ADPU-da "Xəyallar əngəl tanımaz" - sağlamlıq imkanları məhdud olan gənclərin rəsm sərgisinin iştirakçıları mükafatlandırılıb

ADPU-da "Xəyallar əngəl tanımaz" - sağlamlıq imkanları məhdud olan gənclərin rəsm sərgisinin iştirakçıları mükafatlandırılıb

 

Martın 13-də Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati dəstəyi ilə həyata keçirilən, ADPU-nun tələbəsi Ləman Vəliyevanın fərdi qrant layihəsi - "Xəyallar əngəl tanımaz" adlı sağlamlıq imkanları məhdud olan gənclərin rəsm sərgisinin bağlanışı və iştirakçıların mükafatlandırılma mərasimi keçirilib.

ADPU-nun 1 nömrəli tədris binasının foyesində 3 gün davam etmiş sərginin bağlanış mərasimində Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, layihə rəhbəri Ləman Vəliyeva, münsiflər heyətinin üzvləri və rəsm əsərlərinin müəllifləri olan sağlamlıq imkanları məhdud gənclər iştirak ediblər.

Əsərlərin müəllifləri sertifikatlarla, sərgi boyu əsərləri xüsusilə fərqlənən 15 gənc isə münsiflər heyətinin qərarı ilə diplomlarla təltif ediliblər.

Professor Fikrət Rzayev çıxış edərək 3 gün ərzində əsərləri sərgilənən sağlamlıq imkanları məhdud olan bu gənclərin, əslində, nə qədər böyük bir daxili dünyalarının olduğunu əsərlərinin diliylə cəmiyyətə çatdırdıqlarını, onlara qarşı düzgün və bərabər münasibətin sərgilənməsinin zəruri olduğunu vurğulayıb. O, həmçinin Azərbaycan dövlətinin bu sahədə xeyli işlər gördüyünü, sağlamlıq imkanları məhdud olanlar üçün təhsildə inklüziv yanaşmaların tətbiq edildiyini qeyd edərək bu istiqamətdə atılan addımlarda vətəndaş cəmiyyətinin nümayəndələri kimi bu tip layihələrlə gəncliyin də fəal iştirakının zəruriliyini bildirib.

Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}