TÜRKİYƏ LİDERİ MİLLİ VALYUTASINI MƏHV EDİR –"Washington Post"dan seçkilər ərəfəsində məzənnə enişininin TƏHLİLİ

TÜRKİYƏ LİDERİ MİLLİ VALYUTASINI MƏHV EDİR –"Washington Post"dan seçkilər ərəfəsində məzənnə enişininin TƏHLİLİ

 

Mətt O`Brayan

"The Washington Post

 

Avtokratlarla bazarlar həmişə yola getmir. İxracatı inkişaf etdirən sinqapurlu Li Kuan Yu, yaxud bazarları səhv anlamaqla, iqtisadi problemləri aradan qaldıracağına inanan venesuelalı Nikolas Maduro kimi.

Ancaq bu iki ifrat arasında, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğantək, həmişə bir miyanaçı tapılır. İqtisadi reallığı bəyənməyən bu dövlət başçısı həmişə onu istəklərinə uyğun hala gətirə bilmir, bu fəlsəfə ilə bağlı cahillik və xoruzlanmanın nəticələri – onun nəzarətindən kənar olan faiz dərəcələri "bütün pisliklərin baiskarıdır”, – son vaxtlar göz deşir, lakin başqa seçimi olmadığından o, bu şeylərə qatlanmalı olur.

Bəli, ən azı indiyə qədər. Başqa sözlə, Türkiyə lirəsi bu ilin ən pis ikinci milli valyutasıdır və vəd etdiyi kimi, Ərdoğanın ölkənin iqtisadi siyasətini daha da nəzarət altına alacağı təqdirdə, lirə gələcəkdə daha çox məzənnə itirə bilər.

Bədniyyət təməllər və daha pis idarəetmə ortaya yaxşı nəticə çıxarmır.

Bu hekayət, həqiqətdə, 10 il əvvəl başlayıb. İnkişaf edən dünyada sıfır faiz dərəcə gəlir gətirəndə, bazarlara axın müşahidə olundu. Bu, onların səhmlərini, istiqrazlarını və pul vahidlərini yüksəltdi, lakin onların iqtisadiyyatı bu axından elə asılı vəziyyətə düşdü ki, daxilolmaların əksinə hərəkəti başladı.

Həqiqətən də, bütün buna son qoyacaq yeganə ünvan – ABŞ idi. Federal Ehtiyat Sisteminin sədri Ben Bernanke dedi ki, tezliklə daha az pul zərb etməyə başlaya bilərlər, yəni xarici ölkələrə investisiya qoymaq üçün daha çox dollar – ən kövrək inkişaf edən bazarlara beş il əvvəl kəskin şəkildə satışa çıxarılan əsginaslar olmayacaq.

Bu, xaricdən böyük borc götürən və dollarların yağış kimi yağdığı ölkələri silkələdi. Həmin ölkələr öz mövqelərini möhkəmləndirməyə başlamaq üçün lazım olan çağırış almışdı və onların çoxu kreditlə təmin edildi.

Türkiyə bir istisna idi. Əlbəttə, xarici borclarını bir qədər azaltmışdı, lakin bu, hələ də iqtisadiyyatının əhəmiyyətli 5,5 faizini təşkil edir. Bundan başqa, bufer olmaq üçün kifayət qədər böyük dollar ehtiyatları da var.

İndi investorlar investisiyalarını daha yaxşı bir şəkildə evlərində "xərcləyəcəklərinə” inanırlar, çünki ABŞ-da işsizlik səviyyəsi 3,9%-ə düşüb, ABŞ Mərkəzi Bankı faiz dərəcələrini yüksəltmir. Nəticədə, martın əvvəlindən etibarən türk lirəsi dollara nisbətdə 14,6% ucuzlaşıb.

Ucuz valyuta daha çox ixracata kömək edəcək; ixrac daha çox pul qazanmaq imkanı verəcək və daha çox qənaət xaricdən borc almağın qarşısını kəsəcək. Problem həll edilib! Ya da ən azı, əgər Türkiyə bankları daha çox dollar borc almasaydı və lirə ilə daha çox kredit versəydi, milli valyuta indi daha çox dəyərə qazanardı. Yəni lirənin durumu göründüyü qədər yaxşı deyil, əksinə…

Bu cür vəziyyətə normal reaksiya – investorların pullarını ölkələrinə qaytarmaları yerinə, faiz dərəcələrini artırmaq, sərmayəçiləri gəlirlə şirnikləndirməkdir. Bu, bankları daha yavaş artımla dollar borcları üzrə potensial defoltdan xilas edərdi.

Ərdoğan bunu istəmir. Qarşıda seçkiləri var və jurnalistlərin cəzalandıraraq, məhkəmələri öz möhürünə çevirərək və müxalifəti qorxutmaqla, güvəndiyi mümkün qədər çox dəstəklə, o, səsverməyə qədər iqtisadiyyatı mümkün qədər sağlam tutmaqdan qayğılanır.

Üstəlik, Ərdoğan qeyri-ənənəvi iqtisadi nəzəriyyələrə abunəçidir. Uzun müddətdir ki, daha yüksək faiz dərəcələrinin daha yüksək inflyasiyaya səbəb olduğunu düşünür və "ikitərəfli inflyasiyanı istifadə etməklə, Türkiyə iqtisadiyyatına zərər verməyə çalışan” xarici "faiz lobbisi” adlandırdığına qarşı şifahi hücum edir.

Burada koqnitif dissonansa əhəmiyyət verməyərək, Ərdoğan daha yüksək dərəcələrin ləng böyüməyə səbəb olduğunu anlayır, lakin bir tərəfdən, qiymətlərin artımını daha da sürətləndiyini iddia edir, digər tərəfdən, mərkəzi bankların işini çətinləşdirir. Onlar əvvəlki kimi yetərincə sərbəstdir, 2014-cü ildə və daha sonra 2016-cı ildə faiz dərəcələrini yüksəldiblər.

Banklar bu gün də bütün "lazımi addımları atacaq”larını iddia edir. Ancaq bu, olmaya da bilər.

Ərdoğan: "Mərkəzi Bank müstəqil ola və prezidentin verdiyi siqnallardan kənara addım ata bilməz” deyə deməyə başlayıb. Onun sözləri sərmayəçiləri təlaşa salıb, düşünürlər ki, bu dəfə həqiqətən, vəziyyət fərqli ola bilər. Ərdoğanın iqtisadiyyatı həddindən artıq ehtiyacı olsa belə, çığır-bağırla yüksəliş olmur. Buna görə də, lirə məzənnədə düşür.

O, indi gəminin kapitanıdır.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}