PUTİNİN RƏQİB QAPILARINA VURDUĞU 3 QOL:"kiçik rus mədəsi" nisbətən böyük qələbələri həzm edə bilərmi? - TƏHLİL

PUTİNİN RƏQİB QAPILARINA VURDUĞU 3 QOL:"kiçik rus mədəsi" nisbətən böyük qələbələri həzm edə bilərmi? - TƏHLİL

 

Hazim Sağiyə

"Əl-Həyat” (Böyük Britaniya)

 

Rusiyada keçirilən Dünya çempionatı (DÇ)hazırda yeni prezidentlik müddətini təmin etmiş Vladimir Putinin qələbəsi kimi təqdim olunur. Qərb liderlərinin DÇ matçlarına tamaşaçı qismində qatılmaması həqiqət olsa da, Rusiya bu böyük beynəlxalq idman tədbirinə ev sahibliyi edərkən, bütün gözlənilən maneələri aşıb.

Misal üçün, Britaniyanın xarici işlər naziri Boris Conson keçmiş rus casusu Sergey Skripal və qızının İngiltərədəki zəhərlənməsi ilə bağlı Moskvanı DÇ-nin boykotu ilə təhdid edib. Ancaq İngilis milli komandası digər millilər kimi turnirin iştirakçısıdır.

 

Putinin uğurları

 

Daha əvvəl İtaliya Putinə başqa bir şərəf göstərib. Son seçkilərdən sonra populist bir hökumət Romada hakimiyyətə gəlib – "Lega Nord” (Şimali Liqası) Partiyası ilə, liderləri bir-birləri ilə rəqabət aparan "MoVimento 5 Stelle”-nin ("Beş Ulduz Hərəkatı”) koalisiyası yaranıb. Rusiya prezidentini göylərə qaldıran siyasətçilər…

Kvebekdə keçirilən G7 sammitində Putin ard-arda üç zəfər qazanıb.

Birincisi, ABŞ prezidenti Donald Tramp öz tərəfdaşlarının müxalifəti ilə üzləşib, Rusiyanın G7-yə qoşula biləcəyini və yenidən G8-ə qatılması (Krımın işğalından sonra ölkəni bu blokdan çıxarmaq qərarını ləğv etmə) qərarını verib.

İkincisi, G7 zirvəsində Trampın siyasəti ilə əlaqədar böyük çat yaranıb və o, sammitin yekun protokolunun imzalanmasından imtina edib.

Əslində, ABŞ və Aİ arasındakı hər bir fərq Putin üçün xalis mənfəətdir.

Üçüncüsü, bəzi Avropa seçkiləri və ABŞ seçkilərinə Kremlin müdaxiləsi, Böyük Britaniyanın "Brexit” referendumunun nəticələrinə təsirlər və bu məqsədlərə nail olmaq üçün piratçılıq və rüşvət kimi bir neçə metoddan istifadə ilə bağlı heç bir tədbir görülməyib. Bu, Qərbin Kremllə münasibətləri normallaşdırmaq üçün uzun bir yola çıxdığını təsdiq edir, baxmayaraq ki, proses hələ də tam deyil.

Qeyd edək ki, Qərb liderləri Kvebekdə keçirilən zirvə toplantısında "kiçik işlər”lə məşğul olduğu halda, Çin başqa bir ahəngdar zirvə keçirib, Çin lideri Si Zinpinin Putini "Dostluq” medalı ilə təltif etməsi münasibətlərdəki səviyyəni ifadə edən ilk əlamət deyil. Zinpin Putinin "ən yaxşı, ən yaxın dostu” olduğunu söyləyib.

Yeri gəlmişkən, iki liderin bu günə qədər 20 dəfə bir araya gəldiyini qeyd etmək lazımdır.

 

Krımın işğalının qəbul edilməsi

 

Digər tərəfdən, Rusiyanın Krımı işğal etməsi başqa bir şeylə sübut edilmədiyi təqdirdə, Bəşər Əsəd rejiminə müqavimət də yalnız suriyalıların məsələsi olacaq.

Bunlar Rusiya siyasətinin iki böyük uğurdur.

Şübhə yoxdur ki, indiki Amerika siyasətinin vəziyyəti və problemli ABŞ-Aİ münasibətləri Putinin uğurlarının arxasında duran əsas amillərdir.

Bu, Putinin bəsirətindən deyil, rəqibləri arasındakı ziddiyyətlər və zəifliklərdən faydalanmasından irəli gəlir. Yenə də eyni sual doğur: "kiçik rus mədəsi” nisbətən qısa bir müddətdə baş vermiş bu böyük qələbələri həzm edə bilərmi?

Burada Rusiyanın iqtisadi şərtləri məsələsinə toxunuruq. Putin Dünya çempionatına ev sahibliyi etməklə, maddi fayda götürməyə hazırlaşır. Rusiya bu tədbirə 14 milyard dollar xərcləyib. Vəsaitin əksəriyyəti təxminən 570 min xarici qonağın qəbulu, həm də şəhərlər arasında səfərlər edəcək 700 min rusiyalı üçün ölkə infrastrukturunu (hava limanları, stadionlar və yollar) genişləndirməyə ayrılıb. Buna görə də, bu investisiyaların mənfəətli olduğuna əminlik mövcuddur.

Bununla yanaşı, bütün bunlara daha diqqətli baxış bu ehtimalları istisna edir, çünki yuxarıda qeyd olunan məbləğ neft və qaz qiymətlərindən asılı olan və beynəlxalq sanksiyalardan əziyyət çəkən, 1.3 trilyon dollarlıq iqtisadiyyat üçün uzunmüddətli perspektivdə çox şeyi dəyişməyəcək.

Beləliklə, səbr edənlər düşünür ki, Putinin qələbələri və müvəffəqiyyətləri üzərində qurulan xoşbəxtlik uzun sürməyəcək.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}