“SƏUDİYYƏ-İRAN DÜŞMƏNÇİLİYİ ŞOUDUR” –rus ekspert Qərbin bu oyundakı məkrli rolunu incələyir – Müsahibə

“SƏUDİYYƏ-İRAN DÜŞMƏNÇİLİYİ ŞOUDUR” –rus ekspert Qərbin bu oyundakı məkrli rolunu incələyir – Müsahibə

 

pravda.ru, 28
.08.2019

 

"Pravda.ru”nun bu və başqa suallarını şərqşünas, Rusiya Diplomatları Assosiasiyası sədrinin müavini Andrey Baklanov cavablandırır.

 

-Andrey Qleboviç, siz Səudiyyə Ərəbistanında uzun müddət səfir olubsunuz. Səudiyyə siyasəti və dini təsirinin Suriya, Livan, Fələstində və bütövlükdə bütün Yaxın Şərqdəki rolu destruktiv və qarışdırıcı amildirmi? Ya onların öz həqiqətləri var, sülh və dostluq uğrunda mübarizə aparmağa, öz mövqelərindən sabitliyə şərait yaratmağa  çalışırlar?

-Mənə elə gəlir ki, həqiqi mənada islama söykənməklə destruktiv rol oynamaq olmaz. Deməli, onlar öz fəaliyyətlərində islama deyil, hansısa başqa siyasi mətləblərə söykənirlər – özəl səy və iddialarına, ya da Qərbdən gətirilən təsirlərə. Ümumiyyətlə, birinci növbədə Səudiyyə Ərəbistanı və İranın təmsil etdiyi sünnilik və şiəlik arasında həmişə tarixi və faktiki fikir ayrılıqları olub və var.

Onların arasındakı natural və gerçək fikir ayrılıqları və onlara sırınan belə fikir ziddiyyətləri nə qədərdir? Mən 20% gerçək və 80% gətirilmə və təəsüüf ki, onların udduqları fikir ayrılıqlarını qeyd edərdim. Uddular və indi bundan həzz alırlar, kəllə-kəlləyə gəlirlər və s. Amma onlar bundan uduzurlar.

Heç olmasa, neft qiymətlərini götürək. Biz, adətən, bundan danışmırıq, lakin səudlar və iranlılar arasında toqquşma bizim üçün də xoşagəlməz məsələdir. Lakin İranda bazara o qədər də çox neft atmırlar. İndi isə, ümumiyyətlə, sanksiyalar var. Lakin prinsipin özü mühümdür. Ya biz müstəqil istehsalçıları və OPEK+-u bir araya cəmləyirik, ya da bütün bu formul köndələn gedəcək.

Buna görə də biz maraqlıyıq ki, onlar öz aralarında dalaşmasınlar. Belə imkanlar ki var. Mənim səfirliyim dövründə Səudiyyə Ərəbistanı və İran arasında gözədəyən yaxınlaşma var idi. Hətta təhlükəsizlik sahəsində əməkdaşlıq kimi həssas  bir çevrədə saziş layihəsi hazırlanmışdı və artıq masa üzərində idi.

Təhlükəsizlik üzrə əməkdaşlığa başlamaq üçün həmişə bir çox mərhələdən keçmək gərəkdir. Ciddədə İran xalçalarının sərgisi  düzəldilmişdi. Orada, ümumiyyətlə, növbə olmur, amma buna növbələr düzülmüşdü. Hamı baxmaq, baş tutarsa, almaq da istəyirdi. Yəni onlar prinsipcə əməkdaşlıq edə bilərlər.

Lakin Qərb onları həmişə müxtəlif, çox uğurlu qərəzli yalanlarla dalaşdırmağa nail olub. Bu, sadəcə, təəccüblüdür, axı Səudiyyə diplomatiyası elə təcrübəlidir və orada siyasi səhnədə elə görkəmli adamlar olub. Bununla belə, onlar da niyəsə yedəkdə gedirlər. İndi iranlılar da buna alınırlar.

İranlılar onların üzərinə qoyulmuş məhdudiyyətlər haqda sazişdən müəyyən dərəcədə çıxırlar. Onlar bunu niyə edirlər? Axı indiyə qədər sxem var idi ki, amerikalılar pisdir, onlar çıxır, qalan hamısı isə saxlanırlar. İndi bu yoxdur. Amma mən onları emosional baxımdan anlayıram. Əlbəttə, bütün bunlar onları təngə gətirib. Amerikalılar tamamilə həyasız formada çıxıb, hələ bir hansısa tələblər irəli sürürlər. Emosionalda onları başa düşmək olar, amma siyasi baxımdan deyil. Onlar bunu nahaq edirlər.

-Bunu xarici siyasət baxımından anlamaq olmaz, amma daxili-siyasi baxımdan mümkündür.

-Daxili-siyasi baxımdan – bəli. Amma təəssüf ki, bu da heç nə vermir. Bölgəsəllər bir sıra hallarda məharətlə quraşdırılmış təxribat xəttinə gedir və öz aralarında bu təxribata alınır, dalaşırlar. Bu da var. Buna görə də burada sünilik elementi çox böyükdür. Və bizim diplomatiya elə etməlidir ki, bu sünilik elementi hər halda aradan götürülsün və onları barışdırsın.

Biz lap təzəlikcə bütün Fars körfəzi bölgəsi miqyasında təhlükəsizlik konsepsiyamızı gördük. Deməli, səudiyyəlilər və iranlılar bir-biri ilə söyüşməməli, bu sistemdə olmalıdırlar. Bax, bizim xəttimiz budur. Bu, hələlik böyük çətinliklə irəliləyir, amma yenə də mümkündür.

Amma bəzən necəsə qəribə bir şübhə oyanır ki, Səudiyyə Ərəbistanı və İran arasında ümumiyyətlə əcnəbilər üçün belə bir şou oynanılır. Əslində, ümumiyyətlə, heç bir birbaşa çıxış olmayıb.  1973-dən bəri bir-birinə hədə gəlirlər, amma heç vaxt ciddi nəsə olmayıb. Lakin başqaları, o cümlədən amerikalılarla insidentlər olub, hətta təyyarələri də vurublar. Habelə Tehran və Ankara arasında heç vaxt gerçək münaqişə olmayıb – hətta bölgədəki son savaşlarda da. Və görkəmli vəhhabi şeyxləri hörmət bəslənən ayıtullahlarla daim görüşüblər.

-İndi məhz bu mövzuda çox yaxşı bir məlumat gəlib. Bu ilin həc mövsümü lap bu yaxınlarda olub. Və səudiyyəlilər iranlıları qəsdən yaxşı qəbul ediblər (ola bilsin, bizim təbliğat da öz rolunu oynayıb). Bütün xarici oyunçular  köklənmişdi ki, qalmaqal başlanacaq və bu yöndə hərəkət edirdilər.

-Səudiyyəlilər indiki halda gərəkli Şərq müdrikliyi göstərib və qonşuları yaxşı qəbul ediblər. Sonra da davamı yaxşı olub. İndi İran rəhbərliyi və Körfəzin bəzi ölkələri arasında təmaslar gedir. Məsələn, hətta bəzi ərəb ölkələri və İranın sahil mühafizələrinin başçıları görüşürlər.

Əlbəttə, bu, dövlətlərarası səviyyə deyil, amma hər halda önəmlidir.  Yəni kimsə qarşılıqlı inamın bu çox qəliz horrasına necəsə bir pozitiv yeritməyə və heç olmasa, bunu necəsə etməkdən yana problemləri tənzimləməyə çalışır. Yaxşıdır ki, belə adamlar tapılır. Və çox yaxşıdır ki, belə tədbirlər nəticə verir.

 

Söhbətləşdi: Səid Qafurov

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}