Bakıda şagirdi vəhşicəsinə döyən müəllim İŞDƏN ÇIXARILDI - VİDEO

Bakıda şagirdi vəhşicəsinə döyən müəllim İŞDƏN ÇIXARILDI - VİDEO

 

Bakıda şagirdi döyən müəllim işdən çıxarılıb.

Sozcu.info  xəbər verir ki, paytaxtın Binəqədi rayonu 30 nömrəli orta məktəbdə 11-ci sinif şagirdini vəhşicəsinə döyən hərbi hazırlıq müəllimi Mehman Mənsimov Bakı Şəhər Baş Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin əmri ilə işdən azad olunub.

Qeyd edək ki, 30 nömrəli məktəbin 11-ci sinif şagirdlərindən biri müəllimin bu hərəkətlərini telefonla çəkib. Videodan da göründüyü kimi müəllim uşağın ağzına, başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirir.

Famil Fərhadoğlu

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}