Əli Babayev:”BİZ, GÜRCÜSTANDA YAŞAYAN AZƏRBAYCANLILAR, GÜRCÜSTANIN SƏDAQƏTLİ ƏSGƏRLƏRİYİK”

Əli Babayev:”BİZ, GÜRCÜSTANDA YAŞAYAN AZƏRBAYCANLILAR, GÜRCÜSTANIN SƏDAQƏTLİ ƏSGƏRLƏRİYİK”

 


 

Gürcüstan  Azərbaycanlıları Milli Konqresinin  sədri Əli Babayev  "Saerto qazeti” –yə müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.

-Əli müəllim, siz seçki kampaniyasına fəal  qatılıbsınız və " Gürcü arzusu”nun dəstəklədiyi namizədin yanında dayanıbsınız. Belə hesab edirəm ki, vətənoğluluq işinə xidmət edirsiniz. Buna görə də  sizə "Saerto qazeti”, bizim oxucular  və gürcü ictimaiyyəti  adından vətənpərvərlik hərəkətinizə görə və təmənnasız fədakarlığınıza görə minnətdarlığımı bildirmək istəyirəm.

 Nə qədər də olsa bilirik ki, siz intensiv şəkildə  bölgələri gəzirsiniz. Vəziyyət necədir, ümumiyyətlə, camaat arasında hansı əhval-ruhiyyə vardır?

 -Gürcüstanda yaşayan bütün insanların  bu ölkənin  vətənpərvəri olmağa və ölkədə sabitliyin olması üçün əlindən gələn hər şeyi etməyə borcludur.

Mən  demək olar ki, bütün Şərqi Gürcüstanı- Kvemo Kartlini və Tbilisini dolaşdım. Bütün ailələrdə olduq, məlum oldu ki, əhalinin  böyük hissəsi seçki kampaniyasına qatılmamışdı. Bəziləri diqqərtsizliyə görə inciyibmiş. Aydın oldu ki, 2014-cü ildən indi seçilmiş majoritar deputatlar, yerli munisipalitet merləri, onların aparatları, sakrebuloların rəhbərliyi camaatdan tamamilə uzaqlaşmışdı. Sosial yardımlar, ianələr  və sair   dayandırılmışdı.

"Milli hərəkat” və başqa guya birləşmiş  müxalifətçilər  tərəfindən,  əhali ilə düzgün olmayan informasiya, həddindən artıq çoxlu alverin olduğunu hiss edirdik.

Azərbaycanlı əhali arasında belə bir məlumat yayılırdı ki, guya Salome Zurabişvili ermənidir,  onu Fransadakı erməni diasporu maliyyələşdirir,  antitürk təbliğatı aparırdı. Türkiyədən də mənə zəng edib: "Bizim əleyhdarımız olan prezidentimi seçirsiniz?”-deyirlər. Camaat arasında çoxlu yanlış məlumat var idi.

 Ola bilsin ki, kimlərsə düşünə idi ki, Bidzina İvanişvilinin  nüfuzu ilə  I turda hakimiyyətin dəstəklədiyi namizəd mütləq qalib gələcəkdi.

Yerli munisipalitetlər çox pis işlədilər, faktiki olaraq ümumiyyətlə, heç işləməyiblər. Buna görə də I turda baş verənlər heç də təəccüblü olmamalıdır.  

Son vaxtlarda dostlarım ilə birlikdə 36 kəndi dolaşdıq. Kareli, Kaspi, Qori, Qardabani rayonlarının kəndlərində tamamilə məlumatsızlıq idi. Azərbaycan dilli saytlara üç müsahibə verdim ki, Salome Zurabişvili kimdir və niyə onu dəstəkləməliyik. Camaat  bizi heyrətlə qarşılayırdı. Munisipalitetlərdə isə seçki plakatları döşəməyə atılmışdı və camaata  onları heç kim çatdırmırdı. Heç yerdə sosioloji tədqiqat  keçirilməmişdi, "qapı-qapı” gəzmək barədə də danışmaq artıq şeydir.

-Niyə, nə baş verir, nə baş verdi, Əli müəllim?

Mən düşünürəm ki, bu iş  "Gürcü arzusu”nda lövbər salanlar” a tapşırlmışdı. Sözlə "Gürcü arzusu”nun, yəni dövlətin tərəfində idilər, işlə "Milli hərəkat”a  yardım edirdilər.

Bizləri terror edənlər, barmaq qıcayanlar və bizə ölümü də rəva görənlər irəli çəkiliblər. Onlar arasında sakrebuloların deputatları da vardır, bəziləri də merlərdir. Qardabaninin bu günkü meri illər boyu "Milli hərəkatın” səslərini saxtalaşdırırdı.

Bildiyiniz kimi, Sarticala-Muğanlı döyük yaşayış məntəqəsidir. Orada Zurabişvili uduzdu, çünki camaata heç kim məlumat ötürməyibmiş. Kənd deputatının yalnız evinin  qapılarından Zurabişvilinin plakatları asılmışdı. Qeyd etmək lazımdır ki, bu insan "Milli hərəkat”ın zamanında Vaja Leluaşvilinin  və keçmiş qubernator müavini  Hüseyn Usubovun  agenturasına qoşulmuşdu. Bu insan indi Qardabani sakrebulosunun deputatıdır.

Belələri çoxlu idilər.

Cənab İvanişvilinin çıxışından sonra  munisipalitetlərin rəhbərləri fəallaşdılar, əhali arasında gəzirlər, lakin baş verənlərə ciddi münasibət bildirilməlidir.

Mənim fikrimcə, partiya 2014-cü ildən 2018-ci ilədək öz fəaliyyətində ciddi təhlil aparmalıdır. Nə bölgələrdə işlədilər, nə də siyasi şura fəaliyyət göstərdi.  Partiya öz platformasını  yaxşılaşdırmalıdır, çünki bizi irəlidə parlament seçkiləri formasında ciddi mübarizə də gözləyir.

Kaspidə Xidisğuri kəndi var.  Burda seçki məntəqəsində əlbə-yaxaya gəliblər. Nikoloz Meliya  həmin kəndə gedib, lakin camaatla görüşməyib, bu qarmaqarışıqlıq zamanı zərər zəkənin həyətinə gedib və  lovğalıq etməyə başlayıb- Biz milli azlıqları müdafiə edirik və sair.

Cənab Meliya, tülkü kimi sivişərək bu kəndə gedibsən, bir kimsə, səndən soruşmadımı ki, 9  il ərzində Xidisğuri kəndində  və ya da onun yaxınlığında olan Sakadaqiano  kəndində  "Milli  hərəkat” nə edib?

Mən deyərəm, nə edib-Bu kəndlərdə də camaata qarşı terror edirdi, narkotik maddələr qoyurdular, hər yerdə məhv edilmiş infrastruktur  var idi.

Bu hakimiyyət dövründə  Xisdisğuri və yaxın kəndlərdə yol salındı, qaz çəkildi, əhaliyə su verilir, bayır işıqlandırmalar quraşdırıldı, məktəblər təmir edildi, eləcə də ciddi layihələrin  həyata keçirilməsi plandadır.

 Onların  gürcü pravoslav  kilsəsinin  düşmənləri, islam dininin məhvediciləri, ənənələrin dağıdıcıları  olduğu bir halda kimsənin onları dəstəkləməsi necə ola bilər. Sərhəd zolağ yaxınlığında şalvarlarını soyunmaqları da  bunun  təsdiqidir. Duydunuzmu, camaat,  Millilər üçün  gürcü və azərbaycanlı ruhu birdir.  Müqəddəs hesab etdiyimiz, Qafqazınkı hesab etdiyimiz  bütün ənənələri onlar ayaqlar altında tapdalayırlar.

Qafqazlı  kişi şalvarını heç bir zaman  soyunmazdı və dalını göstərməzdi.

-Belə bir həqiqəti ki, söyləyirsiniz, Millilər sizə hücuma keçmirlər?

-2007-ci ildən onlara qarşı fəal şəkildə gürcü xalqının yanında dayanıram.  Xudu Borçalı II İraklinin yanında dayandığı kimi.  Gürcüstan mənim vətənimdir. Bunu mənim əlimdən heç kim ala bilməz. Mən Gürcüstan uğrunda dik dayanmışam və dayanıram,  özümün və bütün ailəmin məruz qaldığı terrora baxmayaraq heç kim məni qorxuda bilməz.

II turda 48 nömrəyə,   ölkəmizin  sabahkı  əmin amanlıq gününün  zamini olan Salome Zurabişviliyə səs verməliyik.

Mənim azərbaycanlı həmvətənlərim,  mən Gürcüstanda  azərbaycanlıların hüquqları uğrunda  illər ərzində mübarizə aparmışam və aparıram.  Və söz verirəm ki, hər yerdə və hər zaman sizin hüquqlarınızı qoruyacağam. Çox xahiş edirəm,  sizi təqib etdikləri, sizin uşaqıarınızı tutduqları, ciblərinizə narkotik maddələri və siah qoyduqları, torpaqlarınızı əlinizdən aldıqları, evlərinizdən çölə atdıqları  vaxtları xatırlayın və nəzərə alın. Seçki qutularına gedin və uşaqlarınızın gələcəyinə səs verin, xanım Salome Zurabişviliyə səs verin.

Əli Babayev:”BİZ, GÜRCÜSTANDA YAŞAYAN AZƏRBAYCANLILAR, GÜRCÜSTANIN SƏDAQƏTLİ ƏSGƏRLƏRİYİK”

 

 

"Gürcü arzusu”  Bidzina İvanişvilinin  rəhbərliyi ilə Millilərin zamanında səsini çıxarmağa hüququ olmayan  azərbaycanlıların  ictimai arenada görünməsi üçün  hər şeyi edəcək. Sizə təpik atırdılar, özləri yaxşı yaşayırdılar. Onlar hakimiyyətə heç bir zaman qayıtmamalıdırlar.

-Əli müəllim, "Rustavi-2” –nin  azərbaycanlı millətindən olan  yeni müxbiri  ortaya çıxdı. O təstiq edir ki, azərbaycanlı əhalisini  "Gürcü arzusu” çörəyə və Qurana  and içdirir.

-Nə danışırsınız. Milli hərəkat”ın  yalanlara əsaslanan  televiziyasına necə inanmalısınız.  Bu, "Milli hərəkat”ın  Kvemo Kartlidəki baş mafiozu, azərbaycanlıları  ilk terror edən, keçmiş "Kmara”nın nümayəndəsi  David Kirkitadze tərəfindən uydurulmuş yalandır. O, bunun təşəbüskarıdır.  Bu insan  Millilərin vaxtında  Kvemo Kartlinin qubernatoru idi. O, Kvemo Kartlidə çoxlu iyrəncliklər törədib. Təəssüf ki, çox zəif işləyən bu günkü prokurorluğun Kirkitadzenin əleyhinə insanların  daxil etdikləri  şikayətə  diqqət yetirmir.

2012-ci  il seçkiləri zamanı Kirkitadze  Rustavidə müsəlman dini şəxsləri, şeyxləri və imamları yanına çağırdı və onlara tapşırdı: Sizin  hər biriniz  bütün evlərə gedin, əllərinizdə Quran və bütün  ailələri Qurana and içdirin ki, "Milli hərəkat”a səs versinlər. Kirkitadzenin bu metodunu indi "Gürcü arzusu”na sırıyırlar. Alınmadı. Bizim camaat bu təxribata uymaz.Biz Gürcüstanda yaşayan azərbaycanlılar, gürcü dövlətinin sədaqətli əsgərləriyik. Biz qalib gələcəyik!

                                                                                        İRANDA KALANDADZE

                                                                                      "Saerto  qazeti” 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}