LAVROVUN BƏYANATI PAŞİNYAN HAKİMİYYƏTİNİ ÇALXALAYIR:"Koçaryan agentdir, Moskva 27 oktyabr cinayətinin açılmasından qorxur" - TƏHLİL

LAVROVUN BƏYANATI PAŞİNYAN HAKİMİYYƏTİNİ ÇALXALAYIR:"Koçaryan agentdir, Moskva 27 oktyabr cinayətinin açılmasından qorxur" - TƏHLİL

 

Sarqis Artsurini

"1in.am”, Ermənistan, 01 avqust 2018-ci il

 

Çərşənbə axşamı RF XİN rəhbəri Sergey Lavrov jurnalistlərə bəyan edib ki, Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin öz siyasi sələflərini təqibdən imtinasıyla bağlı verdiyi bəyanatlarla daban-dabana ziddiyyət təşkil edir.

Sergey Lavrov, "Rusiya Ermənistanın müttəfiqi kimi, daim erməni dövlətinin stabilliyində maraqlı olub, ona görə də orada baş verənlər, o cümlədən MDB məkanında Ermənistanın iştirak etdiyi təşkilatların normal işləməsi vəzifəsi baxımından bizi narahat etməyə bilməz”deyərək, əlavə edib: "Hesab edirik ki, vəziyyətin inkişafı, hər halda, konstruktiv yolda gedəcək”.

Onun sözlərinə görə, bu ilin mayında Ermənistanda siyasi böhran baş verərkən, Moskvada "böyük məmnunluqla qeyd etdilər ki, yekunda bu böhranın həlli bütün aparıcı partiyaların iştirakı ilə güzəştlər əsasında tapılıb. Biz ümid edirdik ki, bütün siyasi qüvvələr, ilk öncə Ermənistanın yeni rəhbərliyi, yeni hakimiyyət belə nəticəyə söykənərək, sonra da birləşdirici yanaşmaları inkişaf etdirəcək, milli razılaşmanı möhkəmləndirəcək”.

"Lakin son günlərin hadisələri Ermənistanın yeni rəhbərliyinin öz sələflərini siyasi motivlərlə təqib etməyi təşkil etmək niyyətinin olmaması ilə bağlı verdiyi bəyanatlarla ziddiyyət təşkil edir” deyərək, Lavrov yekunlaşdırıb.

Hələ bir neçə saat bundan öncə Moskvanın ölkəmizin daxili siyasi inkişafına birbaşa kobud müdaxilə edərək, Ermənistanın yeni rəhbərliyinə qarşı belə açıq bəyanat verə biləcəyini təsəvvür etmək mümkün deyildi.

"1in.am” dəfələrlə diqqəti Moskvanın destruktiv, vassal siyasətinə cəlb edib, lakin bütün hallarda biz hesab edirdik ki, Putin hakimiyyəti Robert Koçaryanı müdafiə etmək və ya Ermənistan hökumətindən narazılığını ifadə etmək üçün daha diplomatik formullar tapacaq. Hətta fikirləşirdik ki, Moskvada öz iradlarını Yerevana daxili diplomatik kanallarla ötürərək, ictimai açıq qiymətləndirmələrdən çəkinəcəklər.

Ancaq Lavrovun bəyanatı bizim bütün optimist proqnozlarımızı məhv etdi. Əgər Lavrov kimi təcrübəli bir diplomat Ermənistan, onun yeni rəhbərliyi haqqında belə formullarla danışmağı özünə rəva görürsə, o halda bu, bizim ölkəmizə qarşı açıq demarş nümayişidir.

Robert Koçaryanın həbsi faktı ilə əlaqədar Moskvada o qədər narahat olublar ki, hətta, mahiyyət etibarilə, Koçaryanın onların təsir agenti olduğunu təsdiqləyərək, elementar diplomatik etika qaydalarını pozmağa üstünlük veriblər.

Moskvanı Robert Koçaryan, hətta "1 mart işi”nin açılması deyil, Ermənistanın ikinci prezidentinin həbsinin 27 oktyabr cinayətinin (27 oktyabr 1999-cu ildə parlamentdə  terror nəzərdə tutulur – tərc.) açılmasına yol salması narahat edir. Bu, artıq Rusiya maraqlarına birbaşa zərbə olacaq, çünki dünya birliyi konkret faktlar sayəsində məlumat əldə edəcək ki, Ermənistan parlamentindəki terror aktının arxasında Rusiyanın xüsusi xidmət orqanları durublar. Onlar üçün Robert Koçaryan da Nairi Unanyanın quldur dəstəsi kimi alət olub.

Şübhəsiz, Rusiya Xarici işlər naziri Lavrovun bu "müdaxiləsi” bu günlərdə Ermənistana "XI ordunun növbəti yürüşü”nü təşkil etmək üçün məşhur bədnam "V kolon” rolunu oynayan Ermənistan Respublika Partiyası, Daşnaksutyun Erməni İnqilab Federasiyası, Vazgen Manukyan və digərlərinin bəyanatları ilə öncədən diqqətlə hazırlanmışdı.

Lavrovun ölkə daxilində əks-inqilabi revanş tərəfdarlarını, ön cəbhədə isə Azərbaycan qoşunlarını mobilizasiya edən bu bəyanatı Ermənistana yönəlik düşmən aktıdır.

Bu görünməmiş vəziyyətdə suverenlik ideyaları, inqilabın qələbə ilə sona çatması naminə, Ermənistan hökuməti və cəmiyyətinin birləşməsi mühümdür.

Tərcümə Strateq.az-ındır



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}