Suriyanın bərpası uğrunda Rusiya-Çin rəqabəti:“Biz Suriyada Çinin, ya Avropanın xatirinə özümüzü oda-közə vurmamışq” - Araşdırma

Suriyanın bərpası uğrunda Rusiya-Çin rəqabəti:“Biz Suriyada Çinin,  ya Avropanın xatirinə özümüzü oda-közə vurmamışq” - Araşdırma

 

Mixail Koşkin

vz.ru, 01.10.2018

 

Çin diplomatiyasının başçısı Van İ vəd edib ki, Səmalar ölkəsi müharibədən sonra Suriyanın dirçəlməsinə yardım edəcək. Ərəb respublikasında neft var, deməli, zaman keçdikcə pul olacaq, Pekin buna görə də müharibədən sonra Suriyada nədən pul qazanmağın  mümkün olacağını artıq çoxdan araşdırır. Moskvanın əndişələnmək vaxtı deyilmi ki, Suriyada müharibəni udaraq sonra iqtisadi baxımdan uduzacaq?

ÇXR XİN başçısı Van İ cümə axşamı suriyalı həmkarı Valid Muəllimlə görüşərək bildirib ki, Çin Suriyanın sosial-iqtisadi inikişafına əl tutacaq. Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının sessisyası meydanlarında baş tutub. "Sinhua” Vandan sitat gətirir – Pekin Çin-Suriya münasibətlərinə böyük önəm verir və Suriyanın bərpasından "boyun qaçırmayacaq”.

Əslində, Çin "boyun qaçırmır da” – Suriya müharibəsinin qızğın vaxtında da Yaxın Şərq dövlətindəki strateji maraqlarını yaddan çıxarmayıb. Dəməşqdə bunu Moskva və Tehranın hərbi yardımından az xatırlamırlar. "Əlbəttə, biz gözləyirik ki, proses (bərpa) bu böhran zamanı Suriyaya əl tutan üç əsas dövlətə söykənəcək. Bu, Rusiya, Çin və İrandır”, – deyə prezident Bəşər Əsəd 2016-cı ilin martında RİA Novosti-yə vəd verib.

Çin müharibəyə qədər Suriyaya əsas mal ixracatçısı idi (sakit 2009-cu ildə 2,2 milyard dollardan yuxarı). Səmalar ölkəsi Suriya ixracatının başlıca maddələrindən birinə – neftə fəal yatırım qoyub. Demək yetər ki, hərböncəsi 2010-cu ildə dövlət "Çin  milli neft-qaz korporasiyası” "Royal Dutch Shell”-lə birlikdə Suriyanın neft emalı üzrə "əl-Furat Petroleum” şirkətinin həmsahibi olub. Suriyaya "Yeni ipək yolu” layihəsinin əsas düyünlərindən biri kimi baxılıb – Avrasiya nəqliyyat sisteminin marşrutlarından birini İran və İraqdan Aralıq dənizində limanları olan Suriyaya salmaq nəzərdə tutulur – yeri gəlmişkən, Türkiyədən yan keçməklə.

"Əsədlərin ailə rejimi” və Pekin arasında hərbi-siyasi əməkdaşlığı hələ Mao Tszedunun dönəmindən izləmək olar. İndikdi prezidentin atası Hafiz Əsəd o vaxt düşmənçilik edən SSRİ və ÇXR-lə eyni tərzdə yola gedib. Hələ 1969-cu ildə Suriya ordusunun qərargah rəisi, (o zaman hələ prezident deyil, müdafiə naziri olan) böyük Əsədin sağ əli Mustafa Tlas Çin silahlarının tədarükünü yoluna qoymaq və hətta Maonun sitatlar kitabıyla fotoşəkil çəkdirmək üçün missiya ilə Pekinə göndərilmişdi. Tlas 2002-ci ilədək müdafiə naziri olub və danışırlar ki, Bəşər Əsəd "ata taxtı”nı maneəsiz əldə etdiyi üçün məhz ona borcludur. Çin Suriyanın raket proqramının inkişafına bu adamın iştirakıyla yardım edib.

Güman etmirəm ki, ÇXR HDQ gəmilərinin 2013-cü ildə (müharibənin qızğın çağında Rusiya HKQ-nin əməliyyatlarının başlanmasına hələ iki il qalmış) Suriya sahillərinə səfərinə təəccüblənməyinə dəyər. Çin aşkar şəkildə "iştirakı işarələyir”, bu zaman bunu ənənə üzrə ehtiyatla edir. "Çinə Suriyada sülhməramlı əməliyyata qatılmaq dəfələrlə təklif olunub. Və Çin hələ 2016-nın sonu, 2017-də deyib ki, bu imkanı nəzərdən keçirir, – Çinşünas Aleksey Maslov "Vzqlyad” qəzetinə söyləyib. – Amma çinlilər hərbi əməliyyatlara qatılmayıblar. Çin baxır ki, bir tərəfdən, Dəməşqlə Suriya müxalifəti, o biri tərfdən ABŞ və Rusiya arasındakı tutuşma nə ilə bitəcək. Və Çin indi bildirməyə başlayıb ki, humanitar yardım göstərməyə hazırdır. Bu, ümumiyyətlə, Çinin standart siyasətidir”.

Bizim HKQ-in dəstəyi ilə Suriya ordusunun uğurları aşkarca nə qədər  çoxalırsa, Pekindən hərbsonrası bərpada iştirak vədləri bir o qədər ucadan səslənir. ÇXR Palmira və Hələbin azad edildiyi 2016-cı ildə Suriya üzrə özəl təmsilçi vəzifəsi təsis edib. ÇXR hökuməti 2017-də plan elan edib: 150 Çin şirkətini qoşmaqla Suriyada sənaye parkının inşasına 2 milyard dollara yaxın pul yatırmaq. Çin şirkətləri düz bir il qabaq Rusiya və İranınkılarla yanaşı Dəmşəqdə hərbə qədərki vaxtdan bəri ilk beynəlxalq sərgiyə qatılıb. Bəyan olunub ki, Suriya telekommunikasiyalarının yenidən qurulmasilə "Huawei” şirkəti məşğul ola bilər.

"Birincisi, Çin Suriyaya bu cür gəlməkdə maraqldır ki, infrastrukturu bərpa etsin. İnfrastruktura, dəmir yollarına  kim yiyələnirsə, ölkəyə də yiyələnir, – Maslov qeyd edib. – İkincisi, Çini Suriyada neft yataqlarının işlənməsinə qatılmaq maraqlandırır. Yeri gəlmişkən, Çin buna görə hələ vətəndaş savaşına qədər ölkəyə girib. Və nəhayət, üçüncüsü, Suriya kadrlarını öyrətmək və yenidən öyrətməkdir”.

Sözsüz, çinlilər Suriyaya gedəcəklər. "İndi Suriyada ən başlıca məsələ kimin qalib gələcəyi deyil, təsərrüfatın bərpa edilməsində kimin iştirak edəcəyidir, – o, hesab edib. – Əlbəttə, Çin istəyir ki, bu, Çin modeli üzrə getsin. Ehtimal etmək olar ki, Perkin özünün iqtisadiyyat və texnologiya müşavirlərini təqdim edəcək”.

Maslov Çinin bu məqamda Suriyanın bərpası məsələsində Rusiya ilə hansısa dərəcədə rəqabət aparacağını deyərək əlavə edib: "Açığını desək, Rusiya Suriyada böyük məsrəflər və itkilərə düçar olub. Buna görə də Suriya piroqunun hansısa tikəsinə ümid edə bilərik”.

Qeyd edək ki, Moskvadan da hərbsonrası Suriyada bərpaya qoşulmaq çağırışları səslənir. Xatırladaq ki, Vladimir Putin avqustda Berlində səfərdə olarkən Angela Merkeli – AB-nin aparıcı ölkələrindən birinin lideri kimi – inandırıb ki, Avropa 7 illik savaşdan sonra Suriyaya yardım etməlidir.

Görünür, avropalıları çox dilə tutmaq gərək olmayacaq. Avropa diplomatiyasının başçısı Federika Moqerini həftənin başlanğıcında şərtləri sadalayıb. Və bu, artıq "tiran Əsədin təcili gedişi” deyil, tamamilə yerinə yetirilə biləndir: İdlibdəki durumu Rusiya və Türkiyənin imzaladığı memoranduma uyğuun saxlamaq və konstitusiya komitəsinin işinin başlanması. Suriyanı özünün nüfuz dairəsi sayan Fransa getdikcə daha böyük maraq bəlirləyir.

Milli energetika Fondunun direktoru Konstantin Simonov hesab edir ki, Suriyanın bərpası geopolitik baxımdan bizə də sərfəlidir. "Fayda yetərincə ciddidir və biz Suriyanın bərpası məsələsinə kürəsəl xarakter verməyə çalışırıq. Suriyanın bərpası Suriyanı bərpa edən ölkələr üçün "Əsəd rejimi”nin, ən azı, yeni seçkilərədək qalacağının etirafıdır,- o, "Vzqlyad”qəzetinə deyib. – Bu qayda ilə Çinin bərpada iştirakı təkcə iqtisadi deyil, daha çox siyasi məsələdir”.

Suriya savaşına həlledici dönüş gətirmiş Rusiyanın, sadəcə, Çinin və ya AB-nin mənfəəti naminə özünü oda-közə vurması məntiqli deyil. Bizim bu ölkədə təkcə hərbi-strateji deyil, həm də iqtisadi maraqlarımız var – yeri gəlmişkən, Putin bu il birbaşa xətt zamanı bunu yada salıb.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}