POMPEONUN İRANA QARŞI “KƏLBƏTİN” ƏMƏLİYYATI –İsrail-İran savaşı gerçəkliyə çevrilməyə yaxınlaşır – Təhlil

POMPEONUN İRANA QARŞI “KƏLBƏTİN” ƏMƏLİYYATI –İsrail-İran savaşı gerçəkliyə çevrilməyə yaxınlaşır – Təhlil

 

Stanislav Tarasov

regnum.ru, 22.05.2018

 

ABŞ dövlət katibi Maykl Pompeo Vaşinqtonda "Heritage Foundation”də çıxış edərək amerikalıların Tehran haqda həyata keçirmək niyyətində olduğu tədbirlər kompleksini göstərib. Ekspertlər bunu "sanksiyalar tarixində ən kəskini” adlandırırlar.

Pompeo bu zaman dəqiqləşdirib ki, "Amerikanın İran üzrə strategiyası bundan sonra 2015-ci il nüvə sazişi çərçivəsindən kənarda gerçəkləşdiriləcək”, Tehranla yeni nüvə sazişinin bağlanma zərurətini vurğulayıb, ancaq bunun üçün onun "ABŞ-ın 12 şərtini yerinə yetirməyi gərəkdir”.

Dövlət katibinin sözlərinə görə, "İranın dünyanın başqa ölkələrinin xalqları üçün təhlükə təşkil edən fəaliyyət üçün deyil, öz xalqını qorumaq hüququ var”.

İddialar "Amerikanın səsi”nin şərhində bu cürdür: Tehran istənilən yeni saziş çərçivəsində nüvə silahının hazırlanmasını müddətsiz şəkildə dayandırmalı, uranın zənginləşdirilməsindən imtina etməli və plutoniumu zənginləşdirməyə heç vaxt cəhd etməməli, habelə BMT müfəttişlərinə ölkənin bütün ərazisindəki nüvə obyektlərinə giriş təmin etməlidir. İran həmçinin ballistik raketlərin yayılmasını və Yaxın Şərqdə "sabitsizləşdirmə fəaliyyətini” dayandırmalıdır. Bundan başqa, ABŞ-ın və ABŞ-ın tərəfdaşı və müttəfiqi olan ölkələrin bütün vətəndaşlarını azad etməlidir.

Hizbullah

 

Pompeo tələb edib ki, Tehran Yaxın Şərqdə silahlı qruplaşmalara, o cümlədən Livanda "Hizbullah”a, Fələstində HƏMAS qruplaşmasına, Yəməndə üsyançı husilərə və Əfqanıstanda "Taliban” qüvvələrinə dəstəyi kəssin. İran kursu dəyişməsə, Vaşinqton ona misli görünməmiş maliyyə basqısı edəcək. Dövlət katibi bu zaman qeyd edib ki, bu planın gerçəkləşdirilməsi "İran təcavüzünün önlənməsi məqsədilə Pentaqonla və ABŞ-ın bölgə müttəfiqlərilə sıx əməkdaşlıqda baş verəcək”.

Dərhal qeyd edək ki, bu şərtlər ametrikalıların bütün cəbhələrdə Tehrana qarşı hərbi əməliyyatlar elan etməsinə bərabər olan ultimatumu daha çox xatırladır. Bu, bir.

İkincisi. Tələblər/şərtlər paktının özü o qədər hərtərəfli xarakter daşıyır ki, İran-Amerika Milli Şurasının prezidenti Trita Parsinin haqlı qeyd etdiyi kimi, bunun gerçəkləşdirilməsi "qeyri-gerçəkdir”, Pompeonun təklif etdiyi strategiya isə "uğurdan çox iflasa hədəflənib: bu, danışıqlar deyil, müharibə reseptidir”.

Prinsipial mövqeyi dərhal qeyd edək – bəyan edilən planı Pentaqonla (hərbi ssenari) və bölgə müttəfiqlərilə (diplomatik ssenari) sıx əməkdaşlıqda həyata keçirmək niyyətini. Belə konkretləşdirmə amerikalıların nüvə sazişinin, Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) digər iştirakçılarını – Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniyanı cəlb etməyini istisna edir.

Fikrimizcə, Pompeonun planının elan edilməsi və Avropa Komissiyasının İranqa qarşı ABŞ sanksiyalarını yerinə yetirməyi Avropa şirkətlərinə qadağan edən və əvvəllər istifadə edilməyən 1996-cı il tarixli "bloklayıcı qərar” tətbiq etmək niyyətinin xronoloji üst-üstə düşməsini, çətin ki, təsadüfi saymaq olar. Daxili işlər və miqrasiya məsələri üzrə Avropa komissarı Dimitris Avramopulos bildirib: "Bu, zərurətə çevrilsə, biz hazırıq”.

Bununla belə, aydındır ki, Vaşinqton İran istiqamətində Avropaya qarşı sanksiyalar savaşına başlamağa qabildir. Özü də təkcə ona qarşı deyil. Şirkətlər – sanksiya rejimini pozanlar Amerika bazarında işlərkən cəriməyə məruz qala bilər. Əslində, firmalar seçim qarşısında qalır – İran, yoxsa Amerika bazarının onlar üçün daha üstün olması məsələsində. Avropanın bir neçə nəhəngi, xüsusən də Fransanın "Total” və "Engie” şirkətləri artıq İrandan gedib. Belə ki, Vaşinqtonun İran və AB-yə iqtisadi basqısını çətinləşdirmək üçün Avropa Birliyinin ABŞ sanksiyalarının mənfi effektini önləmək imkanları haqda məsələ açıq qalır.

Hələlik bunda Tehran oyun oynayaraq bildirir ki, nüvə sazişinin avropalı iştirakçıları sazişin ticari-iqtisadi əməkdaşlığın inkişafı üzrə şərtlərini yerinə yetirməsə, İran "məcburi qərar” alacaq, yəni öz nüvə proqramını təzələyəcək.

Bu, Amerikanın "Kəlbətin” əməliyyatının bir tərəfidir. İkinci tərəfi Amerikanın bölgə müttəfiqlərini əməliyyata qoşmağa aiddir. Söhbət başlıca olaraq "İran sazişi”nin ən qatı opponentləri  Səudiyyə Ərəbistanı və İsraildən gedir. Ər-Riyad və İsrail bununla yanaşı Yaxın Şərq münaqişələrinə müxtəlif formalarda cəlb olunub. İsrail, Fələstin tənzimlənməsi prosesi istisna olmaqla, hələlik başqa istiqamətlərdə vasitəli hərəkət edir.

İran raketi

Lakin amerikalıların Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyin ora köçürülməsi İranın "nüvə və başqa təhlükələr”ə qarşı kampaniyada Səudiyyə Ərəbistanının geopolitik manevr üçün imkanlarını daraldır. Buna görə də Vaşinqtonun yeni şərtləri Yaxın Şərqdə böyük müharibə riskini çoxaldır. Amma ABŞ və İran arasında deyil, İranla İsrail arasında. Və bütün əlamətlərə əsasən, Vaşinqton artıq indi Yaxın Şərqdə uzunmüddətli fəaliyyət ssenarisini işə salır, bunun gedişində bölgədə kombinasiyalar və qüvvələr nisbəti dəyişiləcək. ABŞ-ın oyunu Yaxın Şərq, ardınca isə Cənubi Qafqaz ölkələrini, xüsusən də Azərbaycanı gec-tez seçimə məcbur edəcək.

Rusiya və Çin də oyunun son məqsədini sezməyə çalışaraq fikrə gedib. Bu, Tehranla nüvə sazişinin şərtlərini bir də nəzərdən keçirməkdən ibarət ola bilər və o zaman ABŞ prezidneti Donald Tramp bildirəcək ki, razılaşmanı o əldə edib və yeni sazişə nail olub.

Lakin İran prezidenti Həsən Ruhani Vaşinqtonun tələblərinə cavabda bildirib ki, "təhlükə ritorikası qəti şəkildə keçmişdə qalıb”. O, amerikalılara üz tutub: "Siz kimsiniz ki, Tehranın və bütün dünyanın yerinə qərar qəbil edəsəniz? Bu gün dünya bununla barışmayacaq ki, onun əvəzinə ABŞ qərar qəbul edir. Ölkələrin müstəqilliyi var”.

Ruhaninin sözlərinə görə, "dünya birliyi yol verməz ki, ABŞ dünyanın qalan ölkələri üçün cədvəl tərtib etsin”.

Və yenə qeyd edib ki, İran Suriyanı tərk etməyəcək.

Tehranın reaksiyası anlaşılan və gözləniləndir. Amma bu, hələlik ilk mənfi hissi reaksiyadır. Hər şey qabaqdadır, axı Vaşinqton İrandan bölgə siyasətinin təməl əsaslarını dəyişməyi tələb edib. Yaxın Şərqdə böyük müharibə riskləri hiss olunacaq dərəcədə çoxalır.

 Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}