“Vikipediya”da Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 100-cü ildönümü ilə bağlı məqalələr yerləşdirilib

“Vikipediya”da Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 100-cü ildönümü ilə bağlı məqalələr yerləşdirilib

 

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 22 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları martın 28-ni peşə bayramı günü kimi qeyd edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən "Vikipediya”da Cümhuriyyət zamanında kəşfiyyat və əks-kəşfiyyat bölməsində, müasir dövrdə isə Azərbaycanın xüsusi xidmət orqanlarında, dövlətçilik tariximizdə ləyaqətlə xidmət edən insanlar haqqında məqalələr yaradılıb.

MEK-dən Sozcu.info-a bildirilib ki, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının hərbi qulluqçuları barədə Azərbaycan, türk, ingilis, yunan dillərində 22 məqalə yaradılıb, əsaslı redaktə olunub və xarici dillərə tərcümə edilib.

"Azərbaycan Xalq Cümhuriyyəti informasiya şöbəsi”, "Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları”, "Azərbaycan Xalq Cümhuriyyətinin Baş Qərargahının kəşfiyyat və əks-kəşfiyyat bölməsi”, "Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyi” və digər məqalələrdə təhlükəsizlik orqanlarının fəaliyyəti barədə ətraflı məlumatlar verilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}