Rusiya ABŞ-ın “Javelin”lərinə “Bulava” ilə cavab verdi –Ağ dənizdəki gəmidən 9300 km-ə uçan 4 raket atıldı

Rusiya ABŞ-ın “Javelin”lərinə “Bulava” ilə cavab verdi –Ağ dənizdəki gəmidən 9300 km-ə uçan 4 raket atıldı

 

Rusiya donanması bildirib ki, ölkənin şimal-qərb sahilində nüvə sualtı gəmisi 4 qitələrarası ballistik raketi ilə sınaq atəşi açıb.

Azadlıq Radiosu xəbər verir ki,  Moskvanın əsasını qoymuş knyaz Yuri Dolqorukinin adını daşıyan sualtı qayıqdan mayın 22-də "Bulava” raketləri atılıb.

Bu da deyilir ki, gəmi Ağ dənizdə raketləri atarkən, suyun altında olub.

Donanma xəbər verir ki, saxta döyüş başlıqları olan raketlər Rusiyanın əks qurtaracağında – Şərqi Kamçatka yarımadasındakı Kura poliqonunda hədəfləri dəqiq vurub.

Bu təlim zamanı ilk dəfə olaraq dörd "Bulava” raketi eyni vaxtda atılıb. Bu raketlər çoxsaylı nüvə döyüş başlıqlarını 9300 kilometrlik məsafəyə çatdıra bilir.

"Yuri Dolqoruki” gəmisi Rusiya donanmasının üç yeni "Borei” tipli üç sualtı qayığından biridir.

Sozcu.info xatırladır ki, eyni gündə – 22 mayda Ukrayna da ona ABŞ tərəfindən verilmiş "Javelin” təkmillləşdirilmiş  antitank raket sistemlərinin döyüş qüdrətini nümayiş etdirib. Təlimlərdə Ukrayna prezident Poroşenko da yaxından iştirak edib və o, bu silahları Ukraynaya verdiyinə görə, prezident Donald Trampa, vitse-prezident Mayk Pensə, müdafiə naziri Ceyms Mettisə və dövlət katibi Mayk Pompeoya şəxsən təşəkkürünü bildirib. Kiyev və Vaşinqton bəyan ediblər ki, "Javelin” silahları Ukraynanın Rusiya təcüvüzünə qarşı uzunmüddətli müdafiəsini təmin edəcək.

Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, bu silahların verilməsi Moskva ilə Vaşinqton arasındakı gərginliyi daha da qızışdıracaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}