizgilərinə sahib olan müdafiə naziri Uilyamsonu itirərdik. İnanmaq istərdik ki, Fransa hökuməti onları çox və saxta ittihamlar yoluyla xüsusi səylə izləməyəck.

Habelə qeyd edirəm ki, bu cür versiyanı quraşdırmaq üçün bəzi dövlətlərin tutarlı səbəbləri var, xüsusən də bu onlar üçün birinci dəfə olmadığına görə (ABŞ, Böyük Britaniya)…

Əlbəttə, bəziləri mənim mətnimi oxuyaraq "sui-qəsd nəzəriyyəsi” haqda qışqıracaqlar, amma "sistem” daxilində yaxşı pul buraxılan KİV-lərin yaydığı dövlət yalanıyla dəfələrlə üzləşdikdən sonra müəlliflərini yaxşı tanıdığım bu cür hücumlara tamamilə sakitcə yanaşıram. Əlbəttə, Skripal işi haqda hər kəsin öz fikri var. Mən fikrimi söylədim.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}