KEÇMİŞDƏN GERİ DÖNƏN TƏCRÜBƏ:Çindən Ərəbistana qədər uzanan adam qaçırma halları - TƏHLİL

KEÇMİŞDƏN GERİ DÖNƏN TƏCRÜBƏ:Çindən Ərəbistana qədər uzanan adam qaçırma halları - TƏHLİL

 

Nina Xruşşova

"Project Syndicate”

 

Sovet İttifaqında İosif Stalinin dəmir yumruq rejimindən tutmuş 1970-80-ci illərdə Argentina və Çilini idarə edən hərbi xuntalara qədər bütün diktaturalarda yoxaçıxmanın uzun bir tarixi var. Bu gün həmin təcrübə geri qayıdır.

Çilidə və ya Argentinadakı hərbi rejimlər zamanı adamı helikopterdən dənizə atırdılar və o, heç vaxt tapılmırdı. Əleyhdarları öldürə, sonra yandıra və parçalanmış cəsədi adsız məzarda dəfn edə bilərdilər.

Stalin zamanı Sovet İttifaqında kimsəni izahsız Lubyankaya (KQB qərargahına) və ya hər hansı bir digər obyektə aparırdılar. 1930-cu illərdə və sonralar Kommunist Partiyasının üzvləri və milyonlarla sovet vətəndaşı həbsxanalarda və ya "QULAQ”larda əbədi olaraq yox olurdu.

Bu gün müasir avtoritarlar köhnə davranışları bərpa edirlər: adamlar, o cümlədən tanınmış və yüksək vəzifəli şəxslər birdən-birə və gizli şəkildə həbs olunurlar. Bir çox hallarda "itkin düşənlər” son nəticədə yenidən "dirilir”lər, ancaq keçmiş işlərinə görə günahını etiraf edərək və ya onları tutan hökumətə bəraət verərək.

Çin və Səudiyyə Ərəbistanı fərqli üsul-idarə olsa da, getdikcə saxta qaçırma ilə tez-tez gündəmə gəlirlər.

İnterpolun prezidenti Men Honveyin ötən ay Fransadan Pekinə – ictimai təhlükəsizlik nazirinin müavini vəzifəsini icra etdiyi məkana səfəri buna bariz misaldır. Menin qaçırılması xüsusilə şokedici idi, çünki bir çox çinli 2016-cı ildə onun İnterpolun ən yüksək vəzifəsinə təyin olunmasını, ilk növbədə, Çin dövlətinin başlıca qlobal zəfəri sayırdı.

Lakin Çin prezidenti Si Zinpin ictimai əlaqələrdəki zəfəri sadəcə olaraq kənara atıb. Nəhayət, Men həbs edilib və rüşvət almaqda ittihamlanıb. Çində davam edən antikorrupsiya kampaniyasının bir hissəsi kimi əsaslandırılan qərarın tənqidçiləri deyir ki, Si sadəcə siyasi rəqibi aradan qaldırmaq üçün bu örtükdən yararlanır, dünyanın rəyinə tamamilə hörmətsizlik, hətta nifrət sərgiləyir.

Əslində, Si serial oğruya bənzəyir. 2012-ci ildə hakimiyyətə gəldikdən sonra Honq-Konqda (Çin vətəndaşlığı olmayan bəzi şəxslər də daxil olmaqla) kitab naşirlərindən tutmuş biznes liderlərə qədər xeyli gizli şəkildə qaçırılmış şəxs var və onlar uzun müddətli sükutdan sonra keçmiş fəaliyyətlərindən imtina ediblər.

Çinin ən məşhur kino ulduzu Fan Binbin də iyul ayında itkin düşmüşdü. Onun "Sina Weibo” sosial media platformasındakı (Çin "Twitter”-i) hesabı birdən-birə səssiz qalıb. Heç kim nə baş verdiyini anlamayıb, amma hökumətin bu işdə barmağı vardı.

Nəhayət, Fan bu ayın əvvəlində qəfildən peyda olub və vergilərdən yayındığına görə üzr istəyib, buna görə də o, artıq kütləvi cərimələrlə üzləşəcək. Maraqlı budur ki, aktrisa Çin Kommunist Partiyasına təriflər yağdırıb. Stalinin "təmizləmələr”i zamanı Kommunist Partiyasının orqanı olan "Pravda” qəzetinin redaktoru Nikolay Buxarinin və başqalarının etirafları kimi.

Səudiyyə Ərəbistanı da bir sıra səs-küylü, siyasi motivli oğurluqlara rəvac verib. Ötən il Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman Riyadda rəsmi səfərdə olan Livan baş naziri Səəd Həririnin həbsini əmr edib. Həriri hətta cangüdənlərindən təcrid olunub və istefa vermək məcburiyyətində qalıb. Həftələr sonra ona Livana qayıtmaq və seçilmiş lider kimi rolunu bərpa etməyə icazə verilib.

Ötən həftə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda boşandığını təsdiqləyən sənəd almaq və türk qadınla evlənmək istəyən jurnalist Camal Xaşuqci itkin düşüb.

Xaşuqcinin itkin düşməsi avtoritarların milli sərhədlərə nə qədər az diqqət yetirdiyinə dair daha bir sübutdur.

Jurnalistin başına gələnlər hələ də tam məlum deyil, amma Türkiyə hökuməti, prezident Rəcəb Tayyib Ərdoğan onun konsulluqda öldürüldüyünü iddia edir.

Türk səlahiyyətlilərinin məlumatlarına görə, 15 nəfərlik iki qrup Xaşuqcinin randevu günü Riyaddan İstanbula uçub və bir neçə saat sonra geri dönüb. Bu, Rusiyada tanış üsuldur: Stalin də xüsusi sui-qəsd qruplarına sahib idi. Onlardan biri Meksikada Trotskini öldürmüşdü.

Rusiyanın təcrübəsi keçmişlə məhdudlaşmır. Prezident Vladimir Putinin rejimi mart ayında Birləşmiş Krallıqda keçmiş rus casusu Sergei Skripal və qızı Yuliya qarşı kimyəvi hücum həyata keçirib.

Qərb dünyasında Putin "ayı” sayılır, Si bənzər bir etibarlılıq itkisinə məruz qalıb və şahzadə Məhəmmədin islahatçı şöhrəti ciddi şəkildə ziyan görüb. Onlar tezliklə Napoleonun polis şefi Jozef Fuşenin saray xadimi hersoq Engienin qaçırılmasından sonra dediyi ilə qarşılaşa bilər: "Bu, cinayətdən betər idi – bu, səhv idi”.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}