“CENTCOM” KOMANDANI İSRAİLƏ NİYƏ GÖNDƏRİLİB? – General Votelin səfərinin nəticələrini Türkiyə də diqqətlə izləyir - TƏHLİL

“CENTCOM” KOMANDANI İSRAİLƏ NİYƏ GÖNDƏRİLİB? – General Votelin səfərinin nəticələrini Türkiyə də diqqətlə izləyir - TƏHLİL

 

Sərdar Turqut,

"Habertürk”ün Vaşinqton təmsilçisi, 30 aprel 2018-ci il

Ötən həftə ABŞ Müdafiə Nazirliyi bir sürpriz etdi və Mərkəz Qüvvələrinin (CENTCOM) komandanı Voteli görüşlər keçirməsi üçün İsrailə göndərdi.

CENTCOM ABŞ-ın Orta Şərq və Əfqanıstandakı birliklərinin komanda mərkəzidir, yəni, ABŞ-ın "terrorla mübarizə” adlandırdığı bütün əməliyyatları CENTCOM idarə edir. Şimali Suriyadakı YPGilə əməkdaşlıq strategiyasının ən hərarətli müdafiəçisi və reallaşdırıcısı da bu mərkəzdir.

Pentaqonun qlobal təşkilatlanma planına görə, İsrailə ABŞ-ın Avropa Komandanlığı (EUCOM) çərçivəsində baxılır.

Pentaqondakı mübahisə İsrailə də daşınmış oldu

EUCOM ilə CENTCOM arasında Türkiyə haqqında olan mübahisəni 24 apreldə bu köşədə nəşr edilən "Pentaqondakı kritik Türkiyə mübahisəsi” başlıqlı yazıda anlatmışdım. Qısası, Avropa Komandanlığı (EUCOM) ABŞ-ın YPG ilə əlaqələrini qopardaraq, Türkiyə ilə arasını düzəltməsini istəyir. CENTCOM isə YPG ilə əməkdaşlığın davam etdirilməsindən yanadır.

İsrail YPG-ni dəstəkləyir və bu məsələdə EUCOM ilə danışacaq bir şeyi yoxdur. CENTCOM ilə bu məsələdə çox yaxşı anlaşırlar. Müdafiə naziri Mattis də oyun planını buna görə qurub.

Mattisin oyunu

Vaşinqtonun şifrələrini yaxşı oxuyan dairələr, özü də CENTCOM əsilli bir general olduğundan, Mattisin general Votel kimi YPG ilə əlaqələri davam etdirməkdən yana olan bir generalı taktiki olaraq İsrailə göndərdiyini söyləyir.

Öyrənildiyinə görə, Mattis, generalını rəsmi olaraq İsraili Trampın"Yaxında əsgərlərimizi Suriyadan çəkəcəyik” sözü istiqamətində razı salmaq üçün göndərib. Vaşinqtonda bu çəkilmədən yana olmayan Votelin həmin siyasətin güclü bir müdafiəçisi olmayacağını və İsrailin reaksiyasını da Vaşinqtona sevə-sevə çatdıracağını düşünən Mattisin, İsraili də müttəfiq olaraq yanına alaraq, Trampı "əsgər çəkməmə”yə və "YPG-nin yanında durulmasına davam etmə”yə razı salmağı planlaşdırdığı, oyun planını bu şəkildə qurduğu danışılır.

Çəkilməyə sərt reaksiya

Həqiqətən, Şimali Suriyada muxtar bir kürd varlığı qurulmasının da ən böyük müdafiəçisi olan İsrailin, Votelin anlatdığı "Trampın çəkilmə planı”na çox sərt reaksiya verdiyi və bunu qəti olaraq qəbul etməyəcəyini söylədiyi xəbəri Pentaqona gəlib. İsraillilər, ABŞ hərbi mövcudluğu qalmadığı və YPG zəiflədiyi halda, "regionda İranın gücünün daha da artacağından qorxur” və bunun da özləri üçün bir mövcudluq məsələsi olduğunu vurğulayırlar. Nəticə olaraq, Votelin səfərindən sonra İsrailin Müdafiə naziri də Vaşinqtona gəlib və bu reaksiyanı rəsmən çatdırıb.

Mattis isə "Əgər əsgər çəkilərsə, irəlidə bundan peşman olarıq”deyərək, bir açıqlama da verib.

Çəkilmə olacaqmı?

Vaşinqtonda Fransa prezidenti Makronla keçirdiyi son görüşdən sonra Suriyadan əsgər çəkilməsi işini yenidən düşünməyə başlamış olan Trampın, İsrailin də əks-reaksiyasından sonra geri çəkilməyi onsuz da istəməyən Mattis kimi düşünməyə başlayacağı və əsgərləri uzun müddət Suriyada saxlayacağı da danışılır.

Tərcümə Strateq.az-ındır



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}