Kürdlər kimin nəzarətində olsa yaxşıdır? –Türklərin iki seçimi var: Kreml və ya Ağ Ev - TƏHLİL

Kürdlər kimin nəzarətində olsa yaxşıdır? –Türklərin iki seçimi var: Kreml və ya Ağ Ev - TƏHLİL

 

Gönül Tol

"Middle East İnstitute

 

Keçən həftə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyada vətəndaş müharibəsinin sona çatması naminə danışıqlar aparmaq üçün Ankarada Rusiya və İrandan olan vəzifədaşlarını qəbul edib. Üç liderin zirvəsi ABŞ-la qarşıdurmaların yüksəlməsi fonunda güclü birlik nişanəsi idi.

Prezident Donald Trampın ABŞ-ın tezliklə Suriyadan çəkiləcəyini elan etməsi fonunda əsas mesaj – atəşkəs rejimi qüvvədə qalmalıdır.

Ancaq səmimi görüş görüntüsünə baxmayaraq, tərəflər arasında gərginlik əlamətləri qalır. İran prezidenti Həsən Ruhani zirvədə türk əsgərləri və suriyalı üsyançı müttəfiqləri tərəfindən tutulan Afrinin Suriya hökuməti qüvvələrinə verilməli olduğunu söyləyib.

Bundan sonra Afrində Türkiyənin işini yüngülləşdirən Rusiya eyni fikri səsləndirib. Xarici işlər naziri Sergey Lavrov Afrinin Suriya hökumətinin nəzarətinə veriləcəyini gözlədiyini söyləyib.

Bu ifadələr Türkiyəyə düşünmək üçün səbəb verməlidir. Türk səlahiyyətliləri Trampın ABŞ-ın Suriyadan "çox qısa müddətdə çəkiləcəyini” elan etdiyini düşünərkən, belə bir geri çəkilmə halında Ankaranın İran və Rusiyaya qarşısında zəifləyəcəyini anlamalıdırlar.

Türkiyə Rusiya sayəsində Afrindəki kürd anklavına hərbi təcavüzə başlayıb. Moskvanın orada hərbi bazası var və bölgənin səmasına nəzarət edir.

Türkiyənin kürdlərin əksəriyyət təşkil etdiyi şəhəri ələ keçirmək istəyinə bir ildən çox göz yumduqdan sonra Moskva, nəhayət, razılığa gəlib.

ABŞ-ın dəstəyi ilə Suriyanın şimalında yerli döyüşçülər tərəfindən "sərhəd qüvvəsi” yaradılacağı barədə açıqlamanın ardınca Rusiya müsbət qərar qəbul edib. Rusiya ABŞ-ın kürd müttəfiqlərini zəiflətmək və ABŞ-ın Suriyadakı təsirini məhdudlaşdıran bir yol kimi türk təcavüzünü çıxış yolu görüb.

ABŞ-ın Suriyada uzunmüddətli mövcudluğundan eyni dərəcədə narahat olan İran da Türkiyənin hərəkətinə razı olub.

Trampın İŞİD məğlub edilməyənədək ABŞ əsgərlərinin Suriyadan çıxmayacağı barədə açıqlaması və Vaşinqtondan gələn gündəlik ziddiyyətli ifadələrlə bölgədəki ABŞ müttəfiqləri hələ də əsəb keçirirlər. Amma Türkiyə deyil. Ankara nəhayət ABŞ-ın Suriya "Xalq Özünümüdafiə Birlikləri” – YPG olaraq bilinən kürd qrupu ilə ortaqlığının sona çatdıracağını düşünərək, Türkiyənin böyük bir xarici siyasət baş ağrısını aradan qaldıracağı fikrindədir. Amma bu, yeni və potensial olaraq daha çətin müşküllər yaradır.

ABŞ Suriyadan xaric olarsa, həm Rusiya, həm də İran Türkiyənin YPG-yə dair səylərinə daha az simpatik olacaq.

Rusiya uzun müddətdir Suriya vətəndaş müharibəsinin siyasi həllində kürdlərin maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayır. Ancaq Suriyada ABŞ-ın mövcudluğu, Vaşinqton və Moskva arasında kürdləri bir-birinin orbitindən uzaqlaşdırmaq mübarizəsi Rusiyanın YPG strategiyasını Türkiyə ilə eyni şəkildə birləşdirib.

ABŞ-ın faktorları Afrində Türkiyənin hərbi əməliyyatlarına İranın razılığında da oxşar bir rol oynayıb. ABŞ çıxarsa, kürdlər Rusiyaya yaxınlaşacaq və bu, Türkiyəni Moskvanın kürd siyasətinə həssaslaşdıra bilər.

Rusiya və İranın Afrini rejimə təhvil verməyə çağırışları Ankaraya bütün "yumurtaları”nı rus səbətinə qoyma riski barədə xatırlatmadır.

Bir ABŞ rəsmisi mənə deyib ki, YPG ilə bağlı Türkiyə və Amerika səlahiyyətliləri arasında gərgin söhbət zamanı ABŞ tərəfi türklərə kürdlər hər zaman kiminsə nəzarətində olacağını və bu kimsənin Rusiyanın yox, ABŞ-ın olmasının daha yaxşı seçim olduğunu söyləyib.

Türklər bu fikri rədd ediblər, lakin tezliklə həmin seçimin, düşündükləri kimi, heç də vahiməli olmadığını anlayıblar.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}