İSRAİ-İRAN SAVAŞININ İLK PƏRDƏSİNDƏ 26 CƏSƏD:İran coşğun qəzəb, Rusiya isə sükut içindədir – TƏHLİL

İSRAİ-İRAN SAVAŞININ İLK PƏRDƏSİNDƏ 26 CƏSƏD:İran coşğun qəzəb, Rusiya isə sükut içindədir – TƏHLİL

 

Avigdor Eskin

regnum.ru, 30.04.2018

 

İsrail baş naziri Benyamin Netanyahu İran üzrə rəsmi bəyanatla çıxış edəcək (Netanyahu dünən bildirib ki, İranın nüvə silahı əldə etmək istəyini sübut edən on minlərlə sənəd aşkarlanıb-tərc.). Deyəsən, yeni Yaxın Şərq zəlzələsi yetişir.

Biz dünən İsrail rəhbərliyinin qəti əhvali-ruhiyyəsindən – İran və "Hizbullah”ın Suriyada möhkəmlənməyi ilə barışmağa narazılığından yazmışdıq.

Gecə Suriyanın şimalındakı İran obyektlərinə cəmləşdirilmiş hücum həyata keçirilib. İsrail televiziyasının onuncu kanalı bunu İsrailin Suriyada ən böyük əməliyyatı adlandırıb. "Əgər bunu İsrail edibsə” düzəlişiylə.

Baş verən hadisə haqda əlimizdə indiyədək məlumat yoxdur. Ərəb qaynaqları Hələb və Xamə arasındakı hərbi obyektlərdə həlak olan iyirmi altı İran əsgəri və şiə döyüşçülər haqda məlumat verib.

Maraqlıdır ki, şəbəkələrdə bir neçə müxtəlif versiya görünüb. Hamısı zəlzələni xatırladan çox güclü zərbələrdən, habelə güclü yanğınlardan danışıb. Böyük silah və partladıcı anbarları məhv edilib. Versiyalardan biri antihökumət döyüşçülər qrupu tərəfindən hücum imkanına işarə edib. Rusiya güclərinin zərbə endirdiyi versiyası xüsusən təmtəraqlı və arqumentləşdirmə səviyyəsinə görə Rusiya siyasi "tok-şou”larını xatırladan versiya idi. Guya, İranla fikir ayrılıqları o qədər əsaslıdır ki, Moskva Tehrana öz yerini göstərib. Əslində, bu cür fikir ayrılıqları var, amma bu, sözügedən versiyanı daha mənasız etmir.

Biz tam dəqiqliklə deyə bilmərik ki, gecə əməliyyatını İsrail keçirib, amma "çox ehtimal ki” əlavəsilə hadisələrin məhz bu cür gedişini müzakirə edəcəyik.

Gözləndiyi kimi, İranın reaksiyası coşğun olub. Yenə də vədlər səslənib ki, bu, sonuncu dəfə olacaq və daha belə olmayacaq.

İsrail məsuliyyəti öz üzərinə götürməyib. Moskva bu dəfə heç cür reaksiya verməyib.

Bu hadisələrdən öncə İsrail baş naziri və müdafiə nazirinin Suriyada İran mövqelərinin möhkəmlənməsinin yolverilməzliyi haqda birmənalı və güzəştsiz bəyanatları gəlib. Avigdor Liberman birbaşa deyib ki, İsrailin təhlükəsizliyi məsələsi üzrə Moskvanın mövqeyi ilə hesablaşmağa hazırlaşmır.

Əslində, Moskva və Qüds (mətndə bu cürdür-tərc.) arasında baş verənlərdə Rusiyanın rolunun müxtəlif anlaşılmasından qaynaqlanan bəzi fikir ayrılıqları var. Moskva vurğulayır ki, Suriya hökumətinin dəvətilə buradadır ki, bu da ona özəl hüquqlar verir. Qüdsdə (mətndə bu cürdür-tərc.) Rusiya iştirakına heç də etiraz etmirlər, amma sözügedən dəlili zəif sayır və Suriyanın Rusiyadan uzaqlığını vurğulayırlar. Həm də İsrailin özü bu ölkəylə birbaşa həmsərhəddir.  Türkiyənin Suriyanın şimal ərazilərini işğal etməsi və Türkiyənin yad ərazidə minlərlə həyatı aparan döyüşlərə cəlb edilməsinə Moskvanın səbirli münasibətinə İsrailin təəccübü xüsusən göz qabağındadır. Və bu o halda baş verir ki, Anklara bu gün də ardıcıl şəkildə prezident Əsəd rejiminin devrilməsinə can atır. Qüdsdə (mətndə bu cürdür-tərc.) bu məsələdə Moskvanı anlamaqda çətinlik çəkirlər. Axı İsrail Rusiyanın Suriyada iştirakını çətinləşdirən hərəkətlərdən və habelə mövcud rejimin mövqeyinin sarsıdılmasından bilərəkdən yayınır. Bu məsələlərdə Rusiya və İsrail arasında tam anlaşma var.

İran hərbçilərinin Suriyada iştirakı haqda sualla bağlı məsələ başqa cür durur. İsrailin təsəvvürünə əsasən, İŞİD-in darmadağınından sonra onlar "Hizbullah” döyüşçülərilə bərabər Suriyanı tədricən tərk etməlidirlər. İsrail öz vətəndaşlarına münasibətdə onun məhv edilməsini açıq şəkildə öz varlığının mənası elan edənlərin onun sərhədində möhkəmlənməsinə mane olmağı təkcə özünün haqqı deyil, həm də vəzifəsi sayır.

Rusiya və İran arasındakı məsələnin müttəfiqliyə çatdığını güman etmək səhvdir. Rusiya haqda "bala şeytan” təsəvvürünü Tehranda heç kim ləğv etməyib. Və bunun tamamilə predmetli ifadəsi var: Əfqanıstanda mücahidlərə dəstək, Yuqoslaviyada serblərə qarşı mübarizədə müsəlmanlara fəal yardım və Liviyada Qəddafi rejiminin devrilməsinə yardım. Hətta Suriyada sünni müxalifətinin tam darmadağınından sonra İran Rusiyanın oradan getməyini istəyərdi. Tehran aşkar şəkildə Qara dənizə çıxış və Suriyada həlledici və müəyyənedici nüfuz əldə etməyə çalışır.

Məşhur ərəbşünas Elayaca Maqniyer bu günlərdə yazıb ki, Rusiya İsraili hədələmək və Suriyaya S-300 sistemlərinin tədarüküylə cəzalandırmaq qərarına gəlib. Amma belə addım Rusiyanın özü üçün ziyanlı çıxa bilər. İsrail artıq bu HHM sistemi və hətta S-400 üçün effektli "çarə” hazırlayıb. Bu durumda Rusiya HSK üçün gərəkən ən axırıncı məsələ sözügedən sistemlərin gücsüzlüyünün sərgilənməsidir.

Belə, ya elə, İsrail və Rusiya arasında gələcəkdə heç bir ciddi münaqişə görünmür. Qüds ta ki təkcə Rusiyanın Suriyada iştirakına xoşniyyətli yanaşmağa deyil, Əsəd rejiminin də möhkəmlənməsinə konstruktiv baxmağa hazırdır, qarşılıqlı anlaşma və güzəştə yer var. Biz ki Kremlin Türkiyə ilə necə fəal əməkdaşlıq etdiyini görürük. Və bu, Suriyanın bir qisminin işğalı, hərbi müdaxilə və Əsəd rejiminin devrilməsi üzrə səylərin qarşılığında baş verir. Bu məsələlərdə İsraillə daha asandır. Amma İranın Suriyada iştirakı Moskvada da çoxlarını sevindirmir.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}