Rusiyalı politoloq Ermənistanda dövlət çevrilişi təhlükəsindən danışır:“Paşinyanın dinc inqilabı zorakılığa çevrilir” – Təhlil

Rusiyalı politoloq Ermənistanda dövlət çevrilişi təhlükəsindən danışır:“Paşinyanın dinc inqilabı zorakılığa çevrilir”  – Təhlil

 

Marina Baltaçeva

vzqlyad.ru, 02.05.2018

 

Ermənistanda müxalifət tərəfdarları getdikcə daha amansız hərəkət edirlər. Çərşənbə axşamı avtomagistrallar bağlanmış olub, aeroportun işi pozulub, dəmiryol rabitəsi dayandırılıb. Ekspertlər qeyd edirlər ki, hələlik toqquşma olmasa da, baş verənləri artıq sadə vətəndaşlar üzərində zorakılıq adlandırmaq olar. Və əlamətlər var ki, durum yalnız ağırlaşa bilər.

"Yelk” parlament fraksiyasının rəhbəri, çərşənbə günü belə də Ermənistan baş naziri olmağa müvəffəq olmayan müxalif deputat Nikol Paşinyanın tərəfdarları öz liderlərinin vətəndaş itaətsizlyi aksiyası təşkil etmək çağırışını həvəslə dəstəkləyiblər.

Cənubi Qafqaz respublikasından xəbərlər çərşənbə axşamı səhər ikinci Maydan vaxtı Ukraynadan xəbərləri xatırlatmağa başlayıb.  Müxalifət tərəfdarları Gümri və Maralik şəhərlərinin meriyalarına soxulub və şəhər administrasiyası rəhbərlərindən müxalifətə qoşulmağı tələb ediblər. Etirazçıların hələ bir bölümü paytaxt dövlət müəssisələrinə, xüsusən də Ədliyyə, Mədəniyyət və Təhsil nazirliklərinin girişlərini bağlayıb.

Bundan savayı, Paşinyan tərəfdarları bütün respublikada küçələri, yolları və avtotrassları bağlaylıblar. Nümayişçilər hər şeydən qabaq İrəvanın Zvartnots aeroportunun yolunu, "Cənub-Şimal” və Ararat-İrəvan avtomagistrallarını mühasirəyə alıblar.

Etirazçıların hərəkətinin hədəfi birinci növbədə hakim partiyadan parlament deputatları olub. Onları öz evlərində, ya da işə gedən yolda bəndə salıblar. Nəticədə parlament spikeri Ara Babloyan deputatlarn yetərsiz sayı üzündən qanunverici qurumun çərşənbə axşamına planlaşdırılan toplantısını baş tutmamış elan edib.

TASS xəbər verib ki, sosial şəbəkələrin Ermənistan seqmentində hakim Respublika Partiyasının deputatlarına divan tutmağa açıq çağırışlar görünüb. Deməli, bir sıra sosial şəbəkə qruplarında deputatların ünvanı və telefon nömrələri peyda olub. Babloyan da öz çıxışında diqqəti buna yönəldib. O, tribunadan bəyan edib: "Dövlət strukturları bu cür davranışa uzun müddət dözə bilməz”.

Lakin aydınlaşdığı kimi, dözür.

Paşinyan öz növbəsində məmnunluqla qeyd edib ki, "polis və təhlükəsizlik qüvvələri tərəfsizliyi saxlayır”. Müxalif lider şübhə etmir – "Onlar (hakimiyyət), məsələn, İrəvana ordu yeritsələr, onda bütün əsgərlər yanımıza gələcək və bizə qoşulacaqlar”.

Lakin müxaliflərin rəqiblərindən çox sadə vətəndaşlar ziyan çəkirlər. Ermənistan dövlət gəlirləri üzrə Komitəsi bildirib ki, etirazçıların hərəkətləri "ölkənin ərzaq təhlükəsizliyinə ciddi zərbə vura bilər” – RİA Novostixəbər verir ki, çünki ərzaq tədarükü yolları mühasiryə alınıb. KİV-lər durumu bəlağətli mənzərələrlə təsvir edir.  Məsələn, Ermənistanın "Sputnik” portalı xəbər verir ki, hamilə qadın bağlı yollar üzündən xəstəxanya çata bilməyib. O, İrəvanda Tiqran Mets və Xristofor küçələrinin kəsişməsində ilişən taksidə gedirmiş. 24 yaşlı xəstəni tibb mərkəzinə çatdıran xilasedicilər ona yardıma gəliblər.  "Комсомольская правда” xəbər verib ki, adi sərnişinlər şəhərin mərkəzindən aeroporta 14 km-i istidə piyada getməli olublar.

Lakin burası da var ki, hələ bu yaxınlarda öz tərəfdarlarını itaətsizlik aksiyasına çağıran Paşinyanın özü çərşənbə axşamı günorta öz baxışlarını dəyişib və zorakılıqdan yayınmağa, habelə aeroportun işinə mane olmamağa çağırıb. Paşinyan əmindir: "Heç bir toqquşma, heç təcavüz. Hamımız anlayırııq ki, bu proses de-yure qələbəylə bitməyə  bilməz”. O, əlavə edib: "Belə ki bizim bütün hərəkətlərimiz yalnız dinc xarakter daşımalıdır”.

Paşinyan öz Facebook səhifəsində qeyd edib ki, yerli vaxtla 14.00-da aeroporta aparan bütün yolları açmaq lazımdır. Müxalif lider vurğulayıb ki, çərşənbə axşamı yolların bağlanması üzrə aksiya misli görünməz olub və artıq çərşənbə axşamı mitinqdə etirazlara yekun vurmağı vəd edib. Amma Paşinyan tərəfdarları mitinqlərin yekunuyla bağlı tələsməyib və aksiyaları davam etdiriblər. Etirazçılar hələ səhər erkən Gümri-İrəvan dəmiryolu üzrə hərəkəti bağlayıblar. Gündüz aksiyalar sürüb. Nəticədə Ermənistanda bütün dəmiryollarında hərəkət dayanıb. "Cənubi Qafqaz dəmiryolu” şirkətində deyiblər ki, nümayişçilərin nəqliyyat yollarını mühasirəsi üzündən "yük və sərnişinlərin güvənliyinə zəmanət mümkün deyil”. Orada nümayişçiləri strateji təyinatlı nəqliyyatı mühasirəyə almaqdan imtinaya çağırıblar.

Paşinyanın mətbuat katibi Alen Simonyan KİV-lərə bildirib ki, etiraz tətilləri, ən azı, bir həftə çəkəcək. Hər şeyə əsasən, o, baş nazirliyə namizədə növbəti ssəverməni nəzərdə tutub. Ara Babloyan çərşənbə axşamı təsdiqləyib ki, seçkiərin ikinci turu mayın 8-də parlamentin özəl toplantısında baş tutacaq.

Politoloq Aleksey Martınov "Vzqlyad” qəzetinə bildirib ki, durum "olduqca riskli, fitnəkar və təhlükəlidir”. Olaylar siyasi böhranın ciddi ağırlaşmasına dönmək təhlükəsindədir, çünki "rəngli dövlət çevrilişinin” bütün əlamətlərini qazanır. Martınov hesab edir ki, müxalifətin məqsədi də elə budur. Bununla belə, Ermənistan "Qafqazda olduqca qeyri-dost ölkələrlə çevrələnmiş balaca, kasıb bir ölkədir” və bundan savayı, Dağlıq Qarabağda Azərbaycanla silahlı münaqişəsi var.

Paşinyan vurğulayır ki, hakimiyyətin zorakılıqla dəyişdirilməsinə qarşıdır və etirazçıların bütün hərəkətləri "dinc xarakter” daşımalıdır. Martınov göstərir – amma "praktika başqa şey göstərir”.

O, qeyd edib ki, təkcə aeroport yolunun bağlanması artıq insanlar üzərində zorakılıqdır, çünki Ermənistan özünün coğrafi durumu üzündən bütün baza logistika yollarından ayrı düşüb. Politoloq qeyd edir – orada aeroport "az qala, dünyaya yeganə pəncərədir”.

Ekspert xülasə edir: "Bəziləri hesab edirlər ki, zorakılıq – ancaq sifətə vurmaqdır. Amma buna da gedib çıxa bilər”.

Rəsmi Moskvanın Ermənistandakı son hadisələrə hələlik reaksiyası yoxdur, amma Rusiya parlamentində artıq şübhələr ifadə olunur ki, bu yolla hakimiyyətə gəlmək legitim sayıla bilər. Bunu durumdan Ermənistanın düşmənlərinin istifadə edə biləcəyini hesab edən Federasiya Şurası beynəlxalq məsələlər üzrə komitə sədrinin birinci müavini Vladimir Cabarov da xüsusən qeyd edib.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}