Məşhur rus yazıçısı Viktor Şenderoviç yazır: “Putin hakimiyyətdə cinayətkar mühit yaradıb və legitimləşdirib” - TƏHLİL

Məşhur rus yazıçısı Viktor Şenderoviç yazır: “Putin hakimiyyətdə cinayətkar mühit yaradıb və legitimləşdirib” - TƏHLİL

 

Viktor Şenderoviç

Ehorussia.com

Ulamamaqdan ötrü söz seçməkdə köhnə vərdiş… Hərdən xeyri olur. Şokdan sonra ağla gələn ilk fikir: axı yeni heç nə yoxdur…

2015-ci ilin fevralından sonra RF elitasının qatillərdən və bu qatilləri gizlədənlərdən ibarət olduğuna şübhə etmək ədəbsizlikdir. Bu, çoxdan – Yuri Şekoçixinin ölümündən sonra azdan-çoxdan bəlliydi, amma Nemtsovun qətlə yetirilməsi və ardınca Geremeyev və Dəlimxanovun sorğusuzluğu bu məsələyə nöqtə qoyub (hələ də sualı qalanlar üçün). Rusiyada rusiyalı heç bir müxalifin ölümü – xüsusən də Putinin şəxsi düşməninin – rejim demontaj olunanadək təhqiq olunmayacaq. RF-nin indiki "istintaq qurumları”, "prokurorluğu” və "məhkəmələri” – bandit "çardağı” nümunəsidir – ancaq hüdudsuz imkanlarla. 1930-cu illərdə Berlin polisinin Hitlerə və elitasına münasibətdə təhqiqatını da eyni uğurla gözləmək olardı.

Putinin paqonluları xaricdə də öldürməyi çox yaxşı öyrəniblər: Putinin xaricdə aradan qaldırılmış düşmənlərinin siyahısı (üstəlik, müəmmalı ölümlər siyahısıyla) Yandarbiyevdən (Çeçenistanın Dudayevdən sonrakı prezidenti. Rusdilli Vikipediya açıq yazır ki, 2004-ün fevralında Dohada Rusiya xüsusi xidmətlərinin /ehtimalən, QRU-nun/ əməliyyatı nəticəsində qətlə yetirilib-red.) başlanır və Litvinenko ilə bitmir… Londonda da qətlə yetirirlər – Kiyevdən nə danışaq ki! Orada ümumiyyətlə evdəki kimi davranırlar.

Birincidən çıxan ikinci konstatasiyaHər birimizi istənilən anda tamamilə cəzasızcasına öldürə bilərlər. Bunun üçün qətiyyən vacib deyil ki, qətl əmrini şəxsən Putin versin: ən yüksək çevrədəki saysız-hesabsız silahlanmış əclaflardan hər birinin şəxsi, ya da korporativ motivi yetərlidir – bir də bu cür cinayətin cəzasız qalacağına dəfələrlə təsdiqlənən əminlik.

Putin hakimiyyətdə cinayətkar mühiti ərsəyə gətirib və legitimləşdirib və bu metastazlar tamamilə özbaşına inkişaf edə bilər.

Üçüncü konstatasiya. Müxaliflərin həlakının Putinin düşmənlərinə əl verdiyi haqda Kreml və Ostankino fəryadlarını Anna Politkovskayanın qətlə yetirildiyi gündən eşidirik. Rejimin siyasi düşmənlərinin qətlə yetirilməsi və "qəribə” ölümlər o vaxtdan adətə keçib və adiləşib və hər dəfə qımışaraq bizi elə həmin qoxumuş konspiroloji bayağılıqla yemləyirlər.

Bəli, düşməninin qanı əlinə bulaşmış adam nəzəri olaraq bir sıra fitnəkarlıqların qurbanı da ola bilər – amma bu daha çox, sadəcə, qatildir, düz deyilmi? "Okkamın ülgücü”, bilirsinizmi… ("Okkamın ülgücü” – fəlsəfədə ağlasığmaz, həqiqətə uyğun olmayan izahatların atılması üsulu kimi başa düşülür-red.)

(Nəzarət ölçüsü: Putinin idarəçiliyi dönəmində ABŞ, Kanada, Fransa, İngiltərə, Almaniya, Yaponiya, Avstraliyanın prezidentləri, baş nazirləri və kanslerlərinin heç bir siyasi rəqibi qətlə yetirilməyib. Bu nədəndir? Trampı və Merkeli nüfuzdan salmaq istəyənlər yoxdur? Ya səbəb bundadır ki, bu ölkələrdə hakimiyyət qəsb edilməyib, prokurorluq isə administrasiya ilə ortaq deyil?)

Dördüncü konstatasiya: Hazırda Rusiyada paqonlulardan (hərbi cinayətkarlar, adi qatillər və hüquq-mühafizə qurumlarında onları çətirləyənlərdən) savayı özgə heç bir elita yoxdur: parlamentdən danışmaq gülməlidir, "liberallar” isə kollektiv Ulyukayev statusunda rejimin qulluğundadırlar; onların hər birinə istənilən an ürəyin istəyəni edə bilərlər və onlar bunu bilirlər. Bıçqılama və permanent savaş şəraitində heç bir iqtisadi islahat ola bilməz və bizim bütün Kudrin-Qreflərimiz bunu çox gözəl anlayırlar, əks halda güman etmək lazım gələrdi ki, onlar idiotdurlar.

Amma idiot deyillər. Təəssüf ki, onların cinayət ortağıdırlar. Ən azı, siyasi baxımdan: ört-basdır əməliyyatının bir hissəsi kimi.

Beşinci konstatasiya və proqnoz: yuxarıda təsvir edilən parametrlərlə – insan haqlarına nifrət, cəzasız yalan, hakimiyyət dəyişilməzliyi, beynəlxalq intervensiyalar, siyasi repressiyalar və müxaliflərin qətlə yetirilməsilə səciyyələnən bütün rejimlər özüylə bu cür davranmağa imkan verən xalqla çox böyük qurbanlar bahasına və qanlı rəftar edib və Rusiya istisna olmayacaq. Tarixdə heç bir "özəl yol” olmayıb və yoxdur (sizi aldadıblar). Aydın və çoxdan araşdırılmış xarakteristikalarla inkişaf modelləri var.Buna görə də Özbəkistanla Uqanda hara, biz də ora – addımbaaddım, artıq əmin olun.

Bir də biz axmaqlara və gönüqalınlara yerində olur. Parlaq və şərəfli jurnalist Arkadi Babçenkonun ölüm günündə hətta özgə aqibət rica etməyi istəmirsən də.

Hə, yadımdan da çıxmışdı deyim: sizi lənətə gələsiniz.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}