“Hazırda iqtisadi məsələlərlə Türkiyəyə təzyiq edilməsinə cəhdlər göstərilir” –Ərdoğan

“Hazırda iqtisadi məsələlərlə Türkiyəyə təzyiq edilməsinə cəhdlər göstərilir” –Ərdoğan

 

"Yeni mərhələdə daha çox demokratiya, Türkiyə daha çox hüquqi dövlət, ölkədə dayanıqlı sabitlik, əmin-amanlıq olacaq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş iclasında bildirib.

O vurğulayıb ki, iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərindən sonra başlayacaq yenə mərhələdə təhlükəsizlik, hüququn üstünlüyü, azadlıqların təmin olunması, insani dəyərlərin qorunmasına xüsusi önəm verəcəklər: "Bu sahələrdə olan siyasətimizi davam etdirəcəyik. Məhkəmə sistemi daha sərbəst olacaq. Xarici siyasətdə Türkiyənin hədəflərinin həyata keçirilməsinə yönələn siyasətmizi davam etdirəcəyik. Ölkəmizin maraqlarını təmin edəcək siyasət yürüdəcəyik. Orta Asiyadan Qafqaza, oradan Balkanlara qədər ərazilərdəki soydaşlarımızla əlaqələri inkişaf etdirəcəyik”.

R.T.Ərdoğan deyib ki, hazırda iqtisadi məsələlərlə Türkiyəyə təzyiq edilməsinə cəhdlər göstərilir: "Milli və xarici valyutalarla oynanılan kurs oyununu pozacağıq. Qızılın ekvivalent olması istiqamətində addım atacağıq”.

Dövlət başçısı xatırladıb ki, növbədənkənar prezident və parlament seçkilərinin iyunun 24-də keçirilməsinə qərar veriblər: "Aprelin 16-da Türkiyənin keçmiş sistemdən qurtulması barədə qərar verdik. Böyük Millət Məclisində lazım olan qərar qəbul olundu. Seçkilərə 10 siyasi partiya qatılacaqdı. Bu zaman müəmmalı bir ssenari ilə qarşılaşdıq. Ana müxalifət partiyasından 15 millət vəkili başqa partiyaya keçmək üçün istefa verdi. Bu partiyanın parlamentdə fraksiya yaratmasına nail oldular. Bu qəribə əməliyyatın məqsədini qarşıdan gələn günlərdə görəcəyik”

Qeyd edək ki, R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş iclasındakı çıxşı ilə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinin təbilğat kampaniyasına start verib. AKP və MHP-nin qurduğu "Cümhur İttifaqı”nın prezidentliyə namizədi R.T.Ərdoğandı. İttifaqın ilk mitinqi İzmirdə olacaq/Report



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}