Putin Qafqazdakı ordunu ayağa qaldırdı: "Bu, 10 il əvvəl Gürcüstana hücuma bənzəyir" - Rus ekspertdən şok iddialar

Putin Qafqazdakı ordunu ayağa qaldırdı: "Bu, 10 il əvvəl Gürcüstana hücuma bənzəyir" - Rus ekspertdən şok iddialar

 

NATO-nun Gürcüstanda hərbi təlimlərə başlaması Rusiyanı hərəkətə keçməyə sövq edib.

Rusiya buna cavab olaraq Abxaziya ərazisindəki 49-cu ümumqoşun ordusunu ayağa qaldırıb.

Rusiya KİV-nin məlumatına görə, Abxaziyada rus hərbiçilərinin də iştirakı ilə genişmiqyaslı təlimlərə start verilib. Təlimlərin başlanması gizli və olduqca sürətli olub. Hətta Rusiyanın Abxaziyadakı addımlarına mütəmadi olaraq nota ilə etiraz edən rəsmi Tbilisi bu dəfə nota verməyə fürsət belə tapmayıb.

Rusiyalı şərhçi Viktor Skorko hesab edir ki, Rusiyanın Abxaziyada ordusunu təcili ayağa qaldırması NATO-nun Gürcüstandakı addımlarına cavabdır.

Onun sözlərinə görə, baş verən proseslər 10 il öncə "beş günlük müharibə”dən əvvəlki vəziyyətə bənzəyir: "10 il öncə Gürcüstan ordusu Sxinvalidə hərbi təlimlərə başladı və ssenariyə görə gürcülər avqustun 7-dən 8-nə keçən gecə Osetiyanı bölən Rokski tunelini ələ keçirərək, ərazilərə tam nəzarəti bərpa edəcəkdi. O vaxt buna ABŞ prezidenti Corc Buş icazə vermişdi. Keçmiş dövlət katibi Kondaliza Rays bir neçə ay öncə Tbilisiyə səfəri zamanı əməliyyatın detallarını müzakirə etmişdi. Amerikalılar Tbilisini inandırmışdılar ki, ruslar Gürcüstana hücum etməyə cürət etməyəcək. Rusiyanın bu planlardan xəbəri var idi, lakin Baş qərargahda hesab edirdilər ki, gürcülər əməliyyata 1 sentyabrda başlayacaq. Rusiya Cənubi Osetiyada Tbilisinin etiraz notasına səbəb olan təlimlərə başladı və vəziyyətə uyğun olaraq avqustun 8-də "beş günlük müharibə” baş verdi. Bu tarixi təcrübə fonunda NATO-nun Gürcüstandakı bu gün keçirdiyi təlimlər təsadüfə bənzəmir”.

Viktor Skorko qeyd edir ki, Gürcüstan Ukrayna kimi ərazi münaqişəsinə görə NATO-ya qəbul edilmir.

"Hərçənd, Şimal Alyansı "şərqə doğru genişlənmə” strategiyasına uyğun olaraq, bu ölkələri üzv kimi qəbul etmək istəyir. Buna görə də əvvəlcə Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarmaq lazımdır. Bu təlimlər dolayısı ilə bu planın bir hissəsi hesab oluna bilər. Buna görə də Rusiya Abxaziyada təcili təlimlərə başlayaraq, NATO-ya Qafqaza kimin sahib olduğunu göstərir”, - deyə rusiyalı şərhçi vurğulayıb/Publika.az.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}