Rusiyalı müxalifət lideri Putinin 19 illik idarəçiliyi haqda:“ADAMLAR DÖVLƏTƏ İNANMIRLAR...” – Təhlil

Rusiyalı müxalifət lideri Putinin 19 illik idarəçiliyi haqda:“ADAMLAR DÖVLƏTƏ İNANMIRLAR...” – Təhlil

 

Rusiyanın tanınmış müxalifət lideri Qriqori Yavlinskli özünün Facebook səhifəsində Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransını şərh edib. Həmin şərhi Strateq.az-ın oxucularına təqdim edirik.

***

 

Ölkəni 19 il yönəldən prezident 4 saatda məlumat verib ki:

– Rusiyaya sıçrayış gərəkdir, amma pensiya yaşının artırılması qaçılmazdır.

– Bizdə Fransadakı kimi olmayacaq, benzin  bahalaşmır.

– Bütün Ukraynada da durum Donbasdakı kimi pisdir.

– Ermənistan və Türkiyə ilə münasibətlər yaxşıdır, Britaniya ilə isə çıxılmaz durumdadır.

– Priqojin onun aşbazı deyil, onun bütün aşbazları  FMX-də (Federal Mühafizə Xidməti-red.) qulluq edirlər.

– İstanbulda və başqa yerlərdə russevməzlik çiçəklənir.

– Sağlamlığımla bağlı hər şey qaydasındadır, amma fəsillər arasında qrip oluram.

Deyəsən, dövlət başçısının martın 18-dən – seçkilərdən, demək olar, bir il sonra özünün ilk böyük mətbuat konfransında dediyinin hamısı budur.

Putinin siyasətinin birbaşa nəticələri, aydınlıq və cavab tələb edən problemlər isə bunlardır:

1. Ölkənin strateji təhlükəsizliyinə təhdid. Gündəlikdəki təkcə OUMRM (orta və uzaq mənzilli raketlər haqda müqavilə-red.) deyil, həm də təhlükəsizliyi təmin edən müqavilələrin bütün sistemidir. Silahlanma sahəsində "Amerikaya çatmaq və geridə buraxmağa” əsaslanan müdafiə strategiyasının iflası. Bununla nə etməli – Putin cavab vermir.

2. Müharibə ehtimalı. Ukrayna ilə dartışmanın yayılması baş verir. Amma faktiki olaraq Ukrayna ilə hibrid savaşa başlamış, Krım və Donbasa soxulmuş prezidentin fikrincə, bununla bağlı heç nə edə bilməz: Ukrayna ilə münasibətlərdə gərginliyin artmasında Kiyev hökuməti günahkardır.

3. Silahlanma qovğası. Bu, ölkəni artıq bir dəfə iflasa gətirib. Amma silahlanma qovğası elan edən prezident Putin bununla bağlı heç nə edə bilmir: RƏM üzrə müqavilədən çıxan amerikalılar günahkardırlar.

4. Durğunlaşan iqtisadiyyat geriləmə həddindədir. Yaşayış dəyərinin əsaslı artımı və rusiyalılaırn gerçək gəlirlərinin düşməsi irəlidədir. Putin siyasətinin gətirdiyi sanksiyalar və beynəlxalq təcrid irəliləməyə və iqtisadiyyatın durumunu yaxşılaşdırmağa mane olur. Və prezident yenə də bununla bağlı heç nə edə bilmir: rəqabətli dünyada bizi məhdudlaşdırmağa çalışırlar.

5. Gerçək gündəlik yaşayış yaxşılaşmır:

– Putin tədbir başlanandan yalnız iki saat yarım sonra pensiya yaşının artırılması haqda ilk dəfə səslənən suala cavab verdi ki, başqa çıxış yolu yoxdur. Başqa çıxış yolu olsaydı, "imkan verməzdi”. Yəni heç kim iqtisadiyyatı durğunluqdan çıxarmağa hazırlaşmır;

– Prezident birbaşa deyir ki, başlıcası – təchizatdır, "sosial sahə isə özünü düzəldər”.

– Rusiyada böyük sayda adam qabaqkı kimi qazsız yaşayır, amma Putin "Qazprom”un tərəfini saxlayır və qaz ixracatından gəlirin dövlət büdcəsi üçün  önəmini izah edir.

6. Adamlar dövlətə inanmırlar. Yaşayışın yaxşılaşmasından xəbər verməli olan rəsmi rəqəmlər və adamların gördüyü və duyduqları arasındakı çox böyük ziddiyyət prezidentə verilən sualların çoxunun leytmotivi idi. Həm də prezidentin özü də rəqəmlərdə dolaşdı: onun rəqəmləri baş nazirin lap bu yaxınlarda səsləndirdiyindən fərqlənir. Prezidentin nikbinliyini şübhə altına alan suallar isə davam edirdi: sanksiyalar fonunda kənd təsərrüfatının coşğun artımı haqda Putinin bəyanatından sonra bu sahədə tempin düşdüyü haqda ona sual etdilər və bunlar yenə də rəsmi statistikanın seyr edilən gerçəkliklə ziddiyyəti haqdaydı. Aydındır ki, coşğun artım rəqəmləri hansısa başqa bir yaşayışdandır.

7. Beynəlxalq təcrid artır.  Kerç hadisəsi göstərir ki, Rusiya hökuməti beynəlxalq həyatın gerçək kontekstindən kənarda yaşayır: Rusiya prezidentinin mətbuat katibi Putinin Trampla görüşünə həbs edilən Ukrayna dənizçiləri haqda hansısa "xırda” bir məsələnin mane olduğunu ağlına sığışdıra bilmir. Amerika prezidentinin müşaviri Con Bolton dənizçilərin əsir götürülməsi mövzusunun ikitərəfli münasibətlər üçün önəmi haqda tamamilə konkret bəyanat verəndən bir an sonra Rusiya müdafiə naziri Pentaqon başçısına məktub yazıb və təəccüblənir ki, hələ də cavab yoxdur.

8. Hara gedirik? Aydın perspektiv yoxdur. "Levada-mərkəz”in sorğularına görə, rusiyalıların 44%-i hesab edir ki, ölkədə işlər yanlış yöndə gedir, 66%-i Dövlət Dumasına mənfi yanaşır, 67%-i isə baş nazirin fəaliyyətini bəyənmir. Rusiyalılar prezidentə inanır, amma ölkəni hara aparadığını bilmirlər və demək olar, yarısı gərəkən yerə apardığına möhkəm şübhə edir. Yeri gəlmişkən, bu, hər şeydən qabaq əhalinin o bölümünə aiddir ki, bütün parametrlər üzrə Putinin seçici və tərəfdarı adlandırmaq olar ki, bu da 18 mart seçkilərində mütləq azlığın qələbəsinin birbaşa nəticəsidir. Putinə səs verənlərin böyük əksəriyyəti ziyanda qalıb. Bunun dərk edilməsi artıq indi baş verir.

Putinin mətbuat konfransının təsdiq etdiyi ən başlıca məsələ milli inkişaf strategiyasının yerindəki boşluq, gələcəyi görməyin yoxluğudur. "RF ideyalar nazirliyi”  yaratmaq ya da Rusiyanın inkişafının önəmli məsələləri üzrə televiziyada şou işə salmaq təklif olunur. Bu da gülməlidir. Əslində, gələcək, strategiya, ölkənin inkişaf yönü milli gündəlikdə yoxdur. Putinin bu mövzunu bağlamağa çalışdığı cavabları ondan xəbər verir ki, ölkə üçün həlledici bu məsələdə də heç nə edə bilmir. Sadəcə, "irəliləyiş”, "yeni texnoloji sistemə sıçramaq, bunsuz ölkənin gələcəyinin olmadığı” haqda sözləri təkrar edir. Putin faktiki deyir: "Nəsə etmək lazımdır ki”.

Necə etməli? Effektivlik haradan götürüləcək? Xarici və daxili siyasətin yaratdığı ortamda bu vəzifələr nə qədər prinsipcə yerinə yetiriləndir? Bütün bunlar hətta cavaba eyham olmadan qalır. Ötən əsrin birinci yarısının avtoritar-səfərbər sənayeləşdirmə üsulları prinsipcə yararsızdır. Putinin "yarmaq” istədiyi sənayesonrası iqtisadiyyat üçün azad insanlar, yaradıcılıq və qanun qarşısında bərəabərlik gərəkdir. Putinin sistemində hətta buna yaxın heç nə yoxdur.

Ən önəmli məsələlər üzrə ümummilli diskussiyaların yoxluğu nəticəsində özəl şou, milli inkişafın perspektiv görüntüsünün yoxluğunu isə "ideyalar nazirliyi” ilə  müvazinətləşdirmək təklif olunur. Prezidentin mətbuat konfransının məzmun və konteksti dövlət idarəçiliyinin funksiyadan düşdüyündən, öz vəzifəsini yerinə yetirməyə qabil olmayan Putin dövlətinin konstitusion böhranından xəbər verir. Putinin bununla bağlı da heç nə edə bilmir.

Bütünlükdə bunların hamısı Rusiya siyasəti, iqtisadiyyatı və diplomatiyasını daxil etdikləri çıxılmaz durumun toplam ifadəsidir: ölkə rəhbərliyinin perspektivləri görməyi yoxdur, gerçək savaş təhlükəsi isə var.

İlin, daha doğrusu, Putinin 19 illik idarəçiliyinin yekunları belədir.

 

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}