PUTİN YÜKSƏK REYTİNQİNİ NECƏ BƏRPA EDƏ BİLƏR? –Rusiyaya yeni kiçik və qalibiyyətli müharibə gərəkdir

PUTİN YÜKSƏK REYTİNQİNİ NECƏ BƏRPA EDƏ BİLƏR? –Rusiyaya yeni kiçik və qalibiyyətli müharibə gərəkdir

 

Tixon Dzyadko

"Project Syndicate”

 

Yeddi ay əvvəl Vladimir Putin dördüncü dəfə, səsl’rin 77%-ini qazanaraq yenidən Rusiya prezidenti seçilib. Rusiya İctimai Rəyi Araşdırma Mərkəzinin keçirdiyi sorğuya əsasən, əgər prezident seçkiləri indi keçirilsəydi, Putin, ehtimal ki, səslərin yalnız 47 faizini alacaq və bəxtini ikinci turda sınamalı olacaqdı. Bu, Rusiya və dünya üçün təhlükəli vəziyyətdir.

Əlbəttə, Rusiyada sorğu məlumatları mütləq şəkildə real güc balansını əks etdirmir. Bununla belə, bu cür ciddi azalma diqqətəlayiq bir inkişafdır, ən azından Sovet dövründə baş verən sərt cəzaları yaxşı xatırlayan ruslar əksər vaxt liderləri barədə müsbət danışmağa üstünlük verirlər.

Putin ilk dədə 2000-ci ildə prezident seçilərkən, həyat standartlarını yüksəltmək və Rusiyanın aparıcı qlobal güc statusunu bərpa etməyi vəd verib. Bəxtindən həmin vaxt neft qiymətləri yüksəlməyə başlayıb. Eyni zamanda, o, Sovet İttifaqını başqa bir ad altında diriltməyə çalışıb, Amerikanın qlobal liderliyinə və Qərb üslublu demokratikləşməyə qarşı çıxıb.

Lap əvvəldən Putinin öz nüfuzunu təmin etmək üçün mediada senzuradan istifadə etməsi hər hansı bir müvəffəqiyyətin, o cümlədən neftin qiymətinin yüksəlməsi onun şəxsi nailiyyəti kimi qəbul edilib. Rusiya Dumasının spikeri Vyacheslav Volodinin, 2014-cü ildə elan etdiyi kimi,

 "Putin varsa, Rusiya mövcuddur; Putin yoxdursa, Rusiya da mövcud deyil”.

Əlbəttə, uğursuzluqlar Putinin günahı sayılmayıb. Məsələn, 2007-ci ildə iqtisadi artım yavaşladıqda və sosial bərabərsizlik yüksəldikdə, Putin Münhen Təhlükəsizlik Konfransında çıxış edərək, Birləşmiş Ştatları qlobal liderliyə görə tənqid edib və NATO-nun Baltik ölkələrinə genişləndirilməsinin Rusiyaya qarşı qəsd olduğunu bildirib.

Birdən-birə Rusiyanın bütün mübarizəsi Qərbin elan etdiyi yeni Soyuq müharibə ittihamı ilə əsaslandırılıb.

2008-ci ildə Kosovonun müstəqillik elan etməsi, Rusiya ilə Gürcüstan arasında müharibə Putinin "mühasirəyə alınmış qala” anlayışını daha da möhkəmləndirib.

Buna baxmayaraq, 2013-cü ilə qədər Putinin etimad reytinqləri aşağı səviyyələrə düşüb – bugünkü səviyyədən daha aşağı. Buna görə də, Putin, ilk növbədə, metaforik və sonra tam mənasını verən silahları üzə çıxarıb. 2014-cü ildə rus idmançıları Soçidə keçirilən Qış Olimpiya Oyunlarında (dövlətin sponsorluq etdiyi dopinq sisteminin köməyi ilə) parlaq qələbə nümayiş etdirdikdən sonra Rusiya Ukraynanı – Krımı işğal və ilhaq edib. Dövlət mediasının elan etdiyi kimi, Putin Rusiyanın köhnə böyüklüyünü, əzəmətini bərpa etmə vədini yerinə yetirib.

Putinin etimad reytinqi 85%-ə yüksəlib. Rusiya mağazaları "Krım üçün təşəkkür edirəm” və "Xalqın siyasəti” kimi trafaretlərlə idman köynəkləri ilə dolub. Rusların əksəriyyəti üçün Putinin nüfuzu şəriksiz olub. Prezidentlərin qərarları xoşa gələn olmadıqda belə, ruslar onu dəstəkləyiblər.

Putin çar II Nikolayın polis şefi, sonralar daxili işlər naziri vəzifəsini icra edən Vyaçeslav Konstantinoviç fon Plevenin tövsiyəsinə əməl edib:

 "İnqilabın qarşısını almaq üçün kiçik, qalibiyyətli döyüşə ehtiyac var”.

Putinin kiçik döyüşü Krımın ilhaqıdır. Buna cavab olaraq tətbiq edilən sərt Qərb sanksiyalar sayəsində onun mövqeyi möhkəmlənib.

Bu sanksiyalar nəticəsində rublun dəyəri dollarla müqayisədə yarıdan çox azalıb, inflyasiya artıb, Rusiyanın ev təsərrüfatlarının satınalma gücü və yaşayış standartları zəifləyib. Bu yay Rusiya hökuməti pensiya yaşını artırmağa məcbur olub, əhalinin 90%-i buna qarşı çıxıb. Hətta Putinin özü də televiziya müraciəti ilə islahata geniş ictimai dəstəyi təmin edə bilməyib.

Üstəlik, Putinin dəstəyinə baxmayaraq, hakim "Yedinaya Rossiya” Partiyası Uzaq Şərqdəki seçkilərdə məğlub olub. Milliyyətçi Liberal Demokrat Partiyasının nümayəndələri Xabarovsk və Vladimir bölgələrində keçirilən ikinci turlarda qalib gəliblər.

Primorsk diyarında Kommunist Partiyasının namizədi qalib gəlib. İlk dəfə olaraq seçkinin nəticələri ləğv olunub.

Bəzi ekspertlər "Yedinaya Rossiya”nın seçki məğlubiyyətinin, bir növ, "yorğunluğu” əks etdirdiyini iddia edir. Lakin fakt faktlığında qalır: rusların rifahı azalıb, Putinin sərvəti isə artıb – Rusiyanın əzəməti boş sözdür. Vətəndaşlar indi Rusiyanın mövqeyinin nə qədər güclü olduğunu sorğulayırlar. Qərb tərəfindən təcrid olunan ölkə artıq geosiyasi güc deyil.

Rəsmi təbliğat hələ də ölkənin vəziyyətinə görə Qərbi ittiham edir, amma bu, ruslar üçün inandırıcı deyil. Putinin 18 il hakimiyyət dövründə yaxşı bir xəbər öyrənmişiksə, bu, onun azalan etimad reytinqidir.

Ruslar yorğun ola bilər, amma Putin deyil.

Əgər o, hakimiyyətinin zəiflədiyini hiss edirsə, tezliklə digərlərinin hesabına başqa bir qələbə qazanma vaxtının gəlib çatdığını düşünə bilər.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti