18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
R.Ağayev qeydlərində göstərib ki, ABŞ-ın gündəlik xam neft tələbatı 19 mln. bareldir. "Onun cəmi 12 mln. bareli daxili istehsal hesabına təmin edilir. Yaxın 2-3 ildə idaxldan asılılığın 1-1.5 mln. barelədək azaldılması gözlənilsə də, ümumi asılılıq əmsalının azı 30% səviyyəsində qalacağı proqnozlaşdırılır. Bahalı neft idxalı isə ABŞ üçün ciddi problemə çevrilən ticarət kəsirini bir az artırır. Nəzərə alaq ki, ABŞ dünyada bütün neft məhsullarının tam 20%-ni istehsal edir və bu həcmə görə 1-ci yerdədi. Üstəlik, ABŞ yüksək texnologiya sayəsində neft məhsullarının emal dərinliyinə (hər ton xam neftin hazır məhsul çıxarı) görə də dünyada 1-ci yerdədi. Bir sözlə, ucuz xam neft ABŞ-ın ticarət defisitini azaltmaqla yanaşı, neft emalı sənayesi üçün də vacibdir”. İqtisadçının qənaətincə, ABŞ OPEC-lə də savaşa girsə, neft bazarında çox mürəkkəb proseslər baş verəcək. "Hər varianta hazır olmaq lazımdı. Bu Çinlə, AB ilə ticarət müharibəsi deyil ki, zərbəsi bizim sərhədlərə gəlib çatmaya"-deyə Rövşən Ağayev vurğulayıb.
Turqut