Türkiyə ilə ABŞ arasında böyük qalmaqal yaradan rahib… –Branson barəsindəki qərara etiraz etdi

Türkiyə ilə ABŞ arasında böyük qalmaqal yaradan rahib… –Branson barəsindəki qərara etiraz etdi

 

Türkiyə ilə ABŞ arasında böyük qalmaqala səbəb olan və hazırda İzmirdə ev dustağı olan rahib Bransonun vəkili bu gün Türkiyə Ali Məhkəməsinə şikayət edib.

Sozcu.info  Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Bransonun vəkili İsmayıl Cem Halavurt açıqlama verib.

O, şikayətində müvəkkilinin üzərindəki ev dustaqlığının ləğv edilməsi ilə yanaşı, xaricə çıxışına qadağanın da  götürülməsini tələb edib.

Xatırladaq ki, ABŞ vətəndaşı olan Branson PKK, PYD və FETÖ üzvləri ilə birlikdə hərəkət etməkdə, casusluq və sair ağır cinayətlərdə təqsirləndirilir. Əgər ittihamlar təsdiqlənərsə, Türkiyə qanunlarına görə, onu 35 il cəza gözləyir.

Məhz Bransounun həbsinə görə Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq edib….



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}