İqtisadi işğal –Çin Rusiyanı sıxışdıraraq Türküstan ölkələrini ələ keçirir – Araşdırma

İqtisadi işğal –Çin Rusiyanı sıxışdıraraq Türküstan ölkələrini ələ keçirir – Araşdırma

 

Dmitri Krasavin

forbes.kz, 28.06.2018

 

Si Szinpin 2013-də "İpək yolunun iqtisadi qurşağı” geopolitik baxışı dünyaya təqdim edib və Çinin iqtisadi maraqlarını dairəyə alıb. Çin sadəcə öz mallarının Mərkəzi Asiya marşrutları üzrə tranzitində deyil, həm də onun Avrasiya iqtisadi birliyi məkanında yayılmasında maraqlıdır. Həmçinin Çindən gələn birbaşa xarici yatırımlar alıcı şirkətlərin fəaliyyəti üzərində nəzarət təşkil edir. Anlamağına dəyər ki, "Qurşaq” özlüyündə Çin siyasətinin principcə yeni yönünü ifadə etmir, çünki ÇXR artıq uzun müddətdir Mərkəzi Asiyada infrastruktur layihələrini maliyyələşdirir, "İpək Yolu” ideyası isə çoxdan var olan hadisənin yalnız konseptuallaşdırılmasıdır.

Qazaxıstan. Astananın iqtisadi siyasəti Çindən total asılılıqdan yayınmağa imkan verir. Səmalar ölkəsinin Qazaxıstanın mal dövriyyəsində böyük pay tutduğuna baxmayaraq, onun oradakı iştirakı krirtik həddə can atmır: Qazaxıstanın ticari tərəfdaşları Mərkəzi Asiya respublikası üçün ən gözlənilməz şəkildə şaxələndirilib – Rusiya, Çin, Almaniya və ABŞ (idxalat həcminin azalması üzrə).

Rəsmi məlumatlara əsasən Çinin Qazaxıstana yatırımlarını nəzərdən keçirərək ötən on il ərzində iki dəfədən çox inamlı artım görə bilərik: 2007-ci ildəki 439 milyon dollara qarşı 2017-ci ildə 998,7 milyon $. 2007-də Rusiya yatırımlarının həcmi 2017-ci ildəki 230,8 milyon $-a qarşı 827 milyon $ təşkil edib. Gördüyümüz kimi, Çin son on ildə daha fəal yatırım artımı dinamikası sərgiləyib.

Habelə qeyd etmək önəmlidir ki, Qazaxıstanın "İşıqlı yol” infrastrukturun inkişafı milli proqramı İYİQ (İpək yolunun iqtisadi qurşağı-red.) proqramıyla qismən üst-üstə düşür. Bu həmin layihələrin calaşdığı haqda bəyanlara səbəb olub. Çin ən yaxın beş ildə Qazaxıstanın nəqliyyat sisteminin inkişafına 600 milyon $ ayırmaq niyyətindədir.

Sovetsonrası məkanda bölgəsəl liderlik uğrunda Qazaxıstanla rəqabət aparan Özbəkistan da əsas ticari tərəfdaşları şaxələndirə bilib (amma Qazaxıstandan zəif şəkildə). Ancaq buna baxmayaraq, Çin ixdalat üzrə Rusiyanı birinci yerdən sıxışdırıb. Dinamikanı nəzərdən keçirək: 2007-də idxal 811,9 milyon $, 2016-da isə 182 milyon $ təşkil edib. 2016-da Rusiya ilə idxalat üzrə ticarət həcmi 2 milyard 109,5 milyon $ olub. Çin Özbəkistan bazarında Rusiyanı o qədər də geridə qoymayıb, amma idxalatı beş dəfədən çox artırmaqla yenə də yüksək dinamika sərgiləyib. Özbəkistan son illərdə 2011-də həcmi kəskin şəkildə azalan xarici yatırımlarla bağlı durumu düzəltməyə can atır. Yanacaq-energetika kompleksi fəal şəkildə mənimsənilir. Çin Özbəkistandakı duruma İYİQ vasitəsilə təsir etməyi planlaşdırır: indiki anda Özbəkistan üzrə iki layihə AİYB-də (Asiya İnfrastruktur Yatırımları Bankı-red.) nəzərdən keçirilir: dəmiryollarının elektrikləşdirilməsi (168,20 milyon $, AİYB payı 49, 6%-dir) və Daşkənddə elektrik enerjisinin ötürülməsi (25 milyon $, AİYB payı 80%-dir).

Qırğızıstan. 2007-də Çin idxalatının həcmi 356 milyon $, 2017-də isə dörd dəfədən çox artım göstərməklə 1 milyard 591 milyon dollar olub. Deməli, Rusiya idxalat maddələri üzrə birinci yerdən sıxışdırılıb. Ölkədəki çətin iqtisadi durum nəzərə alınmaqla (2017-ci ilin məlumatına görə, əhalinin 25%-i yoxsulluq həddindən aşağıda yaşayır) İYİQ-in əhatəli infrastruktur layihələrinin gerçəkləşdirilməsi yalnız xarici yatırımların cəlbiylə mümkündür. Çin 2015-də onun həcmini kəskin şəkildə artıraraq ön mövqelərə çıxıb. Çin 2007-2016-cı illər dövründə yatırım həcmini 13 dəfə çoxaldıb: 57 milyon 845,8 min $-dan 781 milyon 244 min dollaradək.

Tacikistanda çətin durum yaranıb. Həmin zaman kəsimi boyunca  idxalat maddəsi üzrə mal dövriyyəsinin dinamikası aşağı fəallığıyla seçilib. Lakin Tacikistana Çin yatırımları xeyli yüksəlib, Çin Rusiyanı bu sahədə böyük fərqlə qabaqlayır. Tacikistanın Yatırımlar və Dövlət Əmlakının yönəldilməsi üzrə Dövlət Komitəsi başçısının sözlərinə görə, Çin 2017-də I rübdə "76,6 milyon $ və yaxud ümumi yatırımın 57,8%-i” yatıraraq Rusiyanı geridə qoyub. Çin İYİQ layihəsinin gerçəkləşdirilməsi üçün Asiya İnfrastruktur Yatırımları Bankının (bundan sonra – AİYB) resurslarını cəlb edir. Bank başqa donorlarla kooperasiya olunur, amma indiki anda bölgəsəl layihələrdə iştirakı olduqca zəifdir – Tacikistanda ən güclü SES-in (yatırım həcmi 60 milyon ABŞ dolları, 17,14%) və Taciksitanla Özbəkistan arasında tarnssərhəd avtomobil yolunun modernləşdirilməsi (27,5 milyon ABŞ dolları, yəni ümumi məbləğin 26%-i).

"Qurşaq” layihəsi Əfqanıstan problemini maksimal dərəcədə kəskinləşdirir və aktuallaşdırır. Bu ölkə bu gün ağır narkotiklərin istehsalı üzrə dünya lideridir, həmçinin ərazisində İŞİD, "Taliban” və başqa terrorçu qruplaşmaların döyüşçüləri lokallaşıb, kölə alveri və silah ticarəti çiçəklənir. Avrasiyada ən güclü sabitsizlik ocağının ətrafında şaxələnmiş nəqliyyat sisteminin inşası təhlükəsiliyə təhdid yaradır.

Çin indiki anda iqtisadiyyat vasitəsilə bu problemin həlli üsulunu hazırlayır. 2007-də Çin idxalatının həcmi 476 milyon $, 2017-də isə artıq iki dəfədən çox artım sərgiləyərək 1 milyard 69 milyon $ təşkil edib. Deməli, Çin Əfqanıstanın əsas ticari tərəfdaşları arasında üçüncü yeri tutur.

Yatırım layihələri Əfqanıstanın birinci növbədə Cənubi Asiyanın nəqliyyat dəhlizləri vasitəsilə İYİQ-ə birləşdirilməsini nəzərdə tutur. Bu infrastruktur layihəsinin dəyəri 273 milyon $ təşkil edir (bunun 100 milyon $-ı AİYB verib). Bu məkanda dəyəri 62 milyard $ olan Çin-Pakistan iqtisadi dəhlizi daha əhatəli layihədir. Çin xarici işlər naziri bildirib ki, bu infrastruktur layihəsinin Əfqanıstana genişləndirilməsi üzərində işləyəcək.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}