Əvəz Zeynallı:"Hitler bütün dünyaya sübut etdi ki..."

Əvəz Zeynallı:"Hitler bütün dünyaya sübut etdi ki..."


Bir qrup insanlar onu haqqı bəyan edən jurnalist, başqa qrup isə, Qərb imperializminə xidmət edən 5-ci kolon nümayəndəsi hesab edir. Bu gün haqqında bir çox iddialar, söyləntilər dolanan şəxs – Əvəz Zeynallı ilə tamam fərqli mövzudan söhbət açdıq.

-Əvəz bəy, bir zamanlar başınız üzərində qara buludlar hökm sürdü. Bunun nəticəsində təqiblərə, susdurulmağa, həbsə məruz qaldınız. Bütün bu olaylardan sonra indi necəsiniz?

-Mənəvi repressiyalar, sıxışdırmalar bu gün də davam edir, sadəcə başqa formada. Artıq belə şeylərə alışmışam.

-İcazənizlə bu gün sizin maarifçilik fəaliyyətinizdən söhbət açmaq istərdim.

-Buyurun

-İxtisasınız nədir?

-Ankara Dövlət Universitetinin hüquq fakultəsinin məzunuyam. Demokratik ölkələrdəki kimi normal hüquq sistemimiz olsa idi, öz ixtisasımın arxasınca gedərdim. Sizi inandırım yaxşı da vəkil olardım.

-Necə oldu ki, dünya tarixinin nəhəng şəxsiyyətlərindən biri olan Adolf Hitlerin qələmə aldığı "Mayn Kampf – Mənim mübarizəm” əsərini dogma dilimizə tərcümə etmək qərarına gəldiniz?

-Bizim təhsil aldığımız Ankara Universitetində çox maraqlı mühit var idi. Tələbələr müxtəlif kitablar oxuyur, bir-birləri ilə mütaliyə rəqabəti aparır, tez-tez debatlar edirdilər. Ən çox da dünyanın məşhur filosofları, siyasi xadimləri, dövlət quran-yıxan liderlər haqqında oxuyurduq. Həmin kitablardan biri də Hitlerin "Kavqam” əsəri idi. Kitabı oxuyanda son dərəcə sarsıldım. Bəlli oldu ki, dünyaya səs salaraq 100 milyona yaxın insanın həyatına bais, təxminən bir əsrə yaxın yaşı olan kitab Azərbaycan türkcəsində yoxdur. Elə tələbəlik illərimdə kitabı tərcümə etməyə başladım. Vətənə qayıdandan sonra, əməkdaşlıq etdiyim mətbuat orqanlarında tərcüməmin bəzi hissələri nəşr olunmağa başladı. Nəhayət, "Xural” qəzetində çalışdığım zaman onun nəzdində, 2004-cü ilin dekabrında fürerin kitabını "Mənim Savaşım” adı ilə nəşr etdirdim. Kitab Azərbaycana bomba kimi düşdü. Əslində kitabın dərc olunmasından sonra mənə müəyyən problemlər yaradılacağını bilirdim, amma durub kitabın nəşrinə qadağa qoymaq, kitabları müsadirə etmək, məni dəfələrlə hüquq-mühavizə orqanlarına aparmaq, cinayət işi açmaq və digər fəaliyyətləri gözləmirdim. Amma kimsə bunu tərcümə etməli idi, bu da mənə qismət oldu. O ölkənin ki, tərcümə ədəbiyatı zəngindir deməli onun gəncləri, tələbələri də çox məlumatlıdır. Bu da gələcəkdə onların daha da irəli gedəcəyi deməkdir.

-"Mənim mübarizəm” kitabının hansı bölməsi, cümləsi, sözü sizi heyran etdi ki, kitabı tərcümə etmək qərarına gəldiniz?

-Kitabın hansısa konkret bölməsi yox, bütünlüklə özü marağıma səbəb oldu. Orada qeyd edilən millətin qan təmizliyi, I Dünya müharibəsi zamanı almanların tapdalanan qüruru, yenidən həmrəy olaraq birləşib düşmənlərinə meydan oxuması, itirilmiş alman torpaqlarının yenidən qaytarılması uğrunda mübarizəsi və s. bunların hamısı olduqca məni özünə cəlb etdi. Hitler bütün dünyaya sübut etdi ki, bir millətin qüruru ilə oynamaq olmaz! Hətta Hitler olmasa belə, millətin içindən çıxan başqa bir şəxs almanların öz ətrafında birləşdirərək, həm xalqın tapdalanmış qürurunu, həm də Almaniyanın qüdrətini bərpa edəcəkdi.

Məhz Hitler fenomeni və II Dünya müharibəsindən sonra ənənəvi müharibə, bir dövlətin başqa dövlətə qoşun yeridərək onun ərazilərini öz dövlətinin tərkibinə qatması, mülki əhalini kütləvi qırğına məruz qoyma, məğlub olan tərəfin mədəniyyətini, adət-ənənələrini aşağılama və s. bu kimi əməllər beynəlxalq səviyyədə qadağan olundu. Bu qadağa gələcəkdə yeni hitlerlərin peyda olmaması üçün idi. Buna rəğmən mən heç də Hitlerin bəşəriyyət, insanlıq üçün törətdikləri cinayətlərə haqq qazandırmıram. Fürerin şəxsini yox, onun liderliyini, öz milləti qarşısında müsbət xidmətlərini, tarixi təsirinin öyrənilməsinin tərəfdarıyam.

-Əvəz bəy, axı Hitlerin törətdikləri cinayətləri zamanla ingilis monarxları edib, edirlər, eləcə də yaponlar, yəhudilər  belə özlərini ali irq hesab edərək digər millətlərə misli görünməmiş qan uddurub, represiyalara məruz qoyublar. Hətta yəhudilərin dini kitabları olan Talmudda qeyd edilir: "Yer üzündə olan yeganə ən üst insan bəndələr yəhudilər, yerdə qalanlar isə ikiayaqlı heyvanlardır”! Bu ifadəni əksər yəhudilər də qəbul edərək dünyaya meydan oxuyur. Bu sadaladığımdan sonra yalnız Hitleri bəşəriyyət-insanlıq üçün cani adlandırmaq nə dərəcədə doğrudur?

-Haqlısınız. Zaman-zaman yunanlılar, romalılar, ingilislər, yəhudilər, türklər, ruslar dünya ağalığına can atıblar, dənizlərə çıxmaq uğrunda uzunmüddətli müharibələr. İngilislər, ağdərili amerikalılar hinduları, zənciləri vəhşicəsinə qətlə yetiriblər. Buna oxşar halları fransızlar Əlcəzair, italiyanlar Liviya xalqlarının başına gətiriblər. Amma bunların hamısı konkret bir vaxtda deyil, zaman-zaman baş verib. Hitler isə, 6 il ərzində 100 milyona yaxın insanın ölümünə bais olub.

-Sizə elə gəlmirmi, Hitleri mizantrop, sodomazaxist, vandalist kimi təqdim edənlər, əslində fürerdən daha qəddar, zalım, amansız rəhbərləri, onların yaratdıqları siyasi rejimləri komuflyaş edirlər?

-Təbii ki, belə maskalanmanın olması istisna deyil. Bir daha qeyd edirəm ki, yer kürəsi mövcud olduqca, dünya ağalığı da mövcud olacaqdır. Əgər keçmişdə yeni ərazilər, dənizə çıxmaq uğrunda münaqişələr, müharibələr baş verirdisə, yaxın gələcəkdə onların siyahısına kosmosa sahib olmaq uğrunda mübarizə də əlavə olunacaq. Bu gün belə dünya ağalığı başqa adla həyata keçirilir. Hətta sivil, humanist təşkilat hesab etdikləri Avropa Birliyinin daxilində belə Almaniya-Fransa, İngiltərə-Avropa, Avropa-Türkiyə qarşıdurmaları mövcuddur. Mənim qənaətimə görə gələcəkdə dövlətlər arasında yox, xalqlar, millətlər, sosial qruplar arasında qarşıdurmalar, mübarizələr, münaqişələr baş verəcək. Böyük güclər çox olsa da, əsas rəqabət ingilis-yəhudi qarşıdurması fonunda olacaq. Bu qarşıdurmalar nəticəsində gələcəkdə qaniçən liderlərin peyda olması istisna deyil.

-Əvəz bəy, niyə kitabı öz orijinal adı ilə deyil, "Mənim Savaşım” kimi oxuculara təqdim etdiniz?

-Bu barədə kitabın birinci nəşrinin giriş hissəsində geniş məlumat vermişdim. Türklərin özləri də kitabın adını hərfi tərcümə olan "Benim mübarizem” kimi yox, "Kavqam” kimi tərcümə ediblər. Mən də kitabı türkcədən tərcümə etmişəm. Digər bir məqam odur ki, bizim indiki cəmiyyətimizdə sanki mübarizə sözü öz qüdərini itirib. Bundan başqa kitabın mahiyyətinə fikir vermək lazımdır. Kitab ilk cümləsindən son cümləsinə qədər savaş, savaşa çağırışla zəngindir. Bütün bu dediklərimi analiz etdikdən sonra kitabın adını "Mənim Savaşım” kimi təqdim etdim. Kitabı 2004-cü ilin noyabrında çapa hazır etdik. Dekabrın əvvəlində isə nəşr etdirdik.

-Oxucuların kitaba marağı necə oldu?

-Qiymətindən asılı olmayaraq, müştərilər kitabı göydə götürürdülər. Əvvəlcə 12, sonra isə, 20 manat dəyərində satışa çıxardıq. 1000 nüsxə nəzərdə tutsam da 2004-cü ilin dekabrında 150 nüsxə nəşr etdirə bildik, çünki hüquq-mühavizə orqanları kitaba əl qoydu, mənə isə, CM-nin 283.2-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması ) maddəsi ilə cinayət  işi açıldı. Daha sonra bu işi keçmiş MTN-in tədqiqat idarəsinin sərəncamına verildi. 2005-ci ilin fevralında MTN əməlimdə cinayət tərkibi olmadığına görə açılan cinayət işinə xitam verdi. Bundan dərhal sonra yenidən 100-150 nüsxə kitabı nəşr etdirdim. Tezliklə MTN-in xitam verdiyi cinayət işini Baş Prokurorluq ləğv edərək 2005-ci ilin oktyabrında mənə yenidən eyni maddə ilə cinayət işi başlatdı. Iki ilə qədər proses davam etdi. Sonda Nərimanov rayon məhkəməsi istər Azərbaycan, istərsə də dünya hüquq tarixində qeyri-adi qərar çıxardı: "Əvəz Zeynallı təqsirli olmayaraq cəzalandırılsın”. Kitabın nəşrinə birbaşa qadağa qoymasalar da I, II nəşrlərdəki giriş yazım olan kitabların hamısı müsadirə olundu. Gələcəkdə yalnız, yazdığım giriş hissəsini çıxarmaq şərti ilə nəşrinə icazə verildi.

2009-cu ildə kitabı üçüncü dəfə nəşr etdirdim. 2011-ci ildə isə, həbs olundum. 3 il, 2 ay, 2 gün içəridə yatdım. Həbs olunmam kitabın nəşri ilə bağlı olmasa da sonralar bəlli oldu ki, kitabın işıq üzü görməsi də az rol oynamayıb.

-Ölkəmizdə yaşayan yəhudilər kitabın nəşrinə kəskin etirazlarını bildirdilər. Onların sizə qarşı  iddiaları nə idi?

-Elə ki kitab işıq üzü gördü, Dağ yəhudiləri icmasının rəhbəri Semyon İxilov mənə və kitaba qarşı mənəvi terror başlatdı. O hətta 2004-cü il dekabrın 4-də birbaşa mobil telefonuma zəng edərək  "Dünyanın neçə bucaq olduğunu sənə göstərəcəyik…” kimi ifadələrlə məni hədələdi. Ardınca onun şikayət ərizəsi əsasında məni hüquq-mühavizə orqanlarına çağırdılar.

-S.İxilov yalnız kitabın nəşrinin qarşısını almaq istəyirdi, yoxsa başqa məkrli niyyətlər də güdürdü?

-Bizim iş istintaqda olarkən S.İxilovdan müsahibə götürmüşdülər ki, "axı bu kitab dünyanın demək olar hər dilinə tərcümə olunub, Azərbaycan dilində kitabın nəşri sizi niyə bu qədər narahat edir? O da bildirmişdi ki, "Mayn Kampf” dünyanın hər bir ölkəsində nəşr oluna, hər millətin dilinə tərcümə oluna bilər, amma bu, Azərbaycana və Azərbaycan türkcəsinə aid deyil!

Bu açıqlamadan sonra mən də geri çəkilmədim, hətta mənlə həmrəy olan insanlar dünyanı onlara dar etdilər. Məsələni bir növ dilimiz uğrunda istiqlal savaşı kimi qoyduq, aləmi vurduq bir-birinə ki, xeyir ola, bizim dilimizdə bu kitab niyə nəşr edilə bilməz, dilimizin hansı əyər-əskikliyi var? Niyə bizim gənclərimiz tərcümə ədəbiyyatı sarıdan kasadlıq çəkməlidirlər? Bu məsələ ilə bağlı Londonun BBC kanalında adını unutduğum veriliş bizimlə iki saatlıq canlı yayıma çıxdı. Orada yəhudi lojaları da çıxış edirdilər. Müzakirələr nəticəsində yəhudi lojaları bildirdilər ki, əgər Əvəz Zeynallı həbs olunsa biz onun müdafiəsinə qalxacağıq.

Haşiyə çıxaraq bir məsələni xüsusi vurğulayımağı özümə borc bilirəm. 1941-ci ildə alman təyyarələri Londonu bombardıman edib, viran qoyanda, adı çəkilən şəhərin kitab mağazalarında Hitlerin kitabları məhdudiyyətsiz satılırdı. SSRİ ilə 4 illik müharibə getməsinə baxmayaraq, həmin vaxtlarda ittifaqın ali təhsil məktəblərində, elmlər akademiyalarında, Kremlin kitabxanalarında belə kitab mövcud idi. Hətta indi də İsrailin özündə belə hərbi məktəblərdə hər bir yəhudi əsgəri, müdavimi, zabiti tərəfindən dönə-dönə oxunaraq, təhlil edilir. Azərbaycan tükcəsində kitabın nəşrinin məhdudlaşdırılması hansı məntiqə sığır?!

Sonralar MTN, DİN və digər bəzi qurumların nümayəndələri mənə bildirdilər ki: "Dövlətimizin beynəlxalq səviyyədə İsrail ilə çox yaxın münasibətləri var. Bu səbəbdən Hitlerin yazdığı kitabın ölkəmizdə nəşr olunması iki dövlət arasındakı münasibətlərə xələl gətirə bilər”. Belə gülünc iddiaya cavab olaraq: "Axı bu kitab 100 ilə yaxındır yazılıb, ölkəmizdə də zərərli ədəbiyatlar siyahısına daxil deyil, oxunma hüququ var. İkincisi, məgər bir-biri ilə "isti” münasibətləri olan dövlətlərin davamlılığı bu kitaba bağlıdır?!”

Bacardığımız qədər bu olayla bağlı böyük ictimai rəy yarada bildik.

-S.İxilovun sizi hədələməsi barədə rəsmi qaydada şikayət etdinizmi?

-Dərhal 102 xidmətinə zəng edərək onun mənə hədə-qorxu gəlməsi ilə bağlı məlumat verdim. Telefon zəngim və məlumatım qeydə alındı. İstər tədqiqat, istərsə də məhkəmə prossesində S.İxilovun adı protokol, məhkəmə sənədlərində şahid kimi keçsə də o, dövlətin məhkəmə orqanlarını saymayaraq ifadə verməyə gəlmədi. Elə hüquq-mühavizə orqanlarımız da iradə göstərib onu məhkəməyə gətizdirə bilmədilər.

-Sizə elə gəlmirmi sionistlər Azərbaycan türklərinin maariflənməsini, inkişafını, güclü dövlət yaratmağımızı istəmirlər?

-İstər yəhudilər, istərsə də digər güclər bizim inkişafımızı istəmirlər. İnandırım ki, məsələ yalnız Hitlerin kitabı ilə bitmir. Lap deyək ki, fürer bəşəriyyət, insanlıq üçün ən murdar, qaniçənin biri olub. Bəs "Sion müdriklərinin protokolları”, Tomas Cefersonun, Çörçilin, Mussolinin, Atatürkün, Camal Əbdül Nəserin və digər adlarını çəkmədiyim tarixi şəxsiyyətlərin kitabları dilimizdə bu günə kimi niyə yoxdur?! Bunların hamısı ona dəlalət edir ki, bizi kütbeyin etmək istəyirlər.

4 müqəddəs kitabı, yuxarıda adlarını qeyd etdiyim böyük siyasi xadimlərin həyatlarını, mücadilələrini, əsərlərini oxumayan bir cəmiyyət dünyanın hardan gəlib, hara getdiyini anlamayacaq.

Yəhudilər nəinki Azərbaycanı, hətta dünyanı özlərininki hesab edirlər. Bizi idarə edirlər. Ölkəmizdə nə varsa onlara məxsus olduğu iddiasındadırlar. Tam açıq deyirəm: Azərbaycan yəhudi dövlətinə çevrilib. Yuxarıda başıma gətirilən olaylarla bağlı qeyd etdiklərim də buna bariz nümunədir.

-Əvəz bəy, qeyd etdiyiniz kitabları oxuyanların onun təsiri altına düşərək gələcəkdə böyük radikallar ordusunun yaranmasına gətirib çıxaracağı ehtimalı sizi əndişələndirmirmi?

-Qətiyyən! Əksinə, elmsizlikdən təsir altına düşənlər daha çox olur.

-Tarixi şəxsiyyətlərimiz içində kimi Hitlerə oxşadardınız?

-Əslində heç kimi. Amma hardasa Babəki vurğulayardım. Çünki tarixi mənbələrin birində qeyd edilir ki, "Babək min dəfə min ( bir milyon ) ərəbi məhv etdi”. Bundan başqa Şah İsmail Xətai ilə Nadir Şahı çox böyük tarixi şəxsiyyətlərimiz hesab edirəm. Onların hər biri həm Azərbaycan coğrafiasını birləşdirirb, həm də dənizlərə çıxmağa can atıblar.

-"Mayn Kampf” kitabını tərcümə edərək Azərbaycanda nəşr etdirdiyinizə görə peşman deyilsiniz?

-Əlbəttə ki, yox. Bu dəqiqə Atatürkün "Nutuk” əsərinin tərcüməsini yekunlaşdırmaq üzrəyəm. Onu nəşr etdirdikdən sonra "Mənim Savaşım”ı 4-cü dəfə nəşr etdirməyi planlaşdırıram.

-Son olaraq sizə qarşı maneə, dalan, çəpər yaradan ixilovlara nə demək istərdiniz?

-Allah hamısının yolunu, bəxtini açıq eləsin, millətləri uğrunda verdiyi mübarizədə kənarda qoymasın. Bizim də öz yolumuz, millətimizi maarifləndirmək uğrunda amalımız var. Nə qədər ki yaşayırıq, bu yolda fəaliyyətimizi davam etdirəcəyik.

 

Abdulla İsmayıloğlu,

"Yeni Sözçü” qəzeti


 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}